Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-101/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5194/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (“İcarəyəverən”) ilə Cavabdeh (“icarəçi”) arasında xx.xx.2016-cı il tarixdə “Dövlət əmlakının icarəyə verilməsi haqqında” 9110/7673 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icarəyəverən, xx.xx.2015-ci il tarixli 73 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.1 kv.m. olan Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq icarə haqqı 137,48 manat olmaqla icarəçiyə icarəyə verməyi, icarəçi isə əmlakdan təyinatı üzrə istifadə edərək icarə haqqını cari ayın 10-dək ödəməyi öhdələrinə götürmüşlər;
3. M üqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər; 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir; 8.3-cü bəndinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: tərəflərin razılığı ilə; icarəçi icarəyəverəni bir ay qabaqcadan xəbərdar etməklə icarə müqaviləsi üzrə münasibətlərdən imtina etdikdə; icarəçi müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda;
4. Müqavilənin 8.6-cı bəndinə əsasən, icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “icarəçinin” müraciəti əsasında "icarəyəverən” tərəfindən baxıl ır;
5. Əmlak Məsələləri Dövlət Xidmətinin Maliyyə və Təminat şöbəsi tərəfindən verilən “xx.xx.2018-ci il tarixdə xitam verilmiş 7673 nömrəli müqavilə üzrə şəxsi hesab vərəqi”ndə göstərilmişdir ki, Cavabdeh həmin müqavilə üzrə ümumilikdə 2636,70 manat icarə haqqı ödəmiş, 3207,84 manat borcu yaranmışdır;
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (“İcarəyəverən”) ilə Cavabdeh (“icarəçi”) arasında xx.xx.2016-cı il tarixdə “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9109/8226 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icarəyəverən, xx.xx.2015-ci il tarixli 73 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57,6 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon MKTB-nin balansında olan qeyri yaşayış sahəsini xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq icarə haqı 161,28 manat olmaqla icarəçiyə icarəyə verməyi, icarəçi isə əmlakdan təyinatı üzrə istifadə edərək icarə haqqını cari ayın 10-dək ödəməyi öhdələrinə götürmüşlər;
7. Müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə, bu icarəçinin müqavilənin icrasından imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər; 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir; 8.3-cü bəndinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: tərəflərin razılığı ilə; icarəçi icarəyəverəni bir ay qabaqcadan xəbərdar etməklə icarə müqaviləsi üzrə münasibətlərdən imtina etdikdə; icarəçi müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda;
8. Müqavilənin 8.6-cı bəndinə əsasən, icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “icarəçinin” müraciəti əsasında "icarəyəverən” tərəfindən baxılır;
9. Əmlak Məsələləri Dövlət Xidmətinin Maliyyə və Təminat şöbəsi tərəfindən verilən “xx.xx.2018-ci il tarixdə xitam verilmiş 8226 nömrəli müqavilə üzrə şəxsi hesab vərəqi”ndə göstərilmişdir ki, Cavabdeh həmin müqavilə üzrə ümumilikdə 2128 manat icarə haqqı ödəmiş, 3763,06 manat borcu yaranmışdır;
10. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda ona, xx.xx.2016-cı il tarixli 9110/7673 saylı icarə müqaviləsinin ləğv edilməsi və xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə 3207,87 manat məbləğində icarə haqqı borcunun yaranması barədə məlumat verilmiş, 7 gün müddətində borcun ödənilməsinin təmin edilməsinin zəruriliyi, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir;
11. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona, xx.xx.2016-cı il tarixli 9109/8226 saylı icarə müqaviləsinin ləğv edilməsi və xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə 3763,06 manat məbləğində icarə haqqı borcunun yaranması barədə məlumat verilmiş, 7 gün müddətində borcun ödənilməsinin təmin edilməsinin zəruriliyi, əksə təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir;
12. X3 X8, X4, X6, X2 və X9 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbi Bakı şəhəri Nərimanov Rayon M əhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlərin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq X5 təhil verilməsi qət edilmişdir;
13. X7 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır; 14. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X3 mülkiyyətindədir, X10 isə uzun müddətdir həmin sahədə yaşamaqla bərabər, sahəni digər şəxslərin istifadəsinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi R ayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9109/8226 nömrəli icarə müqaviləsi üzrə 3763,06 manat, 9110/7673 nömrəli icarə müqaviləsi üzrə isə 3207,84 manat məbləğində vəsaitin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh icarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, "İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələblərini pozmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli 3-21-3/2-8755/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3/2- 8959/2023 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilməsinə baxmayaraq icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respubli kasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir, həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçmişdir.
17. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin qeyd etdiyi 102 kv.m etr qeyri-yaşayış sahəsinin cavabdehə verilən qeyriyaşayış sahəsi ilə heç bir aidiyyəti yoxdur. Tərəflərindən cavabdehə iki qeyri-yaşayış sahəsi verilib və cavabdeh bununla bağlı icarə müqaviləsini imzalamışdır. Cavabdeh qeyriyaşayış sahələrini təhvil almamış olsa idi, icarə haqqını ödəməzdi. Lakin cavabdeh 2016- cı ilin sentyabr ayınadək icarə haqqı ödəmişdir. Cavabdeh tərəfindən “İcarə haqqında” Qanunun 7-13-cü maddələrinin tələbləri pozulmuş, bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. “İcarə haqqında” Qanunun 13-cü maddəsinə əsasən icarə müqaviləsi avtomatik olaraq uzadılır, cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə icarə haqqını ödəmişdir.
18. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ildə rəhbərlik etdiyi Demokratiya və İnsan Hüquqları Komitə si üçün ofis verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, bununla bağlı ƏMDX-nin keçmiş rəhbərliyi ilə danışıqlar aparmışdır. Ona Əmlak Məsələləri Dövlət Xidmətinin ikinci mərtəbəsində yerləşən otaqda müqavilə bağlaması bildirilmiş, xx.xx.2016-cı il tarixdə “Dövlət əmlakının (qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlamışdır. ƏMDX ona təmirsiz olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini şifahi olaraq vermiş, onunla ƏMDX arasında qeyri-yaşayış sahəsinin verilməsi barədə təhvil-təslim aktı tərtib olunmamışdır. Qeyriyaşayış sahəsi 1 dəhlizdən və 4 otaqdan ibarətdir. Birinci otaqda X7 dərzi fəaliyyəti ilə məşğul olduğu və orada da yaşadığı məlum olmuşdur. Həmin şəxs onu çox emosional və hirsli qarşılamış, belə olan halda obyektdən dərhal çıxaraq bu barədə ƏMDX-yə məlumat vermiş, Xidmətin işçisi həmin şəxsin yaxın vaxtlarda çıxacağını bildirmişdir. Təxminən 1 ilə yaxın icarə haqqı ödəməyinə baxmayaraq həmin şəxs oradan çıxmamış, əksinə digər üç otağı da başqa şəxslərə icarəyə vermişdir. Özü qeyri-yaşayış sahəsindən bir gün belə istifadə etməmişdir. Dəfələrlə ƏMDX-yə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini bildirsə də, Xidmətin işçiləri qeyri-yaşayış sahəsini ona verəcəklərini vəd etsələr də, vədlərinə əməl etməmişlər. Belə olan halda Əmlak Məsələləri Dövlət Xidmətinə gedərək qeyri-yaşayış sahəsindən imtina etmiş, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə şifahi məlumat vermişdir. Ona pretenziya məktubu isə bu ilin 24-də poçt vasitəsilə göndərilib. Ona ünvanlanmış məktubda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayaraq rəhbərliklə onunla əlaqə saxlamalarını xahiş etmiş, ona əlaqə saxlanılacağı bildirilsə də, zəng olunmamışdır. Bundan əlavə, həmin qeyri-yaşayış sahəsi X5 məxsusdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X10 və digər 4 nəfər şəxs həmin qeyri yaşayış sahəsindən çıxarılmışlar. X10 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda ona sonradan məlum olmuşdur ki, hətta X7 qeyri-yaşayış sah əsində işıqdan istifadə etdiyinə görə "xxxx" ASC-yə 3000 manat borcu da yaranmışdır. Müqavilə bağlanandan 3 ay sonra ona qeyri-yaşayış sahəsinin satışa çıxarılacağı və istədiyi təqdirdə ala biləcəyi bildirilmişdir. Aralarında olan müqavilənin 8.1,8.3,8.6-cı maddələrinə əsasən əgər o, müqavilə üzrə ödənişlər etməmişdirsə, qarşı tərəf müqaviləni poza bilərdi. Həmin obyektdən 1 dəqiqəlik belə istifadə etməmişdir. Orada olan kənar şəxsin çıxarılmasını, boş yerin ona verilməsini xahiş etsə də, bu xahişi təmin edilməmişdir. İddiaçı icarə haqqının ödənilməsi üçün ona hesab vermişdir ki, müqavilə üzrə ödənişlərini həmin hesaba etmişdir. İcarə obyektini vəd etdikləri kimi ona təhvil vermədiklərindən icarə haqqını ödəməmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-783/2024 saylı, xx.xx. 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir, müqavilənin şərtinə əsasən isə icarəçinin müqavilənin yeni müddətə uzadılması ilə bağlı müraciəti olmamışdır. Bunun əksini iddiaçı sübut edə bilmir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilələrinə xx.xx.2018-ci ildə xitam verilməsi ilə bağlı dəlilləri əsassızdır, çünki müqaviləyə artıq xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Bu səbəbdən də iddiaçının müqavilə münasibətlərində olmadığı müddət üçün cavabdehdən icarə haqqı tələb etməsi əsassız hesab edilməlidir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, icarə predmetinin ümumiyyətlə icarəçiyə təh vil verilmiş olması da işin halları ilə müəyyən edilməyib. Belə ki, cavabdehin həmin məsələ barədə dəlilləri tədqiq edilmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapıb. Bu səbəbdən də cavabdehin, icarə obyekti təhvil verilməsə də icarə müqaviləsi müddətində icarə haqqı ödəməsi ilə bağlı mülahizələri əsaslı və inandırıcı hesab olunmalıdır.
22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.2, 700.1, 700.2, 700.3, 704.1-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 12, 13.1, 13.4, 13.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
24. İddiaçının nüm ayəndəsi şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla qeyd etmişdir ki, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, mülahizələrə əsaslanmaqla qanunsuz qərar çıxardığını, işin müəyyən olunmuş hallarını təhrif etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5194/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E. Həsənov (sədrlik edən), X. Mərdanova və M. Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin hallarından, xüsusilə də məhkəmə aktına əsasən iddiaçı, icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməyərək əmlakı cavabdehə təhvil verə bilməmi ş, beləliklə də müqavilə bağlanarkən cavabdehin ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb olmuşdur. Başqa sözlə, cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqavilələrini faktiki ləğv etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 425, 700.1, 700.2, 700.3, 704.1, 704.2-ci, “İcarə haqqında” Qanunun 12, 13.1, 13.4, 13.5-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 385, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qeyri-yaşayış sahələrinə dair müqavilə cavabdehin müvafiq ərizəsi və razılığı ilə bağlanılmış və cavabdeh öz iradəsinə uyğun həmin müqaviləni imzalamış və müqavilə qüvvəyə mindikdən sonra icarəçi icarə haqlarının ödənilməsini həyata keçirmişdir. Eyni zamanda, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qeyd edilən qeyri-yaşayış sahələrinin müqavilə üzrə ona təhvil verilməsi barədə hər hansı tələb irəli sürməmişdir. Məhkəmə öz qətnaməsini lazımi qaydada əsaslandırmamış, iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, nəticədə əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
32. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.
33. Maddə 446.4. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun.
34. Maddə 6
75. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
35. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
36. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
37. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafi q surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Qanuna əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə ) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (§ 34-35, 37).
47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - icarə müqavilələrinin obyekti olan sahələrin iddiaçı tərəfindən c avabdehin istifadəsinə verilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda, iddiaçının icarə haqqı tələbləri yuxarıda qeyd olunan normalarla istinsna edilir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsi ni öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5194/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.