Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1012/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9503/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik istifadə dərəcəsi 3 faiz olmaqla 304.861 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin yanvar ayında ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabde h kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 30 noyabr 2020-ci il tarixə 317.013 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh alınaraq banka ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) iddia qismən təmin edilərək Cavabdeh iddiaçının xeyrinə ödənilmiş 30 manat dövlət rüsumu da olmaqla cəmi 312.840 ABŞ dollarının tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək kredit müqaviləsi üzrə borcun düzgün hesablanmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prose ssual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9503/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1904/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh kredit borcu və məhkəmə məsrəfinin (rüsumun) ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, kredit borcu və məhkəmə məsrəfinin İddiaçı1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edi lən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, 29 avqust 2019-cu il tarixli kredit müqaviləsini bağlamaqla tərəflər üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Belə ki, müqaviləyə əsasən bank Cavabdeh 12 ay müddətinə qaytarmaq şərti ilə 304.861 ABŞ dolları məbləğində kredit vermək barədə, Cavabdeh isə müqavilədə və ödəniş cədvəlində müəyyən olunmuş müddətlərdə və qaydada krediti qaytarmaq barədə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc m üqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin öhdəlik münasibətlərini müəyyən edən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunduğu kimi bank üzərinə götürdüyü öhdəliyi icra edərək müqavilədə müəyyən olunmuş m əbləğdə Cavabdeh kredit vermiş, sonuncu isə müqavilə öhdəliyini pozaraq kreditin müəyyən olunmuş qaydada və müddətdə banka qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəf indən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 304.861 ABŞ dolları, bir il üçün əsas borca hesablanmış faiz borcu isə 9272,85 ABŞ dolları təşkil etmişdir. Müqavilə müddəti daxilində cavabdeh tərəfindən 5361,33 ABŞ dolları ödənilmiş, həmin müddət üçün ödənilməmiş 3911,52 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Lakin iddiaçı tərəfindən cavabdehdən faiz borcuna görə 3810 ABŞ dolları tələb edilmişdir. Kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün ödənilməmiş faiz borcu isə 3769 ABŞ dolları təşkil etmişdir. Cavabdeh hesablanmış borcun məbləği ilə razılaşmayıb iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olduğunu iddia etsə də, apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertizanın keçirilməsi üçün əsasların olmaması qənaətinə gə lərək bununla razılaşmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinə görə Cavabdeh ona qarşı yönəlmiş tələbin əsassız olmasını sübuta yetirə bilməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsi mülki kollegiyasının 2(103)-9503/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1012/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1012/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver