Məhkəmə qərarları › İş №2(102)-1018/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1018/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1018/2022 01.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(105)-312/2021 saylı qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(105)-312/2021 saylı iş üzrə qərardadından kassasiya şikayəti vermişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti q eyrimümkün hesab edilməli və kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(105)-312/2021 saylı iş üzrə qərardadından verilmiş kassasiya şikayəti Cavabdeh v ə onun vəkili Vəkil tərəfindən 20.12.2021-ci il tarixdə elektron qaydada imzalanmış və Sumqayıt Apelyasiya Məhkəməsinin elektron idarəetmə sisteminə yüklənmişdir. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləy ə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tuta raq QƏRARA ALDİ: Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(105)-312/2021 saylı qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar