Məhkəmə qərarları › İş №2(102)-1018/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1018/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1018/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)1946/2020 nömrəli qətnaməsindən İddiaçı QSC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 30 aprel 2012-ci il tarixli 14L000002025 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə, yəni 30 aprel 2022-ci il tarixədək 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 21 aprel 2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı QSC və Cavabdeh2 arasınd a bağlanmış 21 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 30 mart 2015-ci il tarixli, 14R000009421S saylı və 30 mart 2016-cı il tarixli, 14R000009421SA saylı sazişlərlə İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, son nəticədə kreditin qalığının son ödəmə vaxtı 15 oktyabr 2018-ci il, aylıq faiz dərəcəsi isə 1,6667% müəyyən edilmişdir. İddiaçı QSC tərəfindən təqdim edilmiş 27 fevral 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 21 aprel 2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması üzrə 15 oktyabr 2018-ci il tarixə 18567,59 ABŞ dolları məbləğində əsas kredit borcu, 7008,22 ABŞ dolları məbləğində faiz borcu və 15960 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41535,81 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 may 2020-ci il tarixli rəyinə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 21 aprel 2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması və əlavə sazişlərin şərtləri əsas götürülməklə Cavabdeh3 15 oktyabr 2018-ci il tarixə və 05 avqust 2019-cu il tarixə banka olan borcu 24608,62 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 17299,06 ABŞ dolları, faiz borcu üzrə 7309,55 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 21 aprel 2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması və əlavə sazişlərin şərtləri əsas götürülməklə Cavabdeh3 15 oktyabr 2018-ci ildən 05 avqust 2019-cu ilədək olan dövrün faiz borcu illik 5 faizlə hesablanmaqla banka olan borcu 25305,38 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 17299,06 ABŞ dolları, faiz borcu üzrə 7309,55 ABŞ dolları, illik 5%-lə faiz borcu üzrə 696,77 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 21 aprel 2014-cü il tarixli 14R000009421 saylı kredit razılaşması cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank gecikmələrə görə cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh3 müqavilə üzrə cərimə hesablanmamışdır. İş üzrə qəbul edilmiş məhkəm ə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair (Cavabdeh1 cavabdehlər siyahısından çıxarılması barədə) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 14R000009421 saylı kredit razılaşması üzrə 18567,59 ABŞ dolları məbləğində kredit borcu, 10090,44 ABŞ dolları məbləğində faiz borcu və 21795,01 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50453,04 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit xətti və kredit razılaşmasından irəli gələn öhdəliklər tam ic ra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)2098/2019 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia qismən təmin edilərək, 14R000009421 saylı kredit razılaşması üzrə 18567,59 ABŞ dolları məbləğində kredit borcu, 10090,44 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28858,03 ABŞ dolları məbləğində borcun manatın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası mə hkəməsində icraat Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)-2098/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)-1946/2020 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(002)-2098/2019 nömrəli qətnaməsi əsas və faiz borcuna aid hissədə dəyişdirilmiş və 14R000009421 saylı kredit razılaşması üzrə tutulmalı olan əsas borcun 17299,06 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixədək (15 okty abr 2018) faiz borcunun 7309,55 ABŞ dolları və müqavilə müddəti bitdiyi vaxtdan iddia qaldırılanadək olan dövr üçün illik 5 faizlə hesablanan faiz borcunun 696,77 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər (cərimə borcuna aid) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilərinin araşdırılması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Apellyasiya məhkəməsi əsas və faiz (müqavilə müddəti bitdikdən sonra olan dövrün faiz borcu illik 5 faizlə hesablanmaqla) borcuna dair hissədə məhkəməmühasibatlıq ekspertizasının rəyini əsaslı saymış və hesab etmişdir ki, qətnamə həmin hissədə dəyişdirilməli və ekspertiza rəyi üzrə müəyyən edilmiş əsas borc, faiz borcu və illik 5%-lə faiz borcu tutulmalıdır. Cərimə məbləğinə aid hissədə apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq cərimə məbləğinin azaldılaraq 200 ABŞ dolları məbləğində tutulması barədə haqlı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)-1946/2020 nömrəli qətnaməsinin iddianın qismən təmin olunmuş hissələrində - tələb olunan əsas, faiz borcların ın tutulması hissələrində ləğv olunması və həmin hissələrdə iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ekspert rəyi iş materiallarına uyğun olmamış və natamam olmuş, bu hal isə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)-1946/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunveric iliyin tələblərini pozmuş, cavabdeh tərəfin mənafelərini nəzərə almamışdır. İddiaçı tərəfindən faiz və dəbbə pulu məbləği şişirdilmiş, müqavilə dollarla bağlanılsa da, cavabdehə manatla pul verilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə zidd olaraq cavabdehdən vaxtı keçmiş faiz və cərimə borcu tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin müvafiq olaraq təmin olunmuş və təmin olunmamış hissələrini mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlid ir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələb lərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzl üyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, m üqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərə rin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsi nə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq göstərmişdir ki, ABŞ dolları i lə alınmış kreditin konvertasiya edilərək verilməsi onun Azərbaycan manatı ilə verilməsini ehtiva etmir. Kreditin ABŞ dolları ilə verilməsi kredit müqaviləsi, ödəniş cədvəli və digər sənədlərdə aydın şəkildə ifadə olunmuşdur. Alınmış kreditin konvertasiya edilərək borcluya verilməsi onun öz razılığı ilə baş vermişdir ki, bu da kredit müqaviləsinin etibarsızlığına, nə də hazırda mövcud olan borcun ödənilməsindən imtina edilməsinə əsas vermir. Həmçinin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki kredit müqaviləsi tələb olunan əsas məbləğə görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Belə ki, Fərmanın təsiri altına fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər düşür. Hazırki tələbdə isə əsas borcun 17299,06 ABŞ dolları olması müəyyən olunmuşdur. Borcun məbləği ilə bağlı həm cavabdehin, həm də iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq əsas və faiz borcunu keçirilmiş ekspert rəyinə uyğun müəyyən etmişdir. Belə ki, ekspertiza tədqiqatı iş materiallarında olan sənədləri, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olma sa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)-1946/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar