Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1010/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-*****/2020 nömrə li iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17440 ABŞ dolları əsas borc, 25966 ABŞ dolları faiz borcu, 9677 ABŞ dolları cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1747,24 ABŞ dolları faiz və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X1 İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli plastik kart *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə, illik faiz dərəcəsi 25%ödənilmək şərtilə 20.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməm iş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(004)-****/2019 nömrəli qətnaməsi ilə (hakim – Ayaz Məmmədov) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf müqavilənin bağlandığını, cavabdehə kredit vəsaitini ayırdığını sübut edə bilmədiyindən, iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barə də yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ***** saylı rəyinə əsasən xx xxxx 2011-ci il tarixli, PK *** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdaki kimi müəyyən olunur o cümlədən; xx.xx.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 18.646,77 ABŞ dolları; əsas borc 7.606,12 ABŞ dolları. Faiz borcu 11.040,65 ABŞ dolları. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5% hesablamaqla; faiz borcu 762,72 ABŞ dolları müəyyən edilmiş dir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-****/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddiaçının apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli PK *** saylı plastik kart üzrə kredit müqaviləsi tərtib edilərək həmin müqaviləyə əsasən cavabdehə 72 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 20.000 (iyirmi min)ABŞ dolları kredit vəsaiti verilməsi nəzərdə tutulsa da, həmin m üqavilə cavabdeh yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Belə ki, onlar arasında qeyd olunan kredit müqaviləsi tərtib olunsa da, bank həmin kredit məbləğinin məhz iş üzrə cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədi (kassa məxaric orderi, plastik kartı və.s) iddia ərizəsinə əlavə etməmiş, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğinin hər hansı bank hesabına ödənilməsi barədə məhkəməyə hansısa bir sübut təqdim etməmişdir. Belə vəziyyətdə qeyd olunan məbləğin həqiqətən cavabdeh tərəfindən qəbul edilməsi təsdiq olunmur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya baxışı zamanı tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilsə də, alınmış rəy i ddianın əsaslılığına təsdiq etmir. Belə ki, ekspert yalnız iddiaçının təqdim etdiyi hesabdan çıxarışdan istifadə etməklə rəy vermişdir. Hesabdan çıxarışda isə yalnız əməliyyatların hərəkəti və vaxtı göstərilir. Lakin ekspert rəyi ilə də həmin kredit məbləğinin cavabdehə verilməsi və bu vəsaitdən cavabdehin istifadə etməsi, o cümlədən hansısa formada cavabdehin yararlandığı təsdiq olunmur. Bundan başqa, cavabdehin şəxsiyyət vəsiqəsinin banka verilməsini və kart üzrə vəsaitlərin kim tərəfindən istifadə edildiyini araşdırmaq məhkəmənin bilavasitə vəzifəsi deyildir. Yetər ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları, ən azından cavabdeh tərəfindən imzalanmış kredit müqaviləsini, kredit kartının cavabdehə təqdim edilməsinə dair sənədi və.s məhkəməyə təqdim etsin. Məhkəmə də təqdim edilmiş sübutları tədqiq etdikdən sonra onlara tətbiq edilməli olan hüquq normalarını seçib düzgün tətbiq etməklə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul edə bilər. Buna baxmayaraq cavabdehin adına olan hesab üzrə əməliyyatların kim tərəfindən aparıldığını müəyyən etmək üçün iddiaçı özü də şikayətində göstərdiyi aidiyyəti orqanlara müraciət edə bilər. Bunu ona qadağan edən hal yoxdur. Lakin iddiaçı bu hüquqdan istifadə etməməsinin səbəblərini də şikayətində açıqlamamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi saxtakarlığı aşkar etmiş, lakin heç bir xüsusi qərardad çıxarmamışdır. Digər tərəfdən cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydasında bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən banka müqavilənin onun tərəfindən imzalanmadığı bildirilməmiş, bu məsələnin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatla ndırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilm əsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur... Yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyi n etməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Madd ə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə bütünlüklə mübahi sələndirildiyindən və məhkəmə aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hansı hüquq normalarının pozun tusuna yol verilməsini göstərməmiş, yalnız işin hallar ilə bağlı nüansları sadalamışdır ki, bu hallar da kasasiya araşdırmasının predmetini təşkil edə bilməz. Bundan əlavə, iddiaçının xüsusi qərardad çıxarılmaması barədə dəlili üzrə isə qeyd edilməlidir ki, bu halla bağlı apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə mövqeyini bildirmişdir ki, həmin mövqedə də haqlı olmuşdur. Hazırki halda bununla bağlı təkrarçılığa yol verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.