Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1019/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiqi, iddia müddətinin axımının kəsilməsi, məhkəmə prosesində tərəflərin iştirakının təmin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1849/20 22 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. LPO İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 manat məbləğində kredit verilmişdir.
2. Qeyd olunan kredit müqaviləsinə xx.xx.2008-ci il tarixli əlavəyə əsasən, müqavilə müddəti 365 gün artırılmışdır.
3. Tərəflər arasında bağlanmış borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən, cavabdeh, X5 100.000 manat əsas, 58.497,74 manat faiz borcunu, X3 100.000 manat əsas, 119.206,23 manat faiz borcunu, X8 90.000 manat əsas, 107.207,50 manat faiz borcunu, X1 500.000 manat əsas, 185.179,93 manat faiz borcunu, X6 120.000 manat əsas, 78.560,22 manat faiz borcunu, X2 120.000 manat əsas, 82.453,45 manat faiz borcunu, X10 50.000 manat əsas, 34.35,80 manat faiz borcunu, X7 60.000 manat əsas, 41.236,55 manat faiz borcunu və X4 50.000 manat əsas, 34.355,80 manat faiz borcunu Banka ödəməyi öhdəsinə götürmüşdür.
4. Bu müqavilə üzrə öhdəliklərin icra müddəti konkret müəyyən edilməmişdir.
5. Cavabdeh, Bankın ləğvedicisi "xxxx" MMC-nin direktoruna ünvanladığı 04 oktyabr 2016-cı il tarixli məktubda Bankdan 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 300.000 manat, 28 dekabr 2012-ci il tarixli borcun köçürülməsi müqaviləsinə əsasən 1.190.000 manat kredit aldığını, ümumilikdə 1.490.000 manat kredit öhdəliyinin olduğunu, maddi durumunun çətin olması səbəbindən öhdəliyi vaxtında icra edə bilmədiyini, qısa zaman ərzində yerinə yetirəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1.490.000 manat əsas, 947.352,28 manat faiz borcu olmaqla, cəmi 2.437.352,28 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Bankla arasında bağlanmış müqavilələr üzrə öhdəliklərini icra etməmiş, tələbdə göstərilən məbləğlərdə borcu yaranmışdır.
8. Qobustan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(026)-26/2017 nömrəli, 06 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim Qalib Hacıyev) iddia təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit və borcun köçürülməsi müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun bank qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 431.1, 442, 443.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımı qaydada məulmatlandırılmamış və barəsində məhkəmə icraatının başlandığından məlumatı olmamışdır. Bu xüsusatı təkzib edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. 5 ildən çoxdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Yol evi massivi adlanan ünvanda yerləşən fərdi evdə yaşayır. ünvan 3ində qeydiyyatı formal xarakter daşıyır. Sözügedən ünvanda yaşayan digər şəxslər də bu ünvana göndərilmiş məhkəmə bildirişlərini ona çatdırmamışlar. Bu səbəbdən, ona qarşı iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məh kəmə iclasında iştirakı təmin edilsəydi, hazırkı iş üzrə mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərdi və belə olan təqdirdə məhkəmə ərizəsi əsasında iddia müddətini tətbiq etməklə iddianı tam həcmdə rədd edərdi. Belə ki, iş materiallarından görünür ki, Bank iflas proseduru çərçivəsində ləğvetməyə məruz qalmamışdan əvvəl onunla bağlanmış kredit müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə isə iddia müddəti ötürülmüş tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə qanunvericiliklə təsbit olunan və qorunan hüquqlarını kobud şəkildə pozmuşdur.
13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi qanunvericiliyin tələblərin ə ziddir. Cavabdeh xx.xx.2016-cı il tarixdə Bankın ləğvedicisinə rəsmi məktub ünvanlayaraq yaranmış borc məbləğini etiraf etmiş, qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Həmin məktuba Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış və borcun köçürülməsi müqaviləsi əlavə edilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2016-cı il tarixli məktubla borcu etiraf etmiş, bununla da, iddia müddətinin axımı kəsilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1849/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiy a məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiya məhkəməsi, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onun qeydiyyatda olduğu ünvan 3i ünvanına məhkəmə bildirişi göndərilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışdan görünür ki, cavabdeh ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamır. Qanunvericiliyin tələbinə görə cavabdeh öz ünvanını dəyişdirməsi barədə məlumat verməli olduğu halda heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə bildirişləri məhkəməyə məlum olan cavabdehin rəsmi qeydiyyatda o lduğu ünvana çatdırılmış və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, qanunvericiliyin tələbinə görə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
16. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyatorun hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə dəlili də əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə borcun köçürülməsi barədə müqavilə rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən 1.190.000 manat əsas borc və 741.119,22 manat faiz borcu öhdəliyini əlavə olaraq cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2016-cı il tarixdə Bankın ləğvedicisinə rəsmi məktub ünvanlayaraq, yaranmış borc məbləğini etiraf etmiş, həmin borc məbləğini qısa zaman ərzində ödəyəcəyini bildirmiş və həmin məktuba Mərkəzləşdirilm iş Kredit Reyestrindən çıxarış və borcun köçürülməsi müqaviləsi əlavə edilmişdir. Qanunvericiliyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, cavabdeh xx.xx.2016-cı il tarixli məktubu ilə borcu etiraf etmiş, bununla da Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı kəsilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə Bankın əməkdaşlarının və mübahisəli hüquq münasibətləri üzrə digər şəxslərin əməllərində cinayət tərkibinin olub-olmaması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2 Mirzəhsüeyn oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, cavabdeh və digər 9 nəfərin kredit müqavilələri (sonrakı əlavə razılaşmalarla) üzrə icra müddəti ən geci 2010-cu ildə bitmişdir. xx.xx.2012-ci il tarixli öhdəliklərin ötürmə müqaviləsinin bağlanması ilə (öhdəlikdə olan şəxslərin dəyişməsi ilə) iddia müddətinin və onun hesablanması qaydasının dəyişmədiyi Mülki Məcəllənin 378-ci maddəsində birmənalı tənzimlənmişdir. Belə olduğu halda, 2010-cu ildən xx.xx.2016-cı ilədək keçən müddət ərzində hazırkı iş üzrə tətbiq edilm əli olan 3 illik iddia müddətinin keçdiyi işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2012-ci ildə ötürmə müqavilələri bağlanan zaman belə, iddia müddətinin 2010-cu ildən başlanan axımı dəyişməmişdir. Hətta, öhdəliklərin ötürüldüyü xx.xx.2012-ci ildən sonrakı dövrə iddia müddətinin axımının başlanmasını (nəzəri cəhətdən) hesab etsək, yenə də iddia müddəti xx.xx.2015-ci ildə bitmiş hesab olunmalıdır. Beləliklə, iddia müddətinin keçməsindən sonra xx.xx.2016-cı il tarixdə cavabdehin Banka məktub yazaraq borcunu etiraf etməsinin iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirilməsi qanunun tələbinə uyğun deyildir.
20. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsindən göründüyü kimi, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddətinin daxilində edilməlidir. “İddia müddətin in axımı” ifadəsi onu göstərir ki, müəyyənləşdirilmiş iddia müddəti hələ bitməmişdir, davam edir. Yalnız bu müddət daxilində edilmiş etirafedici hərəkət mövcud (müəyyən) müddətin axımını kəsir. Müddətin ötməsindən sonra isə artıq iddia müddəti mövcud deyildir, ötmüşdür. Ötmüş iddia müddətinin axımı ola bilməz, buna görə də, ötmüş müddətin axımı kəsilə də bilməz. Beləliklə, 2010 və ya 2012-ci ildən başlanan iddia müddəti ən geci xx.xx.2015-ci ildə bitmişdir. İddia müddətinin ötməsindən sonra xx.xx.2016-cı ildə borclunun hərəkəti hər hansı hüquqi əhəmiyyətə malik olmadığından, hüquqi nəticə yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müə yyənləşdirilir.
26. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
27. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
28. Maddə
380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
29. Maddə 427.2. Əgər öhdə liyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
30. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdi rilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bi r vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv e dib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
46. Belə ki, işdən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməməsi ilə bağlı olmuş, apellyasiya məhkəməsi bu dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında iştirak ının təmin edilməsi məqsədi ilə ona qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışdan görünür ki, cavabdeh ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamır. MPM-in 146-cı maddəsinin tələbinə görə, cavabdeh öz ünvanını dəyişdirməsi barədə məlumat verməli olduğu halda heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə bildirişləri məhkəməyə məlum olan cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmış və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, qanunvericiliyin tələbinə görə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
47. İstinad olunan maddənin tələbinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir (§ 35).
48. Göründüyü kimi, bu maddə işə baxılması ilə əlaqədar məhkəmə prosesində iştirak etmiş və məhz proses gedişində ünvanını dəyişmiş şəxslərə aid olmaqla, yalnız həmin şəxslər üçün göstərilən prosessual hüquqi nəticələri yaradır.
49. Baxılan halda isə bu xüsusat müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ünvan 3ində qeydiyyatda olmaqla, iddiaçı tərəfindən ona qarşı qaldırılmış hazırkı iddia ərizəsində o nun yaşayış yeri kimi məhz həmin ünvan qeyd edilmişdir.
50. İş materiallarına baxdıqda isə görünən odur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sənədlərinin (bildirişlər qətnamə və s.) cavabdehə bu ünvan üzrə göndərilməsi öz təsdiqini tapmır. Məhkəmə Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cavabdehin ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamadığına dair xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışla kifayətlənmişdir.
51. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iş üzrə icraat zamanı öz ünvanını dəyişməsi halı müəyyən edilmədiyindən, habelə məhkəmə sənədlərinin (bildirişlər qətnamə və s.) cavabdehə bu ünvan üzrə göndərilməsi öz təsdiqini tap madığından apellyasiya instansiya məhkəməsinin MPM-in 146-cı maddəsinə istinadən məhkəmə bildirişlərini ona rəsmi qaydada verilmiş hesab etməsi barədə gəldiyi qənaət prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur.
52. O da qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən onun əsasında verilmiş icra sənədi üzrə başlanmış icraat zamanı məlumatı olmuş və yalnız bundan sonra qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə icraatında iştirak etmişdir.
53. Kollegiya, həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı normaları da düzgün tətbiq olunmamışdır.
54. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırda iddiaçı cavabde hdən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə borcun ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2009-cu ildə bitmiş, borcun köçürülməsi haqqında müqavilədə isə öhdəliklərin icra müddəti konkret müəyyən edilməmişdir.
55. Belə olan halda, həmin müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddətinin axımının hesablanması müvafiq olaraq Mülki Məcəllənin 337.2 və 377.3-cü maddələrinin tələblərinə əsasən həyata keçirilməlidir.
56. Həmin maddələrə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı k reditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 26-27).
57. Həmçinin, nəzərə alınmalıdır ki, icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur (§ 29-30).
58. Məhkəmələr tərəfindən yalnız bu qaydada iddia müddətinin axımı (başlandığ ı və bitdiyi tarix) hesablanmaqla, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə və iddiaçının müddətin axımının kəsilməsi ilə bağlı dəlillərinə qiymət verilməlidir.
59. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanların əskinə hər bir müqavilə üzrə iddia müddətinin başlandığı və bitdiyi (və ya bitəcəyi) tarixi müəyyən etmədən (bu barədə qətnamədə hər hansı əsaslandırma götərilməmişdir), cavabdehin Bankın ləğvedicisinə ünvanlandığı xx.xx.2016-cı il tarixli ərizəsinə istinadla iddia müddətinin axımının borclu tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edildiyindən həmin tarixdən kəsildiyini və hazırkı iddia ərizəsinin bu tarixdən axımı yenidən başlamış iddia müddəti daxilində verildiyini qeyd etmişdir.
60. Halbuki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən borclu şəxs b orcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə borclunun yalnız iddia müddəti bitmədən borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsə bilər. Əgər borcun etirafını göstərən hərəkətlər edilənədək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.
61. Başqa sözlə, iddia müddətinin axımının kəsilməsi məsələsinə qiymət verilməsi üçün məhkəmə tərəfindən əvvəlcə iddia müddətinin başlandığı və bitdiyi tarix müəyyən edilməli, bundan sonra iddiaçının iddia müddətinin axımının kəsilməsinin əsası kimi istinad etdiyi cavabdehin etirafedici hərəkətin bu müddətin bitdiyi anadək edildiyi halda nəzərə alınmalıdır. Əks yanaşma iddia müddətinin axımı anlayışının mahiyyəti nə və hüquqi funksiyalarına zidd hesab olunardı.
62. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1849/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.