Məhkəmə qərarları › İş №2(102)-1022/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1022/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1022/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-2040/19) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 08 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15000 (on beş min) ABŞ dolları, habelə gecikdirilmiş pul məbləğinin illik 5 faizi, yəni 1500 (min beş yüz) ABŞ dolları məbləğində pulun, 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində pul olmaqla, hər iki müqavilə üzrə cəmi 166500 (yüz altmış altı min beş yüz) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması) və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı Tağıyev Soltan Nadir oğlunun xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətlər i vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)9616/19) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti isə qismən təmin olunaraq Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin tam ləğv olunmasını və iddia tələbinin rədd olunan hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı 05.02.2019-cu il tarixdə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 130.000 ABŞ dolları borc, 198.000 ABŞ dolları faiz borcu və 56000 manat dəymiş mənəvi zərərə görə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan 27.03.2019-cu il tarixdə iddiaçı tərəfindən iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə verilmiş və Cavabdeh 120000 ABŞ dolları məbləğində əsas borcun, dəymiş zərərə görə 107122,50 manat və 2975,62 manat məbləğində aylıq ödəmənin, 160000 ABŞ dolları əsas borcun və dəymiş zərərə görə 102367,20 manatın və 3010,80 manat məbləğində aylıq ödəmənin, həmçinin aylıq ödəmələrin, yəni 2975,62 manat ın və 3010,80 manatın qətnamədə ödənilməsi nəzərdə tutulmuş məbləğlərin tam ödənilməsi icra olunan günədək davam etməsi, mənəvi ziyana görə cavabdehdən 56000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili R.Əmirəliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili T.Qənbərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 sentyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən 120000 ABŞ dolları məbləğində əsas borcun, dəymi ş zərərə görə 107122,50 manat və 2975,62 manat məbləğində aylıq ödəmənin, 160000 ABŞ dolları əsas borcun və dəymiş zərərə görə 102367,20 manatın və 3010,80 manat məbləğində aylıq ödəmənin, həmçinin aylıq ödəmələrin, yəni 2975,62 manatın və 3010,80 manatın qətnamədə ödənilməsi nəzərdə tutulmuş məbləğlərin tam ödənilməsi icra olunan günədək davam etməsi, mənəvi ziyana görə cavabdehdən 56000 manat tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən 08 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15000 (on beş min) ABŞ dolları, habelə gecikdirilmiş pul məbləğinin illik 5 faizi, yəni 1500 (min beş yüz) ABŞ dolları məbləğində pulun, 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində pul olmaqla, hər iki müqav ilə üzrə cəmi 166500 (yüz altmış altı min beş yüz) ABŞ dolları məbləğində pulun tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və iddianı yalnız 15 000 ABŞ dollarının tələb olunması hissəsində əsaslı sayaraq qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan qəbzə əsasən Cavabdeh 10 aprel 2015-ci il tarixdə İddiaçı 150.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 08 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 160000 ABŞ dolları məbləğində faizsiz borc verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tə ləblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı işdə ilk öncə tərəflər arasında mövcud olmuş münasibətlər və konkret neçə ədəd borc müqaviləsinin bağlanması və bu zaman borc məbləğinin nə qədər təşkil etməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki iddiaçı məhz ayrı-ayrılıqda iki borc müqaviləsinə istinad etmişdir. Cavabdeh isə bildirmişdir ki, onlar arasında yalnız bir borc müqaviləsi bağlanmışdır. Aşağıdakılara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yalnız bir borc müqaviləsi bağlanmış və yalnız həəmin müqavilədən irəli gələn öhdəliklər mövcud olmuşdur. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı birinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman ümumiyyətlə 10.04.2015-ci il tarixli qəbzə istinad etməmişdir. Yalnız cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət etdikdən və həmin qəbzə istinad etdikdən sonra iddiaçı iddia ərizəsinə dəyişiklik edilməsinə dair ərizə verərək, həmin qəbzə istinad etmiş və buna əsasən də cavabdehdən əlavə məbləğdə borcun tutulması tələbini irəli sürmüşdür. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinin əslinin arxa səhifə sindəki qeydlərdən görünür ki, cavabdeh tərəfindən 04 oktyabr 2016-cı il tarixdən başlayaraq 14 fevral 2018-ci il tarixədək hissə-hissə olmaqla ümumilikdə 145000 ABŞ dolları məbləğində pul vəsaiti qaytarılmış, iddiaçı da həmin pulları qəbul etmişdir. Bu fakt isə iddia ərizəsinə dəyişiklik edilməsinə dair ərizədə etiraf olunmuşdur. Lakin iddiaçı birinci dəfə iddia ərizəsi verərkən bu halların heç birinə istinad etməmişdir. Qeyd olunanlar isə işin hallarının onun tərəfindən təhrif olunmuş və qeyri-səmimi şəkildə təqdim olunması anlamına gəlir. Belə ki, apellyasiya baxışı zamanı dindirilmiş şahid Ş.Nağıyevin ifadəsi ilə də təsdiq olunmuşdur ki, tərəflər arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli kredit müqaviləsində göstərilən 160000 ABŞ dolları ilə 10.04.2015-ci il tarixli qəbzdə göstər ilən 150000 ABŞ dolları borc əhatə olunmuşdur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, tərəflər arasında faktiki olaraq bir borc müqaviləsi bağlanılmış və cavabdehin öhdəliyi cəmi 160000 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmasından ibarət olmuşdur. Eyni zamanda həmin borcdan əlavə gəlirin və ya digər məbləğlərin iddiaçıya ödənilməsi ilə bağlı razılaşmanın olması isə hər hansı sübutla təsdiq olunmur. Cavabdeh tərəfindən təqdim edilmiş kredit müqaviləsinin əslinin arxa səhifəsindəki qeydlərdən isə görünür ki, cavabdeh tərəfindən 04 oktyabr 2016-cı il tarixdən başlayaraq 14 fevral 2018-ci il tarixədək hissə-hissə olmaqla ümumilikdə 145000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya qaytarılmışdır. Göründüyü kimi, borc müqaviləsi üzrə ödəni lməyən borc məbləği cəmi 15.000 ABŞ dolları təşkil edir (160000 – 145000 = 15000). Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı həmin müqavilə üzrə yalnız ödənilməmiş 15000 ABŞ dolları borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də həmin hissədə iddia qismən təmin edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş əldən çıxmış fayda qismində zərərin tutulması tələbləri isə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən müəyyən olunur ki, əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Bundan başqa 08 dekabr 2015-ci il tarixli kredit müqavilə si üzrə öhdəliyin icra olunması tarixi də qeyri-müəyyəndir. Çünki müqavilənin 2-ci bəndində borcalanın krediti 08.06.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürdüyü qeyd edilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişlər ki, əslində tərəflər borcun məhz 08.06.2016-cı il tarixdən etibarən hissə-hissə qaytarılması barədə razılaşmışlar. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər də əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki işin hallarına görə iddiaçıya mənəvi zərər dəyməsi (sarsıntı və ya iztirab keçirməsi) və cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına səbəb ola biləcək hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazl arının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbay can Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticə sində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli o lan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının iş üzrə 18 sentyabr 2019-cu il tarixli, 2(103)-9616/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar