Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1007/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı iş üzrə QƏRARİ (Kateqoriya (açar sözlər): ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 26 noyabr 2021-ci il tarixli 2(104)-2285/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh avtomobil alınması məqsədilə 48 ay müddətinə illik 20% olmaq şərti ilə 29.600 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq bankla X3 arasında 23 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ipoteka predmeti olan “X5” markalı avtomobil girov qoyulmuşdur.
3. Həmçinin, kredit müqaviləsinin təminatı kimi kredit verən ilə digər cavabd eh X3 arasında 23 sentyabr 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanılmış yə həmin müqaviləyə görə zamin kredit alan ilə kredit müqaviləsi üzrə öhdəliklərə birgə məsuliyyət daşıması baradə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. 2018-cı ilin aprel ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsini və bununla əlaqədar onun Banka cəmi 27.883 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərərək ondan və digər cavabdeh X1 həmin borcun, 200 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, 23 manat notariat xərclərinin tutulması, ödəmənin ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsi və s. dair qətnamə çıxarılmasını xahiş etmiş dir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, kredit üzrə hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin şərtinə görə kredit alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilən məbləğə (kreditin va faizlərin ödənilməmiş hissəsinə) görə iddiaçının xeyrinə cərimə ödəməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.4-cü bəndinə görə kredit alan tərəfindən ödənişlər ödəniş cədvəlinə əsasən 30 gün müddətinə gecikdirilərsə, bank tərəfindən hüquq mühafizə orqanları na müraciət edilərək, ipoteka predmetinin axtarışına və tutulub banka təhvil verilməsinə sərəncam verilir. Eyni zamanda bank tərəfindən çəkilmiş xərclərin ödənilməsi üçün “Kredit alan” 200 manat məbləğində əlavə cərimə ödəyir. Kredit alan müəyyən müddət ödənişi hayata keçirmiş, sonradan isə aylıq ödənişini dayandırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit alan üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit alan kredit müqaviləsinin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit alan kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etmədiyinə görə iddiaçı məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. Gəncə şəhəri Kəpəz Rayon Məhk əməsinin 2(043)-2005/2018 saylı, 5 iyun 2018ci il tarixli qətnaməsi ilə (hakim – Fuad Mirabov) iddia qismən təmin edilərək 23 sentyabr 2013- cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 21.827 ABŞ dolları əsas borc və 6056 ABŞ dolları faiz borcu, cəmi 27.883 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödəmək şərti ilə alınaraq, iddiaçının xeyrinə verilməsi, borcun tutulmasının girov qoyulmuş “X5” markalı avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 29.000 manat müəyyən edilməsi və həmin avtomobilin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitdən cəmi 27.883 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödəmək şərti ilə iddiaçının xe yrinə tutulması, ipoteka (girov) predmetinin satışından əldə olunmuş vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, kredit alan müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir və öhdəliyi icra etmədiyi üçün kredit verən qarşısında məsuliyyət daşıyır.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1, 271, 295, 296.1, 297, 298.1, 385.1, 439.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2ci, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 4, 34-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsində işə baxılarkən məhk əmə-mühasibatlıq ekspertizasının keçirilməməsini, girov predmeti olan avtomobilin qiymətləndirilməsinin aparılmaması, avtomobilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və məhkəməmühasibatlıq ekspertizası təyin olunub rəy alındıqdan və avtomobilin yenidən qiymətləndirilməsi aparıldıqdan sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 5 mart 2020-ci il tarixli 4237 nömrəli rəyi ilə bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları, 23 sentyabr 2013-cü il tarixli 116 MFAK saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 14 mart 2018-ci il tarixə Cavabdeh Atabank ASC-yə olan borcu ümumilikdə 33823,01 ABŞ dolları, əsas borc üz rə 21826,01 ABŞ dolları, faiz borcu üzrə 11997 ABŞ dolları, ekspertizaya təqdim olunmayan “X5” markalı, 2013-cü il buraxılışlı, mühərrik gücü 2400 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırkı nəzəri orta bazar qiyməti təxminən 35000 manat məbləğində müəyyən olunmuş, ekspertiza xərci 150 manat təşkil etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-292/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(043)2005/2018 saylı qətnaməsi cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 21.827,0 ABŞ dolları əsas kredit borcunun icra olunduğu gü nə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və Cavabdeh tərəfindən öhdəliyin təminatı kimi 23 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş “X5” minik markalı avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 29.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 21.826 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh tərəfindən öhdəliyin təminatı kimi 23 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş, “X5” minik markalı avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymət inin 35.000 manat müəyyən edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirərkən iş üzrə keçirilmiş 5 mart 2020-ci il tarixli ekspertiza rəyinə istinad etmiş və gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.1 və 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
13. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin 35.000 manat müəyyən olunması hissəsində ləğv edilərək həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2158/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər – İlqar Xələfov (sədrlik edən və məruzəçi), Gündüz Quliyev və Zaur Əliyev) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-292/2020 nömrəli 21 avqust 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinin 5 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Həmin mütəxəssis rəyinə görə, ipoteka predmeti olan avtomobilin hazırkı dövrə olan orta bazar qiyməti 35.000 manat təşkil edir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin tələbi nəzərə alınmadan müəyyən olunduğundan qətnamə qanuni sayıla bilməz. Qanunun həmin normasına görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun tələbi baxımından ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən edilməlidir.
17. Birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etmədən onun ilkin satış qiymətinin 35.000 manat təşkil etməsi barədə nəticəyə gəldiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə maddi hüquq normasının pozulması ilə çıxarılmışdır.
18. Kassasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsi 295-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2(104)-2285/2021 nömrəli qətnaməsi ilə (hakimlər - Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Loğman Süleymanov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti q ismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 5 iyun 2018-ci il tarixli, 2(043)-2005/2018 saylı qətnaməsi ipoteka predmeti olan “X5” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 29.000,00 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 33.000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının Cavabdeh, 50 manatının isə ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Azərbaycan Respubikası Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(102)2158/21 saylı qərarında qeyd olunan göstərişə əsasən məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə-əmtə əşünaslıq ekspertizası təyin edilmiş və alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 9/5503 saylı, 24 sentyabr 2021-ci il tarixli rəyi ilə ipoteka predmeti olan “X5” markalı, 2013-cü il buraxılışlı avtomobilin hazırkı likvid dəyərinin 33.000 manat məbləğində olması müəyyən edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nə iddia tələbindən, nə də digər prosessual hərəkətlərdən xəbəri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
26. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Həmçinin, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşm ası əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə uyğun olaraq əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, nəticədə ipoteka predmetinin likvid dəyəri ekspert rəyinə uyğun müəyyən edilmişdir.
38. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırkı işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, sifarişli poçtla bildirişlər və qanunvericiliyin tələb etdiyi qaydada göndərilmiş və cavabdehin ünvanına çatdırılmışdır. Qanunverici poçt bildirişlərinin fiziki olaraq şəxsə təqdim edilməsini şərt kimi irəli sürmür və ünvana çatdırılmış məktubları yetərli sayır. Həmçinin, apellyasiya şikayəti və ekspertiza keçirilməsinə dair ərizə cavabdehin nümayəndəsi vasitəsi ilə deyil, özü tərəfindən şəxsən imza edilməklə verilmişdir. Bu da cavabdehin iddia tələbi və digər prosessual hərəkətlərdən xəbərinin olmamasına dair kassasiya şikayətinin dəlilinin əsassız olduğuna dəlalət edir.
40. Beləliklə, məhkəmə kollegiyası apellyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2(104)-2285/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan