Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1015/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş №2(102)-1015/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.N.Abbasov; 2(025)-729/2018)iddiaçı İddia çı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3134,57 (üç min bir yüz otuz dörd dollar 57 sent) ABŞ dolları əsas borc, 784,94 (yeddi yüz səksən dörd dollar 94 sent) ABŞ dolları faiz borcu və 30 (otuz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3949,51 (üç min doqquz yüz qırx doqquz dollar 51 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-in xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 201 8-ci tarixli qətnaməsi ilə (hakimlər: G.Q.Abbasov; (sədrlik edən və məruzəçi) R.R.Rəfiyev və E.Ş.Hüseynov 2(107)-2388/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşı Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, əmr icraatı qaydasında ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-in xeyrinə 3134,57 (üç min bir yüz otuz dörd dollar 57 sent) ABŞ dolları əsas borc, 784,94 (yeddi yüz səksən dörd dollar 94 sent) ABŞ dolları faiz borcu və 313,45 (üç yüz on üç dollar 45 sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4232,97 (dörd min iki yüz otuz iki dollar 97 sent) ABŞ dolları məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(025)-729/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmiş, Cavabdeh2 etirazı əsasında, məhkəmənin 03.05.2018-ci il tarixli qərardadı ilə həmin əmr ləğv olunaraq materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə 29.05.2015-ci il tarixdə bağladığı **********91 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən ol unur. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 29.05.2015-ci il tarixli, 035R********** saylı kredit razılaşması əsasında 18 ay müdətinə, aylıq faiz dərəcəsi 2.3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.01.2016-cı il tarixli 035R**********S saylı və 07.07.2016-cı il tarixli *********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 1865,43 (bir min səkkiz yüz altmış beş dollar 43 sent) ABŞ dollar ı ödəmiş və onun kreditora 3134,57 (üç min bir yüz otuz dörd dollar 57 sent) ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcunu kreditora qaytarmadığı üçün 12.03.2018-ci il tarixə 384 gün üçün hesablanmış faiz borcu 784,94 (yeddi yüz səksən dörd dollar 94 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləği ndə cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 313,45 (üç yüz on üç dollar 45 sent) ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən həmin məhkəməyə göndərilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 88, 217 -cı maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlə rin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29.05.2015-ci il tarixli 035L********* saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh2 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29.05.2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bank ümumi məbləği 5000 (beş min) ABŞ dolları olan borc pulu aylıq faiz dərəcəsi 2.3333 % dərəcəsi olmaqla 18 ay müddətinə kredit alana verir, kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir Xəbərdarlıq mə ktublarının surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında bildiriş göndərilmişdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 29.05.2015-ci il tarixli **********01 saylı Zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidir. 28.03.2018-ci il tarixli arayışdan aydın olur ki, Cavabdeh2 29.05.2015-ci il tarixli 035R********** saylı kredit razılaşması üzrə borcunun məbləği əsas kreditə görə 3134,57 (üç min bir yüz otuz dörd dollar 57 sent) ABŞ dolları, faiz borcuna görə 784,94 (yeddi yüz səksən dörd dollar 94 sent) ABŞ dolları, cərimə borcuna görə 313,45 (üç yüz on üç dollar 45 sent) ABŞ dolları olmaqla, borcun cəmi məbləği 4232,97 (dörd min iki yüz otuz iki dollar 97 sent) ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. - 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsı müəyyən edilmişdir. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəx s (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, m allarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. - 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. - 470-ci mаddəsində zаminlik müqаviləsinə verilən tərifə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissəhissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci mаddəsində göstərilmişdir ki, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Yuxаrıdа göstərilən zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаdığınа görə zаmin bоrclu ilə kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. - 472.2-ci mаddəsində nəzərdə tutulm uşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. - 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. - 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillər ə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29.05.2015-ci il tarixli 035L**********91 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29.05.2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasının 1.1-c i və 1.2-ci bəndlərinə əsasən bank ümumi məbləği 5000 (beş min) ABŞ dolları olan borc pulu aylıq faiz dərəcəsi 2.3333 % dərəcəsi olmaqla 18 ay müddətinə kredit alana verir, kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. Xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında bildiriş göndərilmişdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsəd ilə Cavabdeh1 29.05.2015-ci il tarixli 035S**********01 saylı Zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidir. 28.03.2018- ci il tarixli arayışdan aydın olur ki, Cavabdeh2 29.05.2015-ci il tarixli 035R********** saylı kredit razılaşması üzrə borcunun məbləği əsas kreditə görə 3134,57 (üç min bir yüz otuz dörd dollar 57 sent) ABŞ dolları, faiz borcuna görə 784,94 (yeddi yüz səksən dörd dollar 94 sent) ABŞ dolları, cərimə borcuna görə 313,45 (üç yüz on üç dollar 45 sent) ABŞ dolları olmaqla, borcun cəmi məbləği 4232,97 (dörd min iki yüz otuz iki dollar 97 sent) ABŞ dolları təşkil edir. Cavabdeh2 ilə İddiaçı QSC arasında, həmçinin sonuncu ilə zamin arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilmir. İş üzrə izahı xüsusi bilik tələb edən suallar aşkar edilmədiyindən, habelə cavabdehin şikayətində düzgün hesablanmadığı göstərilən borc məbləğlərinin nə qədər olmalı olduğu və nə qədərinin düzgün olmaması barədə heç bir dəlil göstərilmədiyindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Azərbaycan Re spublikası MPM-nin 88-ci maddəsinin tələblərinə müvafiq qaydada iş üzrə toplanmış sübutları tədqiq edərək onlara hüquqi qiymət vermiş apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına görə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsa s ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi c Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1015/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1015/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver