Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1022/2018 13.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2018-ci il № 2(102)-1022/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Abiyev, iş № 2(060)-12637/2016) iddia təmin ed ilərək, Cavabdeh 9.874,31 ABŞ dolları əsas, 1.258.72 ABŞ dolları faiz, cəmi 11.133 (on bir min yüz otuz üç) ABŞ dolları 03 (üç) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankıın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanda yerləşən 61.1 kvadrat metr ümumi, 39.5 kvadrat yaşayış, 21.6 kvadrat metr yardımçı sahəsindən ibarət 3 otaqlı 30 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 50.000 (əlli min) ABŞ dolları müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçir ilməsi xərcləri çıxıldıqdan sonra 11.133 (on bir min bir yüz otuz üç) ABŞ dolları 03 (üç) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin Cavabdeh qaytarılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh bir ay ərzində mənzili tərk etmədikdə, onun Sumqayıt şəhəri, 18-ci mikrorayonda, 46 saylı evin 30 saylı mənzilindən məcburi qaydada çıxarılmasıqət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari-sədrlik edən və məruzəçi, E.Rəhimov və L.Məmmədova, iş № 2(105)-430/17) apellyasiya şikayəti qismən təmin edilm iş, Sumqayıt şəhər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qətnaməsi əsas borc, ona hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 9765 (doqquz min yüz altmış beş) ABŞ dolları, 62 (altmış iki) sent əsas borc, 1239 (min iki yüz otuz doqquz) ABŞ dolları, 37 (otuz yeddi) sent əsas borca hesablanmış faiz məbləği ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı “X1” ASC-yə verilməsi, ünvan 1 ünvanda yerləşən 30 saylı mənzilin ilkin satış qiymətinin 67000 (altmış yeddi min) manat müəyyən edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2 017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. İşin halları: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit borcu və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.874,31 ABŞ dolları məbləğində əsas borcun, 1.258,72 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 11.133,03 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, ödəmənin Cavabdeh ilə “X1”ASC-nin Sumqayıt filialı arasında bağlanmış 09.07.2013-cü il tarixli, 14907 saylı kredit müqaviləsinin tə minatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.06.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanında yerləşən, 61.1 kv. metr ümumi, 39,5 kv metr yaşayış, 21,6 kv. metr yardımçı sahəsindən ibarət 3 otaqlı 30 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına cavabdehin borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə onun məcburi qaydada boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X1” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasın da bağlanmış 09.07.2013-cü il tarixli, 14907 saylı “kredit müqaviləsi”nə əsasən, bank tərəfindən cavabdehə biznes fəaliyyətinin genişləndirilməsi üçün 36 ay müddətinə, illik 28 % hesablanmaqla 20.000 manat məbləğində kredit xətti açılmış və bu vəsait borcalana 09.07.2013-cü il tarixində 20.000 ABŞ dolları olmaqla verilmişdir. Daha sonra, Cavabdeh ərizəsinə əsasən, ona 09.07.2013-cü il tarixli, 14907 saylı “kredit müqaviləsi”nin şərtləri daxilində (qeyd olunan kredit xətti üzrə limiti aşmamaq şərtilə) 21.05.2014-cü il tarixdə xətt üzrə 5.500 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 25.500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. “X1” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 09.07.2013-cü il tarixli, 14907 saylı “kredit müqav iləsi”nin təminatı qismində Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.06.2013-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ipoteka müqaviləsi bağlanarkən bank tərəfindən 50.000 ABŞ dolları dəyərində qiymətləndirilmiş, ünvan 2 ünvanında yerləşən 61.1 kv. metr ümumi, 39,5 kv metr yaşayış, 21,6 kv. metr yardımçı sahəsindən ibarət 3 otaqlı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 09.07.2013-cü il tarixli 1035 saylı ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ipoteka müqaviləsi qeydiyyata alınaraq qeyd olunan orqan tərəfindən 10.07.2013-cü il tarixli RX seriyalı, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka ümumilikdə 11.133,03 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə yaranmış borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, cavabdehin öhdəlikləri bu günədək icra edilməmiş qalmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 09 iyul 2013-cü il tarixli 14907 saylı kredit müqaviləsinə əsasən, “X1” ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilənin 3.1-ci bəndinə görə kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün bu müqavilənin 3.4 bəndində qeyd olunan faiz dərəcəsi nəzərə alınmaqla illik 28 (iyirmi səkkiz) faizlə hesablanır. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh vaxtı keçmiş borca görə ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 56 % həcmində cərimə f aizi ödəməlidir. İş materiallarında olan kredit hesabı üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh verilmiş kreditin 09.07.2013-cü il tarixdən 08.07.2016-cı il tarixədək faiz ödənişi cəmi 9.765 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 20.000 ABŞ dolları, cəmi 29.765 ABŞ dolları təşkil edir. İş materiallarında olan 28 iyul 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 09.07.2013-cü il tarixli 14907 saylı kredit müqaviləsinə əsasən 28.07.2016-cı il tarixə borcu 9874 (doqquz min səkkiz yüz yetmiş dörd) ABŞ dolları 31 (otuz bir) sent, 1258 (bir min ikiy yüz əlli səkkiz) ABŞ dolları 72 (yetmiş iki) sent, ümumilikdə 11133 (on bir min yüz otuz üç) ABŞ dolları 3 (üç) sent təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə il ə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh vermiş, bunun nəticəsində cavabdehin müqavilə üzrə ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyi yaranmışdır. Həmin müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsindən ötrü sonuncunun mülkiyyətində olan daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsul iyyəti yaranmışdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin, həmin məbləğə hesablanmış faiz məbləğinin cavabdeh tərə findən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2017-ci il tarixli rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, 09 iyul 2013cü il tarixli 14907 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə 28 iyul 2016-cı il tarixə illik 28 faiz dərəcəsi hesablanmaqla Cavabdeh iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə olan borcu 11.004.99 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: 9765.62 ABŞ dolları əsas, 1239,37 ABŞ dolları faiz borcu. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymə tləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddialarının əsasını təşkil edən maliyyə arayışda cavabdehin kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləği 9874,31 ABŞ dolları, əsas borca hesablanmış faiz məbləği isə 1258,72 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borcun və ona hesablanmış faiz məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borcun və ona hesa blanmış faiz məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi maliyyə arayışı bankın əməkdaşıları tərəfindən hazırlandığından, bankın mövqeyini əks etdirməsi qaçılmazdır. Buna görə də maliyyə arayışında göstərilən məbləğ deyil, ekspertin vermiş olduğu rəy əsas götürülməklə əsas borc məbləği və ona hesablanmış faiz məbləği azaldılmaqla cavabdehlərdən müştərək qaydada 9765.62 ABŞ dolları əsas borc, 1239,37 ABŞ dolları isə əsas borca hesablanmış faiz məbləği ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçıya verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia tələbinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İş materiallarında olan “X1” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında 09 iyul 2013-cü il tarixdə bağlanmış 1035 saylı ipoteka müqaviləsindən görünür ki, “X1” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 09 iyu l 2013-ci il tarixli 14907 №li kredit müqaviləsinin təminatı kimi Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 46 saylı evin 30 saylı mənzilini ipotekaya qoymuşdur. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bank tərəfindən ipotekaya qoyulmuş əmlak 50.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyayı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 18.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 212 saylı reyestr kitabının 53 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyayı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanında yerləşən 30 saylı mənzili “X1” ASC-nin “Sumqayıt” filialında 09.07.2013-cü ildən 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 27 iyul 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanda yerləşən 30 saylı mənzilin ilkin hərrac qiyməti təqribən 67000 (altmış yeddi min) manat təşkil edir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1 və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun mənasına görə əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə 6 edilərək əsas öhdəliyin icrası təmin edilə bilər İş materiallarından görünür ki, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, iddiaçı əsas öhdəliyin icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini də məhkəmədən xahiş etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Bu nunla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 50000 (əlli min) manat məbləğində qiymətləndirilsə də, iddiaçı tərəf ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmiş və nəticədə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanda yerləşən 30 saylı mənzilin ilkin hərrac qiyməti təqribən 67000 (altmış yeddi min) manat təşkil edir. Göründüyü kimi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanda yerləşən 30 saylı mənzil müqavilə bağlanarkən 50000 (əlli min) manat təşkil etdiyi halda, müqavilə üzrə öhdəlik icra edilmədiyinə görə məhkəməyə müraciət edildiyi tarixdən sonrakı dövrdə həmin əmlakın qiyməti dəyişmiş və ilki n hərrac qiymətinin təqribən 67000 (altmış yeddi min) manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin bağlandığı tarixə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməklə açıq hərracda satılması cavabdehin mülkiyyət hüququnu əsaslı şəkildə məhdudlaşdırmaqla, həmin əmlakın daha ucuz satılmaqla mülkiyyət hüququna müdaxiləni qaçılmaz edəcəkdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 46 ünvanda yerləşən 30 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 67000 (altmış yeddi min) manat müəyyən edilməlidir. Məhkəmə qətnam əsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, apelly asiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qətnaməsi əsas borc, ona hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəl i hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kolleg iyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirilən hissələrdə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 sentyabr 2017-ci il tarixli, 2(105)-430/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov
Məhkəmə qərarları › İş №2(102)-1022/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1022/2018
13.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver