Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1009/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, bu hüququn müvəqqəti saxlanıldığı hallar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 2009-cu ilin dekabr ayından faktiki nikah münasibətlərində olmaqla, nikahları xx.xx.2014-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fatimə, xx.xx.2019-cu il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur.
2. İddiaçı 2009-cu ildən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə (bundan sonra mübahisəli mənzil) köçmüşdür.
3. Mübahisəli mənzil xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh qardaşı X2 adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmış və adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi Cavabdehdur.
4. Tərəflər uzun müddət mübahi səli mənzildə birlikdə yaşadıqdan sonra 2021-ci ildə ailə münasibətləri pozulmuş, İddiaçı uşaqları ilə birlikdə mənzili tərk edərək, valideynlərinə məxsus evdə yaşamağa başlamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4326/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, nikahlarının ilk illərində münasibətləri normal olsa da, son vaxtlar cavab dehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Təqribən 2 həftə öncə aralarında mübahisə olduğu üçün məcbur olub, uşaqları ilə birlikdə mənzili tərk etmişdir. Bir müddət sonra uşaqların paltarlarını götürmək üçün mənzilə qayıtdıqda, çöl qapısının açarının dəyişdirildiyinin şahidi olmuş, dərhal cavabdehə mənzilə qayıtmaq istədiyini bildirsə də, cavabdeh onu mənzilə buraxmamışdır. Hazırda uşaqlar onun himayəsində olmaqla cavabdeh onları mənzilə buraxmadığından evsiz qalmışdır, yaşamağa yeri yoxdur və müvəqqəti olaraq valideynlərinin yanında yaşayır.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. Qarşılıqlı iddia belə əsaslandırılmışd ır ki, ailə qurarkən özünə məxsus mənzil olmadığından İddiaçı onun qardaşına məxsus mübahisəli mənzilə gəlin köçmüşdür. Ailə qurduqdan xeyli müddət sonra qardaşı həmin mənzili bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. İddiaçı heç bir əsas olmadan onunla birlikdə yaşamaq istəmədiyini bildirərək, öz təşəbbüsü ilə nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Belə olan halda, İddiaçı artıq onun ailə üzvü deyil, ailə münasibətlərinə xitam verilmişdir. Məhkəmə qətnaməsindən 4-5 ay öncə İddiaçı azyaşlı uşaqlarını da götürüb mənzildən öz istəyi ilə getmiş və hazırda valideyinlərinə məxsus mənzildə yaşayır.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4997/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (haki m Azər İsmayılov) hər iki iddia rədd olunmuşdur.
11. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, İddiaçı həmin vaxtdan 4-5 ay öncə mənzildən çıxmış və tərəflər hazırda bir yerdə yaşamırlar. İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmadığından həmin mənzilə köçürülə bilməz. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar isə məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığından onların yaşayış yeri analarının yaşayış yeri sayılır.
12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmadığına görə, onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab oluna bilməz.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 27.1, 152.1ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İlk İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini əsasən onun başqa yaşayış yeri olmaması və başqa yaşayış sahəsi ilə təmin olunması üçün maddi resurslarının olmamasına baxmayaraq, ən azından müvəqqəti olaraq mənzildə istifadə hüququnun saxlanması məsələsini həll etməyərək, onun və uşaqlarının hüquqlarını pozmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3768/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.Quliyev (sədrlik edən və məruzəçi) G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, tərəflər 2009-cu ilin dekabr ayında faktiki nikah münasibətinə daxil olarkən mənzilin mülkiyyətçisi ilk iddia üzrə cavabdehin qardaşı X3 olmuş, hazırda isə mənzilin mülkiyyətçisi cavabdehdir.
18. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla qeyd etmişdir ki, bu hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Buna görə də, İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmadığına görə, onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab oluna bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İlk İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2792/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin 2009-cu ilin dekabr ayından tərəflərin faktiki nikahda olmalarına və iddiaçının həmin vaxt mübahisəli mənzilə köçərkən mənzilin qaynının mülkiyyətinə olmasına istinad edərək, onunla mülkiyyətçi arasında razılaşma olmadığından ilk iddiaçının mənzilə istifadə hüququnun yaranmadığı barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, tərəflər arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanmış, mübahisəli mənzil ilk iddiaçının ərinin mülkiyyətinə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən keçmişdir. Belə olan halda, mənzilin mülkiyyətçisi dəyişdiyi və mənzil ilk iddiaçının ərinin mülkiyyətinə keçdiyi gündən onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə əsasən ailə üzvü kimi mənzildən istifadə hüququ yaranmış olur.
22. Lakin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən bu istifadə hüququ tərəflər arasında nikah pozulduğuna və ailə münasibətlərinə xitam verildiyinə görə s axlanılmır. Amma həmin normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Nə birinci instansiya, nə də apellyasiya məhkəməsi ilk iddiaya bu baxımdan hüquqi qiymət verməmiş, ilk iddiaçının müəyyən müddətə mənzildən istifadə hüququnun saxlanılması üçün onun başqa yaşayış sahəsinin olub-olmaması, maddi vəziyyətinin və diqqətə layiq digər halların (öhdəsində iki azyaşlı uşağının olması) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Halbuki, apellyasiya şikayətinin əsas dəlillərindən biri bu olmuşdur. c) Apellyasiya instansiyası məhk əməsindəki ikinci icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1729/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi) İ.Dəmirov və R.Ağayev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək, İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi və bu mənzildə istifadə hüquqlarının 4 il müddətinə saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla hesab etmişdir ki, ilk iddiaçı mübahisəli mənzilə köçdükdən sonra həmin mənzilə əri bağışlama qaydasında mülkiyyət hüququ əldə etdiyindən, ilk iddiaçı ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notarial qaydada təsdiqlənmiş yazılı razılaşma bağlanmasına zərurət olmadığından, onunla birgə yaşayan ailə üzvü (arvadı) kimi ilk iddiaçının da həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ yaranmışdır. Bu mənada ilk iddia tələbi təmin edilməli, ilk iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməlidir.
25. Məhkəmə kollegiyası, həmçin in qeyd etmişdir ki, tərəflər arasında nikah münasibətlərinə xitam verilsə də, ilk iddiaçının mübahisəli mənzildə istifadə hüququ Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından müəyyən müddətə, yəni 4 il müddətinə saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İlk iddia üzrə Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
27. Şikayət belə əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsində, istər apellyasiya icraatında, istər də nikahın pozulması ilə bağlı məhkəmə icraatı zamanı ilk iddiaçı könüllü olaraq anasının evinə getdiyini, cavabdehlə barışmaq istəmədiyini, anası ilə birlikdə yaşadığını bildirmişdir. Belə olan halda, apell yasiya məhkəməsinin ilk iddianın başqa yaşayış sahəsinin olmadığı, özünü başqa yaşayış sahəsi ilə təmin etməkdə maddi cəhətdən çətinlik çəkdiyi, mübahisəli mənzili məcburiyyət qarşısında tərk etdiyi barədə mövqeyi ilə razılaşmaq olmaz.
28. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayından sonraya təsadüf etdiyindən aralarındakı mübahisəyə Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qayda müəyyənləşdirmişdir. Ona görə də, apellyasiya məhkəməsinin İddiaçı mübahisəli mənzilə köçdükdən sonra həmin mənzilə cavabdeh bağışlama qaydasında mülkiyyət hüququ əldə etdiyindən, onunla yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gə lməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notarial qaydada təsdiqlənmiş yazılı razılaşma bağlanmasına zərurət olmadığından, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvü (arvadı) kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ yaranması barədə mövqeyi ilə də razılaşmaq olmaz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri k imi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması və xitam verilməsi hissələrində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin xüsusatlara dair iş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir.
41. Bu hissədə kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
42. Bununla belə, Kollegiya vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə ilk iddiaçının mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnu saxlamaqda haqlı olsa da, bunun üçün müəyyən etdiyi müddət (4 il) bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır.
43. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilərək, ilk iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2 il müddətinə saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən istifadə hüququ 2 il müddətinə saxlanılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi