Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1010/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1010/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı Ləğv prosesində olan İddiaçı-nin vəkili Vəkil iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı-nin Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək 18 aprel 2014-cü il tarixli 705-14 nömrəli kredit müqaviləsi üzrə 578,57 ABŞ dolları əsas borc, 460,94 ABŞ dolları faiz borcu, 480,25 ABŞ dolları cərimə məbləği və 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(054)-654/2018 nömrəli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 18 aprel 2014-cü il tarixli 705-14 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 578,57 ABŞ dolları əsas borc, 460,94 ABŞ dolları faiz borcu, 10,00 ABŞ dolları cərimə - cəmi 1049 ABŞ dolları 51 sent borc və 30,00 manat dövlət rüsumunun tutulması, borc məbləğinin qətnamənin icra olunduğu günə ABŞ dollarının AR Mərk əzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanması qət olunmuşdur. Oğuz Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(054)-654/2018 saylı qərardadı ilə (hakim K.Süleymanov) Cavabdeh2 vəfat etməsi ilə əlaqədar ona münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Oğuz Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(054)-654/2018 nömrəli qərardadı ilə (hakim K.Süleymanov) iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(107)2987/2018 saylı qərardadı ilə (hakimlər: A.Mahmudov, V.Məlikov və E.Hüseynov) Oğuz Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(054)-654/2018 sa ylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(107)-2987/2018 saylı qərardadının ləğv edilməsi, Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək icraatın dayandırılması məqsədilə işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(107)-2987/2018 saylı qərardadının ləğv edilməsi, Cavabdeh2 hüq uqi varisi müəyyən edilənədək icraatın dayandırılması məqsədilə işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı Ləğv prosesində olan İddiaçı-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti t əmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 iş üzrə digər Cavabdeh1 adı çəkilən bankdan kredit götürərkən ona zamin durmuş və sonuncu ilə birgə bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 07 mart 2015-ci il tarixli AZ-İ 912773 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 19 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470477-ci maddələri ilə tənzimlənir. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddə si). Maddənin dispozitiv şərtindən də göründüyü kimi zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıdığından zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, zamin kredit müqaviləsi rəsmiləşdirilən zaman kredit məbləğindən mənfəət (bəhər) götürməyib, onun öhdəlik daşıdığı müqavilə (zaminlik müqaviləsi) əmlak xarakterli deyil, məhz hüquqdaşıyıcı bir müqavilə olduğundan və o yalnız müq avilədə qeyd olunmuş qaydada əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi ilə bağlı öhdəliyin təmin edilməsində vəzifə daşıdığından həmin hüquq vərəsəlik hüquq münasibəti çərçivəsində ötürülməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zaminin başqa şəxsin kreditoru qarşısında daşıdığı hər hansı bir vəzifə mirasın passivi qaydasında onun vərəsələrinə ötürülmür və bu öhdəliklər zaminin özünün iştirakı olmadan icrası mümkün olmaması səbəbindən onun ölümü ilə öhdəliyin xitamına səbəb olur və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi hallarından biri də məhz iş üzrə tərəflərdən biri olan ş əxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1010/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1010/2019
14.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver