Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1010/2022 11.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-8047/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Həmin qətnaməyə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlərdən müştərək qayd ada iddiaçının xeyrinə 16356,46 manat əsas borc, 1375,01 manat faiz borcu olmaqla, cəmi 17731,47 manat pulun iddiaçının xeyrinə tutulması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(001)-4222/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, cavabdehin mübahisələndirdiyi hissə (1375,01 manat faiz borcu) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-8047/2021 nömrəli qətnaməsindən ver diyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1010/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1010/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver