Məhkəmə qərarları › İş №2(102)-1018/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1018/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1018/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)8697/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(005)-2076/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) İddiaçı Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul tələbinə dair” iddiası təmin edilərək, Cavabdeh2 100.000 manat pulun tutulub iddiaçıya verilməsi qət edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)10631/2017 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2051/2018 saylı qərarı ilə (hakimlər M.T.Əhmədova sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)8131/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, S.F.Hacıyev və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2346/2019 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kassasiya şi kayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)8697/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2 70.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məh kəmədə Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul tələbinə dair” iddia qaldıraraq, Cavabdeh2 100.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLA Rİ İddiaçı, Cavabdeh2, vəkili xx, Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri, 06 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərba ycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini qismən təmin edərkən, Cavabdeh2 iddiaçıya ödənilməmiş 70.000 manat borcunun qalmasına, iddia ərizəsini bütövlükdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı, Cavabdeh1 və Cavabdeh2 200.000 manat borc pul vermiş və cavabdehlər xx xxxx 2015-ci il tarixədək həmin borcu qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı, məhkəmədə cavabdehlərə qarşı 200.000 manat borc pul tələbinə dair iddia qaldırsa da, işə məh kəmə iclasında baxılarkən yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 100.000 manat borcunu ödədiyini göstərib, sonuncunu cavabdehlər siyahısından çıxararaq yalnız Cavabdeh2 100.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçıdan bütövlükdə 60.000 manat borc pul alıb və həmin pulun 30.000 manatını iddiaçının göstərişi ilə onun işçisi xxx verib, qalan 30.000 manat pulu isə onun qardaşı şəxsən iddiaçıya ödəyib. Hazırda onun iddiaçıya bütövlükdə 20.000 manat borcu vardır, həmin pul da faiz məbləğidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, Cavabdeh2 xx xxxx 2015-ci il tarixdə 30.000 manat pulu iddiaçının tapşırığı əsasında X2 verməsi və sonuncunun həmin pulu məhz iddiaçının tapşırığı əsasında qəbul etməsi mülki iş materialları, o cümlədən Namiq Sadıqovun izahatı ilə istisna olunmur. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli borc müqaviləsi ilə təsdiq olunur ki, Cavabdeh2 xx xxxx 2015-ci il tarixədək iddiaçıdan borc götürdüyü 200.000 manat pulu ona qaytaracağını öhdəsinə götürmüşdür. Bu fakt işin mübahisə olunmayan halıdır, Cavabdeh2 özü də bu faktı inkar etməmişdir. Belə olan halda Cavabdeh2 xx ödədiyi 30.000 manat pulun müqavilədə nəzərdə tutulan borc pul olmaması nəticəsinə gəlinməsi iddiaçı tərəfindən kifa yət qədər əsaslandırılmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu xüsusatla bağlı gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 95.1 və 95.2 maddələrinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini rəhbər tutub haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200.000 manat məbləğində borc pul verilməsi müəyyən edilir. Təqdim olunan audio yazı sadalanan prosessual normaların tələblərinə zidd olaraq əldə edildiyində məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Ödənilmiş məbləğə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırda iddia olunan 100.000 manat pulun 30.000 manatının iddiaçının göstərişi ilə Cavabdeh2 tərəfindən onun işçisi xx ödənilməsi mülki iş materialları ilə istisna olunmur və sonuncu özü də Cavabdeh2 30.000 manat pul almasını inkar etmir. İddiaçı, həmin məbləğin xx xxxx 2015-ci il tarixli borc müqaviləsinə aidiyyətinin olmadığını, xx Cavabdeh2 30.000 manat pul almasına dair xx xxxx 2015-ci il tarixli qəbzdə bu barədə hər hansı qeydin aparılmadığını və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını tə şkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməməsi də iddia tələbinin 30.000 manat pul tələbinə aid hissədə əsassız olması qənaətinə gəlməyə əsas verir. Apellyasiya baxışı zamanı şahid qismin də dindirilmiş xx da 30.000 manatın kökünün haradan olduğunu bilmədiyini, ona İddiaçı Cavabdeh2 gələrək pul verəcəyini bildirdiyini qeyd etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən xxx ödənilmiş 30.000 manat pulun borca aidiyyətinin olmaması ilə bağlı əsassız nəticəyə gəlmişdir. Bundan başqa, Cavabdeh2 apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində, iddiaçı tərəfindən iddia olunan digər 30.000 manat pulun qardaşı xxx tərəfindən bilavasitə iddiaçıya ödənilməsini göstərib iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Bununla bağlı yalnız birinci instansiya məhkəməsində şahid qismində xx dindirilmişdir ki, sonuncu da öz ifadəsində xxx un əlində olan bağlamanın içində 30.000 manat pulun olmasını, həmin pulu maşında İddiaçı verməsini ona xxx un dediyini bildirmişdir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübut etmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxu d əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, digər 30.000 manat pulun Cavabdeh2 qardaşı xxx tərəfindən iddiaçıya ödənilməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmamaqla yanaşı, bu barədə hər hansı mötəbər sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçı özü də bu faktı etiraf etməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara sadalanan prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kas sasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-8697/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar