Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1021/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1098/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2021-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 30 ay müddətinə (18 iyun 2017-ci ilədək) illik 29 faiz olmaqla, 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqavilələrinə əsasən digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 əsas borclu tərəfindən öhdəliyin icrasına görə birgə məsuliyyəti öz üzərinə götürməklə Bankın tələb hüququna təminat vermişlər. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği X1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin müddəti bitdikdən so nra 06 avqust 2018-ci il tarixdə tərəflər arasında restruktrizasiyaya dair 1 saylı razılaşma əldə olunmuş və həmin razılaşmaya əsasən, əsas qalıq borc 5435,62 ABŞ dolları, kreditin müddəti 18 ay və restruktrizasiya üzrə razılaşdırılmış müddət 30.08.2018-ci il tarixindən 30.01.2020-ci il tarixədək müəyyən olunaraq, yeni ödəniş cədvəli razılaşdırılmışdır. Cədvəldən görünür ki, restruktrizasiya olunmuş əsas qalıq borc məbləğinə faiz hesablanması nəzərdə tutulmamış, yalnız qalıq əsas borc üzrə qrafik müəyyənləşdirilmişdir. Qeyd olunan 01 saylı əlavə razılaşma və yeni ödəniş cədvəli, əsas borclu ilə yanaşı zaminlərlə də razılaşdırılmış (imzaları ilə təsdiq olunmuşdur). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cav abdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə arasında bağalnmış 18.12.2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə 1 saylı əlavə razılaşmanın ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 3835,21 ABŞ dolları əsas, 7291,13 ABŞ dolları faiz, 5529,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16656,09 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavavdeh Cavabdeh1la araslarında bağlanmış 18.12.2014-cü il tarixli də kredit müqaviləsinə əsasən, cavabdehə 30 ay müddətinə illik 29faiz dərəcəsi olmaqla 10.000 ABŞ dolları məbləğdə kredit verilmiş və kredit müqaviləsin in təminatı olaraq digər cavabdehlərlə həmin tarixli zaminlik müqavilələri bağlanmışdır. Əsas borclu Cavabdeh1 xahişini nəzərə alaraq kreditin restrukturizasiyası məqsədi ilə tərəflər arasında 06 avqust 2018-ci il tarixdə 1 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən, restrukturizasiyadan sonra əsas qalıq borcu 5435,62 dolları təşkilı etmiş, ödəniş müddəti 18 ay olmaqla 30.08.2018-ci il tarixdən 30.01.2020-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Hazırda tələbdə qeyd olunan məbləğlərdə borcları qalmışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və daxil olmuş Məh kəmə Ekspertizası Mərkəzinin 06 avqust 2020-ci il tarixli, 9/2333 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdehin 18.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16 mart 2020-ci il tarixə borcu 3762,46 ABŞ dolları əsas və 7261,35 ABŞ dolları faiz olmaqla, cəmi 11.023,81 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında18 dekabr 2014cü il tarixdə bağlanmış KAMin 124379/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 3762.46 ABŞ dolları əsas, 7261.35 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11073.81 ABŞ dolları (qətnamə icra olunan günə manat məzənnəsi ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması, iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri kimi 145 manatın cavabdehlərdən alınıb, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Cərimə borcuna münasibətdə isə məhkəmə, tələb edilən 5529,75 ABŞ dolları məbləğində dəbbə pulunu Mülki Məcəllənin 467-ci mad dəsinin tələbinə görə tənasübsüz surətdə yüksək hesab edərək, borcludan 50 ABŞ dolları məbləğində dəbbə pulu tutulması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442, 443.1, 448.1, 462.1, 463.1, 467, 470, 472 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddiaçı barəsində xüsusi qərardad çıxarılmasını və qətnamə əsasında verilmiş icra sənədi üzrə aparılan icra tədbirlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və ona əlavə belə əsaslandırılmışdır ki, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublika sı Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı tərəflər arasında bağanmış kredit müqaviləsinə də şamil edilmiş və cavabdehlər tərəfindən ABŞ dolları ilə olan borc fərmanda nəzərdə tutulduğundan artıq ödənildiyindən onlara kompensasiya ödənilərək, heç bir borcun olmadığı bildirilmiş, lakin iddiaçı hazırda həmin müqaviləyə istinad edərək, tələb irəli sürməklə əsassız varlamaq niyyətində olmuşdur. Birinci instansiya məhkəməsi isə, sözügedən kredit müqaviləsi üzrə Mərkəzi Bankın mərkəzləşdirilmiş sistemində borcun olub-olmaması barədə heç bir araşdırma aparmamışdır. Hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun əsasında tərtib edilmiş razılaşma etibarsızdır. Çünki iddiaçı cavabdehlərin borclarının olmadığını bildiyi halda əsassız varlanma niyyəti ilə onlara əlavə razılaşmaya imza etdirmişdir. Məhkəmə tərəfindən müqavilələr etibarsız hesab olunmadığı halda isə, iş üzrə ekspertiza təyin edilərək, borc yenidən hesablanmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Elçin Hüseynov) 23 avqust 2021-ci il tarixli, 2(107)-1098/21 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək, apel lyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparılmamış, eyni zamanda məhkəmə prosesi gedişində dəfələrlə kredit müqaviləsi üzrə borcun olub-olmaması barədə Mərkəzi Banka sorğular verilməsi, alınacaq cavab əsasında iş üzrə mühasibatlıq ekspertizanın təyin olunması barədə verdiyi vəsatətlər heç bir əsaslandırma aparmadan rədd olunmuşdur. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəf lərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülü r. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzə rdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən cavabdehlərin kassasiya şikayəti əssında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməlidir. Belə ki, apellyasiya məhkəməsi, cavabdehlərdən müştərək qaydada əsas, faiz və cərimə borcunun tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini əsas götürmüş, cərimə borcunu isə tənasübsüz surətdə yüksək hesab ed ərək azaltmışdır. Birinci instansiya məhkəməsinin ekspertizanın təyin olunması barədə 04.06.2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə tərəfindən ekspert qarşısında 18.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi ilə bağlı sual qoymuş və aparılmış ekspert tədqiqatı nəticəsində Cavabdeh1 tərəfindən 19.01.2015-ci il tarixdən 16.03.2020-ci il tarixədək (maliyyə arayışının verildiyi tarix) 8852,36 ABŞ dolları məbləğində ödəniş aparması, həmin ödənişlərin 6237,54 ABŞ dollarının əsas borcdan, 2614,82 ABŞ dollarının isə faiz borcundan silinərək, 16.03.2020-ci il tarixə 3762,46 ABŞ dolları əsas, 7261,35 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Halbuki, işdən görünür ki, tərəflər arasında bağlanmış 18.12.2014-c ü il tarixli kredit müqaviləsinin müddəti 18.06.2017-ci il tarixdə bitmiş, lakin cavabvdehlərin kredit təşkilatı qarşısında icra edilməmiş öhdəlikləri qalmışdır. Bundan sonra, 06.08.2018-ci il tarixdə 01 saylı razılaşma ilə qalıq əsas borc restruktrizasiya olunaraq, 5435,62 ABŞ dolları məbləğində müəyyən olunmuş və tərəflər arasında razılaşdırılmış yeni ödəniş qrafikinə əsasən həmin borcun 18 ay müddətinə 30.08.2018-ci il tarixdən 30.08.2019-cu il tarixədək ayda 100 ABŞ dolları, 30.08.2019cu il tarixdən 30.01.2020-ci il tarixədək isə ayda 706 ABŞ dolları olmaqla faiz və cərimə hesablanmadan ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə b ağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Baxılan işin yuxarıda sadalanan hallarından görünür ki, 18.12.2014-cü il tarixli kredit müqaviləsinin müddəti bitdikdən sonra tərəflər arasında əsas qalıq borc üzrə 06.08.2018-ci il tarixli restruktrizasiyaya dair yeni şərtlərlə razılaşma əldə olunmuş və yalnız əsas borc üzrə qrafik m üəyyən edilərək, həmin qrafikdə faiz və cərimə hesablanması nəzərdə tutulmamışdır. Bu razılaşma 18.12.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin uzadılması barədə olmamışdır. Mülki qanunvericiliyə əsasən borcludan əsas borca görə faiz və cərimənin tutulması üçün isə tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı şərtlər nəzərədə tutulmalıdır (Mülki Məcəllə, maddə 462.1 və 741.). İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində isə borc məbləği 18.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz dərəcələri nəzərə alınmaqla hesablanmış, ekspert qarşısında 06.08.2018-ci il tarixli restruktrizasiyaya dair yeni şərtlərlə bağlanmış razılaşma və ödəniş qrafiki üzrə həmin tarixdən sonra aparılmış ödənişlər nəzərə alınmaqla qalıq borc məbləğinin müəyyən edilməsi barə də sual qoyulmamışdır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını tam və hərtəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bununla da cavabdehlərin üzərinə bağlı olduqları müqavilə şərtlərinə əsasən daşımalı olduqlarından daha çox öhdəlik qoymuşdur. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1098/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnam əsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1098/2021nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.