Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1001/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliyinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının dəyişdirilməsi, aliment öhdəliklərinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9079/2021 nömrəli iş üzrə 28.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Nəsimi rayon Məhkəməsinin 2(006)-1496/2016 saylı,24.06.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23.03.2002-ci il tarixdə bağlanmış və Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 23.03.2002-ci il tarixdə 129 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 15.12.2002-ci il təvəllüdlü X3 və 08.09.2006-cı il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, 15.12.2002-ci il təvəllüdlü X3 və 08.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24.06.2016cı il ta rixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan 15.12.2002-ci il təvəllüdlü X7 15.12.2020-ci il tarixdə yetkinlik yaşına çatmışdır. Cavabdehin işlədiyi "xxxx" ASC-nin icra şöbəsinə ünvanladığı 21.12.2020-ci il tarixli məktubda 15.12.2002-ci il təvəllüdlü Nuray Abdullayevanın yetkinlik yaşına çatması səbəbilə 15.12.2020-ci il tarixdən etibarən icra sənədi əsasında Cavabdeh aylıq qazancının 1/3 hissəsində alimentin tutulmasının dayandırıldığı və icra sənədində digər uşaq üçün Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment tutulmalı olduğunun göstərilmədiyi bildirilmişdir. İcra məmurunun qətnaməyə bununla bağlı izah verilməsinə, eləcə də xxx Dəmirovanın qətnamənin icra üsulunun və qaydası nın dəyişdirilməsinə dair ərizələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il və 12.03.2021-ci il tarixli qərardadları ilə təmin olunmamış, hər iki qərardadda Cavabdeh xxx üçün onun qazancının ¼ hissəsində aliment tutulması məsələsinin ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil etməsi barədə izahlar verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadından (icra məmurunun 24.06.2016-cı iltarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi üzrə çıxarılan qərardad) Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qərardad ləğv edilərək icra məmurunun ərizəsinin təmin olunması, 24.06.2016-cı il tarixli qətnaməyə aşağıdakı məzmunda – “15.12.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatdığı tarixdən, yəni 15.12.2020-ci il tarixdən başlayaraq həmin qətnaməyə əsasən X1 üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulmalıdır” – məzmununda izah verilməsi qərara alınmış, qərardadda həmçinin “uşağın anası iddia ilə məhkəməyə müraciət edə və kiçik uşağa münasibətdə alimentin miqdarının (1/6 hissənin) artırılmasını tələb edə bilər” izahı verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin «Badamdar» filialı tərəfindən verilmiş 07.04.2021-ci il tarixli arayışından görünür ki, 01.01.2021-31.03.2021 dövr ərzində "xxxx" ASC-nin müştərisi Cavabdeh məxsus BirKart Black kartından birbank mobil tətbiqi ilə kard to kard xidməti vasitəsi ilə İddiaçı məxsus kartına 3176,19 manat, həmçinin 01.01.2021-31.03.2021 dövr ərzində İddiaçı məxsus kartın a 2304,81 manat vəsait köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 03.05.2021-ci il tarixli arayışına əsasən "xxxx" ASC-nin işçisi Cavabdeh 2021-ci ilin mart ayı üzrə əmək haqqının ¼ hissəsi (1739,63 manat aliment), aprel ayı üzrə isə 1/6 hissəsi (1205 manat aliment) "xxxx" ASC tərəfindən İddiaçı "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.12.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh qazancının və ya gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahın pozulması tələbinə dair Nəsimi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 2(006)-1496/2016 saylı qətnaməsinə əsasəniki övladının yetkinlki yaşına çatanadək saxlanılması Cavabdeh qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh "xxxx"da hüquq şöbəsinin müdiridir. Həmin qətnamə icra olunması üçün bir neçə il əvvəl Nəsimi rayon icra şöbəsi tərəfindən borclunun iş yerinə göndərilmişdir. Lakin, böyük qızı 15.12.2002-ci il təvəllüdlü X7 ötən ilin dekabr ayında yetkinlik yaşına çatdığı üçün 2020-ciilin dekabr ayının 15-dən etibarən cavabdehin əmək haqqından tutulma dayandırılmışdır. Yetkinlik yaşına çatmayan xxxnın saxlanılması üçün 15.12.2020-ci il tarixdən bu günədək aliment ala bilmi r. Nəsimi rayon Məhkəməsinə isə etdiyi müraciətlərə göründüyü kimi formal münasibət göstərilir. Hesab edir ki, 08.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı Cavabdeh İddiaçı qarşı «uşağın atanın yanında saxlanılması və aliment ödəmək öhdəliklərinə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında və himayəsində saxlandığının müəyyən edilməsi və X5 görə Cavabdeh İddiaçı aliment ödəmək öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş eedilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı xx görə aliment adı ilə ondan pul istəməsi yersiz tələbdir. xxn valideynlərinin ikisi də, həm o, həm də xxx xx saxlamağa borcludurlar və xx münasibətdə bərabər vəzifə daşıyırlar. 14 yaşlı yeniyetmə xxn saxlanmasına ondan pul tələb etmək əvəzinə xxx də özü pul qazanıb xxn saxlanılmasına xərc çəkməlidir ki, bərabər valideyn olaraq qazandıqları ilə iki övladları xx və Nurayı birgə böyüdüb boya-başa çatdıra bilsələr. Mülkiyyə Bayramovanın aliment hüququ yoxdur. Hazırki iddianın məqsədi qeyri-müəyyənliyi aradan qaldırmaq və İddiaçı ilə nikahdan birgə uşaqları xxxnın hüquq və qanuni maraqlarını qorumaqdır. Belə ki, 2016cı ildə qəbul edilmiş qətnamə ilə nizamlanmış münasibətlər və qətnamənin icrası 15.12.2020-ci il tarixdə, yəni 4 il yarımdan sonra iki uşaqdan biri – Nuray Abdullayeva yetkinlik yaşına çatmaqla tamamlanmış sayılır. xxx məktəblidir, Bakıda ümumi orta təhsilini (9-cu sinif) cari 2021-ci ildə başa vuracaq və indi təhsil aldığı məktəbdə də tam orta təhsilini davam edəcəkdir. xxn böyük bacısı Nuray Abdullayeva ali təhsil almaq istəyir, keçən il X9 tələbə qəbul imtahanında, əfsus ki, uğur qazanmadı və bu hal göstərir ki, İddiaçı daha çox özünə işgüzar karyera qurur, fərdi sahibkardır (VÖEN **********). Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait, yəni aliment valideynlərdən məhkəmə qaydasında tutulur və bu əsas isə hazırda mövcud deyildir, çünki qızı xxx qarşılıqlı iddiaçının himayəsindədir. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə b ilərlər, qarşılıqlı iddiaçı isə valideynlik vəzifələrini özü könüllü icra edir. İddiaçı xx görə qarşılıqlı iddiaçıdan aliment tələb edir, o, isə xxn yanında və himayəsində saxlandığının müəyyən olunmasını, xx görə İddiaçı aliment ödəmək öhdəliklərinə xitam verilməsini, habelə onun iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-3038/2021 saylı 12.07.2021-ci il tarixli qətnaməsi ilə (hakim X8) ilk iddia tələbi təmin edilmiş, Cavabdeh 15.12.2020-ci il tarixdən başlayaraq 08 sentyabr 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2006-cı il təvəllüdlü X4 an ası İddiaçı yanında qalması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması, qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.. Məhkəmə qeyd etmişdir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış 08.09.2006-cı il təvəllüdlü Günay adlı uşağı hazırda ilkin iddia üzrə iddiaçının yanındadır, tərəflər arasında uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə olduğu üçün, məhkəmə tərəfindən uşağın hansı valideynin yanında qalmasına dair rəyin alınması üçün materiallar Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, Komissiyanın 04.05.2021-ci il tarixli rəyi ilə komissiyada dinlədilən uşaq anası ilə qalmaq istədiyini bildirmiş, bu səbəbdən də Komissiya uşağın fikrini nəzərə alaraq 08.09.2006-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasını azyaşlının mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflərin övladlarında biri X7 15.12.2020-ci il tarixdə yetkinlik yaşına çatmış və əvvəlki məhkəmə qətnaməsinin icrasında aliment 3/1 hissədə tutulduğundan problem yaranmışdır. O səbəbdən məhkəmə uşağın üstün mənafeyini nəzərə alaraq hesab edir ki, qeyd olunan aliment 15.12.2020-ci il tarixdən hesablanmaqla dərhal icra edilməlidir. Bu tələbə alimentin nə artırılması, nə də ki, azaldılması kimi qiymət verilə bilməz. Eyni zamanda, ilkin iddia üzrə cavabdehin sabit aylıq gəlirinin (maaşı) mövcud olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 08.09.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün 15.12.2020-ci il tarixdən hesablanmaqla hər ay ilkin iddia üzrə cavabde hin qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin alimentin ödəmək öhdəliklərinə xitam verilməsi hissəsi üzrə qeyd edir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağın ananın yanında qalması müəyyən olunduğu üçün, həmçinin uşağın saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutulması üçün, qarşılıqlı iddia tələbi alimentin ödəmək öhdəliklərinə xitam verilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 22, 53, 64, 75, 76, 78-ci maddələrinə, “Uşaq hüquqlarına dair” BMT-nın 3-cü maddəsinə istinad etmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2( 006)-3038/2021 saylı 12.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, İddiaçı aliment tələb etmək hüququna sahib olub-olmadığına qiymət vermədiyini, ilkin iddiaçı və uşaqlarla birlikdə eyni ünvanda yaşamaqla onun xxx qarşısında valideynlik vəzifəsini lazımınca yerinə yetirdiyini nəzərə almadığını, ekspertiza təyini haqqında vəsatətinə m ünasibət bildirmədiyini irəli sürmüşdür. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadına uyğun olaraq əmək haqqından 1/6 miqdarında aliment tutulub İddiaçı "xxxx" ASC-nin Gənclik filialındakı bank hesabına köçürülmüş, beləliklə də xxxnin iddia etdiyi dövrə aid alimenti ödəmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-9079/2021 saylı 28.10.2021-ci il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzə çi), X6 və X11) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3038/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin mövqeyinə görə həm xxx Dəmirovanın iddia tələbi, həm də Cavabdeh “aliment öhdəliyindən azad edilmə” tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsindən (aliment ödəməkdən azad etmədən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu mənada kollegiyanın qənaətinə görə, xxx Dəmirovanın iddia tələbinin təmin olunmaması üçün hər hansı əsas mövcud olmamışdır; çünki onun xxxnın saxlanılması üçün hazırda tələb etdiyi aliment məbləği əslində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş, həmin qətnamə ilə saxlanılması üçün aliment tutulmasına qərar verilmiş 15.12.2002-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatdıqdan sonra qətnamənin icrasında problem yarandığı və qətnaməyə müvafiq izah verilmədiyi üçün xxx Dəmirova hazırkı apellyasiya baxışının predmeti olan iddianı irəli sürmək məcburiyyətində qalm ışdır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi, 2 uşağa görə 1/3hissəsi miqdarında aliment tutulur və hazırda yoxlanılan qətnamə ilə məhz həmin maddi hüquq normasının tətbiqinə təkrarən qərar verilmişdir. Kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbləri üzrə gəldiyi nəticəni də əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasındakı nikah 24.06.2016-cı il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuş, uşaqlar həmin qətnamə ilə analarının (xxx Dəmirovanın) himayəsinə verilmiş, sözügedən işə baxılarkən Cavabdeh uşaqların analarının yanında qalmalarına və onların saxlanılma ları üçün qanunvericiliklə müəyyənləşdirilmiş aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, Cavabdeh “uşağın atanın yanında saxlanılması” məzmunlu tələbi əsasında uşağın onun yanında qalmasının müəyyən edilməsi mümkün deyildir; çünkü 08.09.2006-cı il təvəllüdlü xxx, iddiaçının özünün də istəyi nəzərə alınaraq qanuni qüvvəsini almış qətnamə əsasında anasına verilmişdir və əgər Cavabdeh həmin uşağın öz himayəsində saxlanılmasını istəyirsə uşağın anadan alınıb ona verilməsi barədə tələb irəli sürməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, 08.09.2006-cı il təvəllüdlü xxxnın hazırda da xxx Dəmirovanın yanında olduğu müəyyən edilmiş, birinci instansiya məhkəməsinin müvafiq rəy istədiyi Nəsimi rayon İcra HakimiyyətininQəyyumluq və Himayəçilik Komissiyası 04.05.2021-ci il tarixli rəyində uşağın dindirildiyi və anası ilə qalmaq istədiyi bildirilməklə, xxn anasının yanında qalmasının azyaşlının mənafeyinə uyğun hesab edildiyi göstərilmişdir. Cavabdeh digər tələbi ilə bağlı isə qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan 112-ci maddəsində qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəməkdən azad edilmənin mümkünlüyünü nəzərdə tutsa da, bunun ən əsas şərtinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsi olduğu nəzərdən qaçırılmamalıdır. Cavabdeh müvafiq iddia tələbini əsaslandırdığı hallardan isə görünür ki, onun aliment borcundan azad ed ilməsinə əsas göstərdiyi hal, yəni 08.09.2006-cı il təvəllüdlü xxn onun himayəsində olması işin halları, eləcə də qanuni qüvvədə olan qətnamə ilə təkzib edilməklə yanaşı, 24.06.2016-cı il tarixli qətnamə çıxarıldıqdan sonra Cavabdeh maddi (ailə) vəziyyətində digər dəyişiklik baş verdiyinə dair məhkəməyə heç bir sübut da təqdim olunmamışdır. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, AiləMəcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi, yaxud aliment borcundan azad edilmə zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Kollegiya onu da qeyd etmişdir ki, əslində Cavabdeh müvafiq iddianı İddiaçı aliment tələbi ilə çıxış etməsindən sonra qaldırması o qənaətə gəlməyəəsas verir ki, həmin iddia ilə güdülən məqsəd İddiaçı xeyrinə tutulan alimentin azaldılması, konkret olaraq Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı əsasında müəyyənləşdirilən qazancın 1/6 hissəsi həcmində saxlanılması istəyi olmuşdur; bu isə qarşılıqlı iddiaçının “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul ed ilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqavə ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Kollegiya həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadının mövcudluğu gəlinən nəticəyə təsir göstərmir və həmin qərardadın icrası qaydasında Cavabdeh maaşından (gəlirindən) həyata keçirilən tutulma(lar) gələcəkdə hazırkı qətnamənin icrası zamanı müvafiq qaydada əvəzləşdirilməklə nəzərə alınacaqdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 5, 16, 152, Ailə Məcəlləsinin 112ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-9079/ 2021 saylı 28.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassator kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələrdə ekspertiza keçirilməsi haqda onun vəsatəti həll olunmamış saxlanılmış, Bakı Apellyasiya Məhkəməsi iş materiallarına əlavə olunmuş sübutlara qiymət verməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmə Plenumunun qərarına əməl etməmişdir. Belə ki, Alı Məhkəmənin Plenum qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün dən miqdarı dəyişdirilmiş alimentin miqdarı hesablanır. Beləliklə, Nəsimi Rayon Məhkəməsinin 2016-cı ildə qətnamə ilə 1/3 miqdarda müəyyən etdiyi və Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməyə 2021-ci il apreldə izah verərək (1/3-in yarısı qədərində, yəni) 1/6 miqdarda müəyyən etdiyi alimentin miqdarı Nəsimi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(006)-3038/2021 saylı qətnaməsi ilə və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 28.10.2021-ci il tarixli 2(103)-9079/2021 nömrəli qətnaməsi ilə dəyişdirilərkən (yəni 1/6 miqdardan 1/4 miqdara artırılarkən) yeni miqdarda aliment 15.12.2020-ci ildən deyil, bu barədə məhkəmə qərarı qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin yanaşmasını tətbiq e tməmişdir. Konstitusiya Məhkəməsi 27.07.2016-cı il tarixli qərarında qeyd edir ki, “uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər”. Kassator öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 75, MPM-nin 9,15,88,97ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmas ını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdənhər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişi klik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: Maddə 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandı rılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı hər hansı ekspertiza keçirilməsi barədə vəsatətətin verilməsi iş üzrə müəyyən edilmir. Tərəflər arasında uşaqlardan birinin yetkinlik yaşına çatdığı halda, digərinə ödənilməli olan aliment miqdarının müəyyən edilməsində mübahisə olduğundan və məhkəmə yetkinlik yaşına çatmayan uşaq üçün müəyyən edilmiş aliment miqdarının məhz mübahisəyə səbəb olan hal baş verdiyi gündən, 15.12.2020-ci ildən tutulması barədə qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə zidd hesab etmir. Çünki Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynləri ndən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi, 2 uşağa görə 1/3hissəsi miqdarında aliment tutulur və hazırda yoxlanılan qətnamə ilə məhz həmin maddi hüquq normasının tətbiqinə təkrarən qərar verilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9079/2021 nömrəli iş üzrə 28.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.