Məhkəmə qərarları › İş №2(102)-1009/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1009/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1009/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit müqaviləsi, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1, vəkili Vəkil, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Ca vabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı və Cavabdeh1 arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya İddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə 100.000 manat məbləğində borc verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus qeyriyaşayış sahəsi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 borc verilmiş məbləğlə bərabər, illik 5 faiz hesablanmaqla 10000 manat gecikdirilmiş faiz borcunun, həmçinin əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın iddiaçıya təhvil verilməsi, borc məbləğinin ipoteka predmeti olan əmlakın açıq hərracdan satışından əldə olunacq vəsait hesabına ödənilməsi, həmin məbləğ kifayət etmədikdə qalıq borcun Cavabdeh1 əmlakı və gəlirləri hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə alınmış xx xxxxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmetinin likvid dəyərinin 192.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6202/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (haki m F.H.Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 100000 manat məbləğində əsas borc, 10000 manat məbləğində gecikdirilmiş fair borcu olmaqla, ümumilikdə 110000 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan və xx xxxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş qeyri – yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 192000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə olunan məbləğ hesabına Cavabdeh1 İddiaçı olan 110000 manat məbləğində borcun ödənilməsi və satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin Cavabdeh1 ümumi qaydada tutulması qət olunmuşdur. Apellyasiya instansiyas ı məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da ədalətsiz məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə cavabdehin iştirakını təmin etmədiyindən yalnız iddiaçının verdiyi məlumatları əsas götürərək, yekun nəticəyə gəlmişdir. İş üzrə hər iki tərəf hüquqi şəxsin rəhbəri olmaqla və tərəflər arasında yaranmış münasibətlər də onların sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən onlar arasında yaranmış mübahisəyə qanunvericiliyin tələbinə əsasən ümumi məhkəmələrdə baxılmalı deyildi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-891/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmədiyindən iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün hüquqi əsaslar mövcuddur, həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc məbləğinin qaytarılma vaxtı xx xxxxxx 2017-ci il tarixədək müəyyən edildiyindən və borc hal-hazıradək ödənilmədiyindən, 2018-ci və 2019cu illər üçün əsas borcun illik 5 faizi hesablanmaqla 10000 manat məbləğində pul vəsaiti də Ca vabdeh1 iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlinmiş, qətnamə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı ilə aralarındakı münasibətlərin onların mahiyyət etibarilə kommersiya fəaliyyətindən irəli gələn münasibətlər olduğunu qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əvvəllər kommersiya münasibətləri olması istisna olunmasa da, xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin hər hansı bəndində tərəflər arasında kommersiya münasibətlərinə istinad olunmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və i zahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili isə kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fai z ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaq la hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar