Məhkəmə qərarları › İş №2(102)-1003/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1003/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1003/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5391/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh xxxxxxxxxx qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-219/2019 nömrəli iş üzrə xx xxx 2019-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdiyev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xxxxxxxxxx qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2009-cu il tarixli, 15L000000820 saylı X2 çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 15R000005017 saylı kredit razılaşması üzrə 3.928,15 ABŞ dolları məbləğində əsas, 981,51 ABŞ dolları məbləğində faiz, 219,92 ABŞ dolları məbləğində cərimə, cəmi 5.129,58 ABŞ dolları məbləğində kredit borcu, xx.xx.2014-cü il tarixli, 15R000005793 saylı kredit razılaşması üzrə 43.493, ABŞ dolları məbləğində əsas, 16.261,57 ABŞ dolları məbləğində faiz, 6.285,82 ABŞ dolları məbləğində cərimə, cəmi 66.040,44 ABŞ dolları məbləğində kredit borcunun ödənişin icra edildiyi gü n Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka predmeti olan Bərdə şəhəri, Nəcəf bəy Vəzirov küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh1 qaytarılması, ipoteka predmetinin hərrac vasitəsi ilə satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 müştərək qaydada tutulması, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiymətinin – 80.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və xxxxxxxxxxx qızı həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərəzli olaraq onun iştirakını təmin etməmiş və çəkişmə prinsipi pozmuşdur. İşə baxan məhkəmə şişirdilmiş məbləğləri mütəxəssislər tərəfindən düzgün yoxlamadan iddianı təmin edərək bankın əsassız varlanmasına şərait yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya insta nsiyası məhkəməsi) 2(103)-5391/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xxxxxxxxxxxm qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmadan qərar qəbul edib, borc məbləğini düzgün hesablamayıb. Kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Lakin şikayət icraata qəbul edilərkən nəzərə alınmamışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qət naməsindən yalnız kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və kredit borcunun təmin olunmuş hissəsini mübahisələndirmişdir. Həmin şikayətə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini şikayət həddində yoxlayaraq, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh xxxxxxxxxxxxqızına aid hissədə - ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə onun evdən məcburi qaydada çıxarılması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır. Eyni zamanda sonuncunun kredit borcunun tutulması hissəsində qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının həd ləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeələrə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsas sız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Belə olan halda cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ tanına bilməz. Cavabdehxxxxxxxxxxxbunun üçün ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsini qanunla müəyyən edilmiş qaydada özünə aid hissədə mübahisələndirə, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qəbul edəcəyi qərarla razı olmadığı halda sonuncu qərardan kassasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məcəll ənin 417.1.7-ci maddəsinə müvafiq olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Ona görə də hazırkı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilərək, şikayət kassasiya baxışından çıxarılmalı, iş iddiaçının kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 403 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazır kı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5391/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh xxxxxxxxxxxxxx verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh xxxxxxxxxxxxxxx kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar