Məhkəmə qərarları › İş №2(102)-1003/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1003/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1003/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X2 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili x oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.NK.Abbasova) xnömrəli, 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması ” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov) x nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdehdan ***-***-**-** saylı nömrəsinə xidmət müqabilində yaranmış 17075,92 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 20 İiyrimi) manat, cəmi 17095,92 (on yeddi min doxsan beş manat 92 qəpik) manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh 10 (on) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi) A.Ə.İsgəndərov və İ.K.Dəmirov) X nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 24 yanvar 2019-cu il tarixli, x saylı qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.N.İmanov (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və V.N.Sadıqov) x nömrəli, 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xnömrəli, 02 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsisi ilə mə hkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağladığı GSM müqaviləyə əsasən 50 *** ** ** saylı GSM nömrəsi vasitəsilə cəmiyyətin rabitə xidmətlərindən istifadə etmiş və nəticədə 17075 manat 92 qəpik məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abunəçi ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abunəçi tərəfindən pozularsa, İddiaçı MMC-si gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalardan göründüyü kimi, borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən, cavabdeh Namazov Hafiz Ələkbər oğlundan İddiaçı MM C-nin xeyrinə 17075 manat 92 qəpik abunə və xidmət haqqının, həmçinin 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17095 manat 92 qəpik vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 və vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyndən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliy in tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında 31.03.2012-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, İddiaçı MMC-si ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetini “Azercell” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “Abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilədə 050 *** ** ** nömrənin fakturasız xətt olması qeyd olunmuşdur. Müqavilənin Depozit adlanan 4.6- cı maddəsində qeyd edilmişdir ki, fakturalı xətt sistemində rominq xidmətlərinin yaxud konkret xidmət məcmusunun g östərilməsi yalnız abunəçi tərəfindən “Azercell” tələb etdiyi məbləğdə depozit ödənildikdən sonra təmin edilir. Depozit məbləği “Azercell” tərəfindən sərbəst şəkildə müəyyən edilir və dəyişdirilə bilər. Depozit məbləği “Azercell” tariflərində göstərilib. Abunəçi tərəfindən depozitin ödənilməməsi “Azercell” üçün abunəçiyə müvafiq xidmət göstərməkdən imtina etmək üçün əsasdır. Depozit “Azercell”in təqdim etdiyi hesab üzrə və ona uyğun olaraq ödənilməlidir. Son ödəmə tarixinədək rominq üçün ödənilməli olan istifadə haqqı ödənilməzsə “Azercell” həmin məbləği depozitdən tutmağa haqlı olur və bunu haqqının son ödəmə tarixindən sonra gələn ilk iş günündən başlayaraq həyata keçirə bilər. Nömrədə (digər müqavilələr əsasında abunəçinin adma rəsmiləşdirilmiş nömrələr də daxil olmaqla) borc məbləği öd əmə tarixinədək ödənilmədiyi halda müvafiq gecikmə faizi də daxil olmaqla həmin borc məbləği onun depozitindən “Azercell” tərəfindən müəyyən edilən müddətdə tutulur. Tərəflər razılaşır ki, yaranmış borcların (rominq ilə əlaqədar daxil olmaqla) abunəçi tərəfindən ödənilməsi depozitin dərhal qaytarılması üçün əsas deyil. Depozit borc qəti olaraq müəyyənləşdirildikdən və tam ödənildikdən sonra qaytarılır ki, bu barədə Abunəçiyə məlumat verilir. Bir halda istifadə qaydaları ilə müəyyən edilən məbləğlər çərçivəsində depozit 30 gündən gec olmayaraq abunəçinin müraciəti əsasında qaytarılır. İddiaçı MMC-si tərəfindən verilmiş 18 oktyabr 2017-ci il tarixli izahlı fakturadan görünür ki, 050 *** ** ** nömrədə Rominq xidməti şərçivəsində 07 iyul 2014-cü il tarixdən 14.07.2014-cü il tarixinədək İtali yanın “Wind (İtaly)” Tel.İtalia(İtaly), OMNİTEL (İ)(İtaly) və İspaniyanın “Xfera(Spain)” və “AMENA(SPAİN)” operatorlarına məxsus mobil rabitə şəbəkisəində istifadə olunmuşdur. İddiaçı MMC tərəfindən verilmiş cari hesab arayışından görünür ki, Cavabdeh ödənilməmiş faktura məbləği 17075.919922 manat təşkil etmişdir. Cavabdeh xarici passportunun surətindən və məhkəmə iclasında tədqiq olunmuş əslindən müəyyən olunur ki, həmin passport 09.04.2012-ci il tarixdə verilmişdir, həmin passportda şengen vizası mövcud deyil, Cavabdeh yalnız Ukraynada və Gürcüstanda səfərdə olmuşdur. İddiaçı MMC tərəfindən verilmiş 05 dekabr 2017- ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC-si tərəfindən şirkətlərində mövcud olan elektron məlumat bazaları əsasında araşdırma aparılmışdır. Araşdırmaya əsasən aşağıdakı məzmunda məlumat verilmişdir. 19.09.2014-cü il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində Cavabdeh istifadəsinə verilmiş 050 *** ** ** nömrənin 05.08.2014-cü il tarixli fakturaya aid izahlı fakturada əks olunan bütün zənglər (digər xidmətlərdən istifadə və Rominq xidməti çərçivəsində həyata keçirilmiş bütün zənglər də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilmişdir. 050 *** ** ** nömrədə Rominq xidməti çərçivəsində 07 iyul 2014- cü il tarixindən 14.07.2014-cü il tarixinədək İtaliyanın "Wind(İtaly)", Tel.İtalia(İtaly), OMNİTEL (İ)(İTALY) və İspaniyanın "Xfera(Spain)" və "AMENA(SPAİN)" operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. Araşdırmalar zamanı, Rominq və Mobil İnternet xidmətləri ilə bağlı "İddiaçı" MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. 050 *** ** ** nömrədə 05.07.2014-cü il tarixindən 14.07.2014-cü il tarixinədək mütəmadi olaraq zənglər həyata keçirilmiş və SMS xidmətindən istifadə edilmiş, tariflərə müvafiq olaraq 17147,56 azn (84,64 azn depozit hesabından ödənilmiş məbləğ nəzərə alınaraq ödəniləcək məbləğ 17062,92 azn) haqq hesablanaraq 05.08.2014-cü il tarixli fakturada öz əksini tapmışdır. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 5.2.- Cİ maddəsinə əsasən müvafiq faktura dövründə yer alan, lakin əks olunmayan xidmət haqları növbəti Hesab-Fakturada əks olunur. Abunəçi 08 iyul 2012-ci il tarixində saat 18:23-də 050 *** ** ** nömrənin depozit hesabına 150 manat ödəməklə, nömrədə Rominq xidmətini aktiv etmişdir. Bundan sonra şirkət lərində abunəçi tərəfindən xidmətin ləğv edilməsi ilə bağlı hər hansı bir müraciət qeydə alınmamışdır. 05.07.2014-cü il və 05.08.2014-cü il tarixində kəsilmiş faktura borclarının bir hissəsinin nömrənin depozit hesabından ödənilməsi ilə 02.12.2014-cü il tarixində nömrədə Rominq xidməti ləğv edilmişdir. 05.09.2014cü il tarixində nömrədə 13 azn (ƏDV daxil) aylıq xidmət haqqından ibarət yeni faktura kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən 050 *** ** ** nömrənin rabitə xətti Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq, 23 yanvar 2015-ci il tarixində ləğv edilməklə müvafiq müqavilə münasibətlərinə xitam verilmişdir. Bundan başqa, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.2-ci maddəsinə əs asən "Fakturalı Xətt sistemində: Hesab-faktura kəsildiyi tarixdən sonrakı 45 (qırx beş) təqvim günü keçdikdən sonra da borc məbləği və gecikmə faizi ödənilməzsə, həmçinin kredit limitini aşma halı olarsa, "AZERCELL" Abunəçinin nömrəsini ikitərəfli bağlaya bilər. Bu, Abunəçiyə xidmət göstərilməsinin dayandırılması deməkdir.Həmin Müqavilənin 4.5-ci maddəsinə əsasən "AZERCELL" öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir» Göründüyü kimi, kredit limiti keçdikdə nömrənin bağlanması İddiaçı MMC-nin öhdəliyi deyil, hüququdur. Eyni z amanda, istifadəyə verilən nömrəyə göstərilmiş xidmətlər müqabilində hesablanan haqq, "İddiaçı" MMC tərəfindən təyin edilən kredit limit məbləğindən artıq olduqda belə tam borcun ödənilməsi öhdəliyi abunəçinin üzərindədir. Azərbaycan Respublikası qanunvericiliyinə və abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən istifadəyə verilən nömrədə yaranan borcların ödənilməsinə görə məhz abunəçi cavabdehlik daşıyır. "İddiaçı" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. "Azercell" müvafiq abunə müqaviləsi üzrə təqdim edilən telekommunikasiy a xidmətlərindən istifadə müəyyən həcmə çatdıqda abunəçini xəbərdar edəcəyi, rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat verəcəyi barədə öhdəlik götürməmişdir. Abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bildiyi və balans hesabatlarını müstəqil şəkildə idarə edə bildiyi üçün xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyər in hesablanmasında "İddiaçı" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri- avtomatik üsulla sazlanması tövsiyə edilir. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən qarantiya (zəmanət) şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və s. barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə edə bilərik. Abunəçilər "İddiaçı " MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. İşə ilk dəfə baxan kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 31 mart 2012-ci il tarixli müqavilənin şərtlərini təfsir etmədən, yalnız iddiaçı təşkilat tərəfindən təqdim edilən sübutlarla kifayətlənmiş, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları nəzərə almamış, sözügedən müqavilənin bağlanmasınadək toplanmış sənədləri (o, cümlədən cavabdehin yazılı ərizəsini) məhkəməyə t əqdim etməyi iddiaçı təşkilata təklif etməmiş, həmin sənədlərin həqiqilyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən cavabdehin izahatı ilə müqayisəli şəkildə tədqiq edib yoxlamamış, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertiza təyin edib hesab-fakturada göstərilən ödəniş şərtlərinin cavabdeh tərəfindən pozulub-pozulmamasını, xidmət haqqına görə iddia olunan 17.075,92 manat pul vəsaitinin düzgün hesablanıb-hesabalanmamasını araşdırmamış və ümumiyyətlə məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1 -ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyy ənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstəlirlidiyi hallar istisna təşkil edir 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış, şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 -ci maddəsi bəzi istisnalarla, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərt ləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 31.03.2012ci il tarixdə bağlanmış GSM müqaviləyə əsasən cavabdeh 50 *** ** ** saylı GSM nömrəsi vasitəsilə cəmiyyətin rabitə xidmətlərindən müəyyən müddət istifadə etmişdir. Hazırda İddiaçı MMC-si iddia edir ki, 050 *** ** ** nömrədə Rorninq xidməti çərçivəsində 07 iyul 2014-cü il tarixindən 14.07.2014-cü il tarixinədək İtaliyanın "Wind(İtaly)", Tel.İtalia(İtaly), OMNİTEL (İ)(İTALY) və İspaniyanın "Xfera(Spain)" və "AMENA(SPAİN)" operatorlarına məxsus mobil rabitə şəbəkəsində n istifadə olunmuşdur və Cavabdeh ödənilməmiş faktura məbləği 17075.919922 manat təşkil etmişdir. Cavabdeh İddiaçı MMC-yə rorninq xidmətinin aktivləşdirilməsi üçün müraciət etmədiyini, heç vaxt Avropa ölkələrində olmadığını, həmin nömrəni başqa şəxsin istifadəsinə vermədiyini bildirir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən 08 iyul 2012-ci il tarixində 050 *** ** ** nömrənin depozit hesabına 150 manat ödənilməsinə və sonradan həmin depozit əsasında ona 2014-cü ildə rominq xidmətlərinin göstərilməsinə dair istinad etdiyi hal ağlabatan deyil və müqavilənin şərtləri ilə istisna olunur. Belə ki, müqavilənin Depozit adlanan 4.6-cı maddəsində qeyd edilmişdir ki, nömrədə (digər müqavilələr əsasında abunəçinin adına rəsmiləşdirilmiş nömrələ r də daxil olmaqla) borc məbləği ödəmə tarixinədək ödənilmədiyi halda müvafiq gecikmə faizi də daxil olmaqla həmin borc məbləği abunəçinin depozitindən “Azercell” tərəfindən müəyyən edilən müddətdə tutulur. Tərəflər razılaşır ki, yaranmış borcların (rominq ilə əlaqədar daxil olmaqla) abunəçi tərəfindən ödənilməsi depozitin dərhal qaytarılması üçün əsas deyil. Depozit borc qəti olaraq müəyyənləşdirildikdən və tam ödənildikdən sonra qaytarılır ki, bu barədə Abunəçiyə məlumat verilir. Hər bir halda istifadə qaydaları ilə müəyyən edilən məbləğlər çərçivəsində depozit 30 gündən gec olmayaraq abunəçinin müraciəti əsasında qaytarılır. Apellyasiya instansiyası məhkəməsi müqavilənin bu şərtinin haqlı olaraq təfsir etmişdir ki, xaricə səyahət edərkən rominq xidmətinin aktivləşdirilməsi üçün depozit hesaba müəyyən məbləğ ödəmiş abunəçi həmin məbləği istifadə etmədikdə yaxud qismən istifadə etdikdə geri qayıtdıqda həmin məbləği İddiaçı MMC-dən tələb etmək hüququna malikdir. İddiaçı MMC isə öz növbəsində həmin məbləğdən abunəçinin borclarını tutmaq hüququna malikdir. Belə olan halda 2012-ci ildə ödənilmiş depozit məbləğindən 2014-cü ilədək abunəçinin borclarının tutulmaması yaxud geri qaytarılmaması ağlabatan deyil. Digər tərəfdən 150 manat depozit məbləği müqabilində abunəçi tərəfindən 17075 manat məbləğində danışıqların aparılmasına yol verilməsi, onun depozitə qoyduğu məbəğdə danışıqlar aparıldıqdan sonra rominq xidmətinin ləğv edilməməsi də ağlabatan deyil. Birinci instansiyası məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəl illərinə münasibətdə Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, apellyasiya şikayətinin dəlillərindən müəyyən edilmişdir ki, 13 aprel 2012-ci il tarixdək cavabdehin ***-***-**-** saylı nömrəsində fakturasız (öncədən ödəmə), həmin tarixdən sonra fakturalı (sonradan ödəmə) xətt sistemi mövcud olub. 05 avqust 2014-cü il tarixli izahlı fakturaya əsasən bütün zənglər (digər xidmətlərdən istifadə və rominq xidməti çərçivəsində həyata keçirilmiş bütün zənglər də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilib. Cavabdehə məxsus ***-***-**-** saylı nömrədən rominq xidməti çərçivəsində 07 iyul 2014-cü il tarixdən 14 iyul 2014-cü il tarixədək İtaliyanın “Wind(İt aly)”, Tel.İtalia (İtaly), Omnıtel (İ) (İtaly) və İspaniyanın “Xfera (Spain)” və “Amena (Spaın)” operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə olunub. Abunəçi 08 iyul 2012-ci il tarixdə ***-***-**-** saylı nömrənin depozit hesabına 150 manat ödəməklə, rominq xidmətini aktiv edib. Cavabdehin istifadəsinə verilən ***-***-**-** saylı nömrəyə iddiaçı təşkilat tərəfindən 19 avqust 2014-cü il və 19 sentyabr 2014-cü il tarixli faktura dövrlərini əhatə edən müddətlər ərzində müxtəlif çeşidli telekomunikasiya xidmətləri göstərilmiş, o cümlədən rominq və internet xidmətlərindən istifadə edilmiş və tariflərə müvafiq olaraq hesablanaraq 05 iyun 2016-cı il tarixli fakturada öz əksini tapıb. 05 iyul 2014-cü il və 05 avqust 2014-cü il tarixlərdə kəsilmiş faktura borclarının 150 manat hissəsini n 02 dekabr 2014- cü il tarixdə ***-***-**-** saylı nömrənin depozit hesabından qarşılaşdırılmış, beləliklə də ödənilməmiş faktura məbləği ümumilikdə 17.075,92 manat təşkil edir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən 050-401-09- 04 saylı nömrənin rabitə xətti abunə müqaviləsinin şərtlərinə uyğun olaraq 23 yanvar 2015-ci il tarixdə ləğv edilməklə müvafiq müqavilə münasibətlərinə xitam verilib. Lakin tərəflər arasında bağlanmış 31 mart 2012-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, müqavilənin predmetini “Azercell” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilədə ***-***-**-** saylı nömrənin fakturasız (öncə dən ödəmə) xətt olması qeyd edilib. Fakturalı (sonradan ödəmə) xətt sistemində rominq xidmətlərinin, yaxud konkret xidmət məcmusunun göstərilməsi yalnız abunəçi tərəfindən “Azercell” tələb etdiyi məbləğdə depozit ödənildikdən sonra təmin edilir. Abunəçi tərəfindən depozitin ödənilməməsi “Azercell” üçün abunəçiyə müvafiq xidmət göstərməkdən imtina etmək üçün əsasdır. Son ödəmə tarixinədək rominq üçün ödənilməli olan istifadə haqqı ödənilməzsə “Azercell” həmin məbləği depozitdən tutmağa haqlı olur və bunu istifadə haqqının son ödəmə tarixindən sonra gələn ilk iş günündən başlayaraq həyata keçirə bilər. Nömrədə (digər müqavilələr əsasında abunəçinin adına rəsmiləşdirilmiş nömrələr də daxil olmaqla) borc məbləği ödəmə tarixinədək ödənilmədiyi halda müvafiq gecikmə faizi də daxil olmaqla həmi n borc məbləği onun depozitindən “Azercell” tərəfindən müəyyən edilən müddətdə tutulur. Müqavilənin yuxarı qeyd edilən şərtindən də görünür ki, iddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi üçün cavabdehin müraciət ərizəsi və “Azercell”in cavabdehə təqdim etdiyi depozitlə bağlı hesab, həmin hesabda qeyd edilmiş məbləğin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qəbz təqdim olunmalı idi. Həmin sübutlar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatları zamanı təqdim edilməmişdir. Bununla yanaşı iddiaçının tələb etdiyi borc məbləği 2014-cü ildə yaransa da, hazırki iddianın hansı səbəbdən 2017-ci ildə qaldırılması məsələsinə də iddiaçı tərəf aydınlıq gətirə bilməmişdir. Həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, məhkəmə kollegiyası İddiaçı MM C-nin nümayəndəsinə cavabdeh tərəfindən fakturalı xətt sisteminə keçərkən verilmiş yazılı ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən həmin ərizənin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqi qi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar