Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1006/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-1006/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X4, cavabdehin nümayəndələri X2, X5 və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı M6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2 018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-2231/18) iddiaçı M6 cavabdeh "xxxx" ASC-yəqarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-11125/18) iddiaçı M6 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı M6 cavabdeh "xxxx" ASC-yəqarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş ümumilikdə 10.000 manat ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fermerlərə ayrılmış subsidiyalar və güzəştli kreditlərdən istifadə etməklə 2013-cü ildən Bərdə rayon Məmmədli kəndində 20 hektar torpaq sahəsi alaraq kənd təsərrüfatı ilə məşğul olur. Ona məxsus torpaq sahəsinin böyük bir hissəsi cavabdehin balansında olan K-32 drenaj kanalı ilə əhatə olunmuşdur. 2017-ci ildə cavabdeh K-32 kanalının üzərində körpü inşa etmiş, lakin həmin körpü standartlara uyğun tikilmədiyindən kanalın su ötürücülük qabiliyyətini azaltmışdır. Bu səbəbdən də bu ilin mart ayında kanalda suyun səviyyəsi qalxmış və kanal daşaraq ona məxsus torpaq sahəsind ə 6 hektar arpa, 6 hektar yonca, 4 hektar pambıq əkilməsi üçün şumlanmış sahə, 2 hektara yaxın da otlaq sahəsi suyun altında qalmışdır. Bunun nəticəsi olaraq ona külli miqdarda ziyan dəymişdir. Kanalın su ötürücülüyü körpü səbəbindən pozulduğundan ona məxsus torpaq sahəsi suyun altında qalmışdır. Yalnız onun israrları və mütəmadi zəngləri nəticəsində cavabdehin tabeliyində olan və Kürdəmir rayon Mollakənd qəsəbəsində yerləşən Mil-Qarabağ və X1 istismarı idarəsi tərəfindən bəzi işlər görülmüşdür. Yalnız bundan sonra suyun səviyyəsi torpaq sahəsində azalmağa başlamışdır. Bununla belə onun mülkiyyətində olan 18 hektara yaxın torpaq sahəsi bir aydan çox müddətdə suyun altında qalmışdır. Nəticədə əziyyətinin və kredit hesabına çəkdiyi xərclərin əlindən çıxması ilə yanaşı həm də torpaq sahəsi yararsız vəziyyətə düşmüşdür. Körpü tikilənə qədər K-32 kanalı baxımsız qalsa da, heç vaxt daşmamışdır. O, dəymiş maddi ziyanın ödənilməsi üçün cavabdehə rəsmi müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona vurmuş olduğu ziyandan boyun qaçırmağa çalışmışdır. Ona ünvanladıqları cavab məktubu da mübahisə predmetinə aid olmayan məsələlərə aiddir. O, cavabdehə müraciətində konkret olaraq onların inşa etdikləri körpünün fəsadlarına diqqəti çəksə də, cavabdeh bu məsələyə heç bir münasibət bildirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması i lə əsaslandırılmışdır. İddiaçı və vəkili A6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndələri T6, R6 və vəkili B6 kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və i ş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı cavabdehin təqsirli, hüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində ona 10000 manatlıq maddi ziyan dəydiyini bildirir və həmin ziyanın əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddia tələbinin əsası kimi istinad olunan hallar ondan ibarətdir ki, 2017-ci ildə cavabdeh tərəfindən K-32 kanalının üzərində inşa olunmuş körpü standartlara uyğun tikilməmiş, nəticədə kana lın su ötürücülük qabiliyyəti azalmaqla 2018-ci ilin mart ayında kanalda suyun səviyyəsi qalxmış və kanal daşaraq iddiaçıya məxsus 17,52 ha torpaq sahəsini uzun müddət su altında qoymuşdur. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi olaraq Bərdə rayonu Məmmədli kəndində, yəni mübahisəli sahənin yerləşdiyi ərazidə tərtib olunmuş iki akt təqdim etmişdir. 1-ci akt 23.04.2018-ci il tarixdə kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin, aqronomun, bir nəfər kənd sakininin və mülkiyyətçinin iştirakı ilə, 2-ci akt isə 25.06.2018-ci ildə Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin Torpaq məsələləri üzrə baş məsləhətçisinin, həmin İdarənin Bitkiçilik sektorunun baş məsləhətçisinin, kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin və mülkiyyətçinin iştirakı ilə tərtib olunmuşdur. 1-ci ak tda iddiaçının mülkiyyətində olan 17,52 ha torpaq sahəsinin cavabdeh "xxxx" ASC-nin balansında olan K-32 drenaj kanalı ilə əhatə olunduğu, cavabdehin həmin kanalda apardığı inşaat işləri, yəni körpünün inşası və kanalın Kür çayına qovuşduğu yerdə tunelin tikintisi səbəbindən kanalda suyun səviyyəsinin qalxması və nəticədə kanalın daşaraq iddiaçıya məxsus 17,52 ha torpaq sahəsini su altında qoyması, məhsulun məhv olması, bir aydan artıq qrunt suları altında qaldığından torpaq sahəsinin tamamilə yararsız vəziyyətə düşdüyü göstərilmişdir. 2-ci aktda isə göstərilən səbəbdən iddiaçıya məhv olmuş 6 ha arpaya görə 3000 manat, 6 ha yoncaya görə 5000 manat, 4 ha torpaqda aparılmış şumlama işlərinə görə 200 manat olmaqla, cəmi 8200 manat ziyan dəydiyi qeyd olunmuşdur. Cavabdeh iddiaya etiraz etmiş v ə ziyanın cavabdehin təqsiri üzündən deyil, təbii fəlakət, yəni yağış suları nəticəsində dəydiyini göstərmişdir. Cavabdeh etirazın əsası kimi 17.04.2018-ci il tarixdə tabeliyində olan yerli təşkilatda həmin təşkilatın nümayəndələrinin, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin iştirakı ilə tərtib olunmuş aktı təqdim etmişdir. Hər üç aktın məzmunundan görünür ki, kənd icra nümayəndəsi və bələdiyyə sədri həm iddiaçının təqdim etdiyi, həm də cavabdeh tərəfindən təqdim olunmuş aktları imzalamışlar. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim olunan aktları mötəbər sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə onun iddiası təmin oluna bilməz. Lakin məhkəmə cavabdehin təqdim etdiyi aktı mötəbər sübut kimi qəb ul edərək onu iddianın rədd olunması üçün əsas kimi göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərkən cavabdehin təqdim etdiyi sübutlara iddiaçının təqdim etdiyi sübutlara münasibətdə daha çox üstünlük verməsinin, onları daha mötəbər saymasının səbəbini açıqlamamış və əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mü mkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası ilk növbədə işə yenidən baxan məhkəmənin diqqətini cavabdehin təqdim etdiyi 17.04.2018-ci il tarixli aktın məzmununun ziddiyyətli olmasına cəlb edir. Həmin aktda əvvəlcə kollektorda suyun səviyyəsinin yüksəlməsi, ərazidə toplanmış səth sularının bu kollektora axınının çətinləşməsi qeyd olunsa da, sonda əkin sahəsinin su altında qalmasının səbəbinin K-32 kollektorunun daşması deyi l, həmin dövrdə yağan yağışın səbəb olduğunu göstərmişdir. Halbuki, cavabdeh iddiaçının müraciətindən (şikayətindən) sonra müvafiq araşdırma aparmaqla iddiaçıya və öz tabeliyində olan əlaqədar təşkilatlara göndərdiyi 11.05.2018-ci il tarixli məktubda faktı faktiki olaraq etiraf etmiş, görülmüş müvafiq tədbirlər nəticəsində kollektorda suyun səviyyəsinin aşağı salındığıni, ətraf ərazilərdən suyun çəkilməsinin sürətləndirildiyini göstərmiş və tabeliyində olan yerli təşkilatlara sudan istifadəyə nəzarətin gücləndirilməsini, artıq suların kollektordrenaj şəbəkələrinə axıdılması hallarına yol verilməməsi üçün tədbirlər görülməsini tapşırmışdır. Cavabdeh iddiaya etiraz olaraq birinci instansiya məhkəməsinə göndərdiyi 08.06.2018-ci il tarixli məktubda və apellyasiya şikayətinə etiraz olaraq apell yasiya instansiyası məhkəməsinə göndərdiyi 08.10.2018-ci il tarixli məktubda isə iddiaçının istinad etdiyi K-32 kanalı üzərində inşa olunmuş sukeçirənin daşqına səbəb olmadığını, həmin sukeçirənin 2016-cı ildə təmir olunduğunu, kollektorun iki ədəd D-1000 mm diametrli borudan ibarət olmaqla layihə sərfini buraxmaq iqtidarında olduğunu göstərmişdir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi bu hallar isə işin 25-ci vərəqində olan “2018-ci ilin aprel-may ayları ərzində yerinə yetirilmiş işlərin qəbulu üzrə” aktla təkzib olunur. Həmin aktdan görünür ki, iki ədəd D-1000 mm diametrli borudan ibarət K-32 kollektoru 2016-cı ildə deyil, məhz 2018-ci ilin aprel-may aylarında, yəni iddiaçının əlaqədar orqanlara, o cümlədən cavabdehə müraciətindən sonra lildən təmizlənmiş və bu işlərin görülməs inə 5848.90 manat vəsait xərclənmişdir. Aktda təmir işlərinin 02.04.2018-ci il tarixli 12 saylı müqavilə əsasında aparıldığı qeyd olunmuşdur. Adı çəkilən müqavilədə isə (i.v.24) onun tərtib olunma tarixi düzgün göstərilməmiş, müqavilənin əvvəli ilə sonu bir-birinə zidd olmuşdur. Belə ki, müqavilənin əvvəlində onun 02 aprel 2016-cı ildə tərtib olunduğu, bağlandığı qeyd edilsə də, sonunda müqavilənin 02.04.2018-ci ildən 31.12.2018-ci ildək qüvvədə olduğu göstərilmişdir. Göründüyü kimi, iş materialları ilə iddiaçının əkin sahəsinə ziyan vurulması, bunun səbəbi, cavabdehin təqsirli, hüquqazidd hərəkəti (hərəkətsiziyi) ilə vurulan ziyan arasında səbəbli əlaqə olması təsdiq olunur. Lakin apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən işdə olan bu sübutların iş üzrə konkret qərar qəbul etmək üçün yetərli olmadığı qənaətinə gələrsə tərəflərə əlavə sübutların təqdim olunmasını (məs: hər üç aktı imzalamış kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin şahid kimi məhkəmə iclasına dəvət olunmalarını) təklif edə bilər. İddiaçının əmlakına vurulan ziyanın həcminə gəldikdə isə, yuxarıda qeyd olunduğu kimi Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin Torpaq məsələləri üzrə baş məsləhətçisinin, həmin İdarənin Bitkiçilik sektorunun baş məsləhətçisinin, kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin və mülkiyyətçinin iştirakı ilə tərtib olunmuş 25.06.2018-ci il tarixli aktda ziyanın məbləği mütəxəssislər tərəfindən 8200 manat müəyyən edilmişdir. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə ziyanın həcmi ilə bağlı həmin aktda göstərilənləri, mütəxəssis rəyini kifayət qədər əsaslı hesa b etmədiyi halda Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə müvafiq olaraq işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir və işə baxan məhkəmənin vəzifəsi tərəflərə bununla bağlı prosessual hüquqlarının həyata keçirilməsində yardım etməkdən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı M6 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2018-ci il tarixli, 2(103)11125/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1006/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1006/2019
29.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver