Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1009/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili x5nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2019-cu il tarixli qərardadından cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim V.Hacıyev) iddiaçı x1-nin cavabdehlər x2-yə, x3 və x4 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, x1 ilə x2 arasında bağlanmış 18.02.2011-ci il tarixli 01L000002490 nömrəli kredit xətti müqaviləsi üzrə 16.03.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 300.000 ABŞ dolları əsas borcu, 85.437,17 ABŞ dolları faiz borcu və 2.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 387.437,17 ABŞ dolları borcun, 02.06.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019- cu il tarixə yaranmış 250.000 ABŞ dolları əsas borcu, 68.100,21 ABŞ dolları faiz borcu və 1.500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 319.600,21 ABŞ dolları borcun, 03.06.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019- cu il ta rixə yaranmış 250.000 ABŞ dolları əsas borcu, 58.008,78 ABŞ dolları faiz borcu və 1.500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 309.508,78 ABŞ dolları borc olmaqla, ümumilikdə 1.016.546,16 (bir milyon on altı min beş yüz qırx altı ABŞ dolları on altı sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) cavabdehlər x2, x3 və x4 müştərək qaydada tutularaq iddiaçı x1-yə ödənilməsi, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)-14597/2019 saylı mülki iş) hazırki iş üzrə kı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(004)4598/2019 №-li qətnaməsindən cavabdeh x2-nin nümayəndəsi qismində x5 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş həmin şikayətin geri qaytarılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2, x3 və x4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair 01.07.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, x1 ilə x2 arasında bağlanmış 18.02.2011-ci il tarixli 01L000002490 nömrəli kredit xətti müqaviləsi üzrə 16.03.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 300.000 ABŞ dolları əsas borc, 85.437,17 ABŞ dolları faiz borcu və 174.597 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 560.034,17 ABŞ dolları borcun; 02.06.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250.000 ABŞ dolları əsas borc, 68.100,21 ABŞ dolları faiz borcu və 143.500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 461.600,21 ABŞ dolları borcun; 03.06.2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250.000 ABŞ dolları əsas borcu, 58.008,78 ABŞ dolları faiz borc və 143.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 451.008,78 ABŞ dolları borc olmaqla, ümumilikdə 1.472.643,16 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər x2, x3 və x4 müştərək qaydada tutularaq iddiaçı x1-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili x5 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, cavabdeh x2-nin nümayəndəsi x5 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən hüq uqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əs asının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (74.2). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Müəyyən edilmişdir ki, apellyasiya şikayəti cavabdehin nümayəndəsi qismində x5 tərəfindən imzalansa da, sonuncunun əsas iş yeri həmin hüquqi şəxs olan işçisi olduğunu təsdiq edən sənəd, yaxud vəkil orderi iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan lara əsasən apellyasiya instansiyası məhkəməsi şikayəti belə səlahiyyətə malik olmayan şəxs tərəfindən imzalandığı üçün qeyri-mümkün hesab etməklə, həmin şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2-nin kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-x2ş üzrə 14 noyabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. qərardadı
Məhkəmə qərarları › İş №2(102)-1009/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1009/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver