Məhkəmə qərarları › İş №2(102)-1022/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1022/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1022/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı X3) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminliyə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3480/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən v erilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2015-ci il tarixli 1-MZ2-1-0-9-15 №-li Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı X4 Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Borcalan” və Cavabdeh2 və Cavabdeh3 – “Zaminlər” olmaqla “borcalan”a 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC-“Bank”, Cavabdeh1-“Borcalan” və Cavabdeh3-“Zamin” olmaqla imzalanmış xx xxxxx 2015-ci il tarixli Əlavə sazişlə xx xxxxxx 2015-ci il tarixli 1-MZ-1-0-915 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklər edilmiş və həmin dəyişikliklə kreditin müddəti xx xxxxx 2017-ci ilədək uzadılmışdır. İdd iaçı İKB ASC-“Bank”, Cavabdeh1-“Borcalan” və Cavabdeh2 oğl-“Zamin” olmaqla imzalanmış xx xxxxx 2015-ci il tarixli Əlavə sazişlə xx xxxxxx 2015-ci il tarixli 1-MZ-1-0-915 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklər edilmiş vəhəmin dəyişikliklə kreditin müddəti xx xxxxx 2017-ci ilədək uzadılmışdır. İddiaçı İKB ASC-“Bank”, Cavabdeh1-“Borcalan” və Cavabdeh2-“Zamin” olmaqla imzalanmış xx xxxxxxx 2015-ci il tarixli Əlavə sazişlə xx xxxxxx 2015-ci il tarixli 1-MZ-1-09-15 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklər edilmiş vəhəmin dəyişikliklə kreditin müddəti xx xxxxxxx 2018-ci ilədək uzadılmışdır. Cavabdeh1 Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx xxxxxxx 2018-ci il müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 Süleyman oğluna, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4826,69 ABŞ dolları əsas borc, 1234,64 ABŞ dolları faiz borcu və 589,51 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumi likdə cəmi 6720,14 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı İKB ASC-nın adı “xxxx” ASC-yə dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməli olmasına baxmayaraq müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və bununla da, kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdeh1 yuxarıda qeyd olunan müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirdiyindən və müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə onun xx xxxxxx 2019-cuil tarixinə iddiaçı “xxxx” ASC-yə 4826,69 ABŞ dolları əsas borcu, müqavilənin bitmə tarixinə, yəni xx xxxxxxx 2018-ci il tarixinə hesablanmış 1234,64 ABŞ dolları faiz borcu, 589,51 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cuil tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu yaranmışdır. İddiaçının təqdim etdiyi xx xxxxxx 2019-cuil tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 Müqavilə üzrə xx xxxxxx 2019-cuil tarixinə borcverən İddiaçıX3 ASC-yə 4826,69 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə, yəni xx xxxxxxx 2018-ci il tarixinə hesablanmış 1234,64 ABŞ dollarıfaiz borcu, kredit müqavi ləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış faydaüzrə borcu və 589,51 ABŞ dolları məbləğindəcəriməborcu vardır. İddiaçı tərəfindən iddia tələbi üzrə həmin maliyyə arayışı ilə hesablanmış borc məbləği ilə razı olmayan cavabdeh tərəfin vəsatəti əsasında mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1755/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadına müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 13691 №-li rəyinə əsasən, Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixə (müqavilə müddəti bitənə qədər) xx xxxxxx 2015-ci il tarixli 1-MZ-1-0-9-15 saylı kredit müqaviləsi üzrə Banka 4938,76 ABŞ dolları məbləğində əsas borcu və 4238,11 ABŞ dolları məbləğində faiz borcu borcu, xx xxx 2019-cu il tarixinə isə 4938,76 ABŞ dolları məbləğində əsas borcu və 3565,23 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 2(010)-78/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4826,69 ABŞ dolları məbləğində əsas borc, 1234,64 ABŞ dolları ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6081,33 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində borc "xxxx” Açıq Səhmdar Cəm iyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarın; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 443.1, 442, 462.1, 465.2, 449.1, 449.3, 449.4, 470.1, 477.0.1, 739.1, 739.2; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borcalan Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 3-MZ2-1-0-9-15 №-li Kredit müqaviləsi ilə götürdüyü öhdəliyi pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı X3 ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas və kredit borcuna hesablanmış faizlər iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddianın "589,51 ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşt ərək qaydadacəmi 20 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab etmişdir ki, iddianın cavabdehlərdən "müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış 69,3 ABŞ dolları faiz borcunun tutulması" tələbinə aid hissəsi isə əsassız olduğu üçün təmin edilməməlidir. məhkəmə bu hissədə iddia tələblərinə qiymət verib hesab edir ki, cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Məhkəmə kredit müqaviləsi üzrə Cavabdeh1 zaminləri - cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələblərini araşdıraraq həmin hissədə iddianı qismən əsaslı olması qənaətinə gələrək qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2015- ci il tarixli MZ2-1-0-9-15 №-li "Bank hesab, kredit və zaminlik” müqaviləsi borclu Cavabdeh1 zaminləri kimi imzalansada, sonradan həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə xx xxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2015-ci il tarixli Əlavə sazişlər bağlanmışdır. xx xxxxxxx 2015-ci-il tarixli Əlavənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli MZ2-1-0-9-15 №-li "Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklərin e dilməsinə kreditor "İddiaçı” X3 ASC ilə "borcalan” Cavabdeh1 arasında bağlanmış "Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, zamin Cavabdeh3 həmin Kredit müqaviləsinə dəyişiklik edilməsi ilə əlaqədar bağlanmış xx xxxxxxx 2015-ciil tarixli Əlavə bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, həmin Əlavə ilə Kredit müqaviləsinə edilmiş dəyişikliyə öz razılığını bildirməmiş və bu dəyişikliklərlə bağlı onlarla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbi təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Ziya Şirinov, Rafael Eyvazov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən-iddianın təmin edilməyən ”5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda” hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmiş, 5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə 6150,63 ABŞ dolları məbləğində borc (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına məzənnəsinə müvafiq manat ifadəsində) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının təmin edilməsi qət edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri ni əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdə lik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, normanın ikinci hissəsini -“tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 20 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçü n qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin xx xxxxxx 2015ci il tarixli 1-MZ2-1-0-9-15 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsində qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Ca vabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər i nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət v ermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissələrində mübahisələndirildiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissədə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin müqavilənin icra edilənədək qüvvədə olması barədə dəllinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənz imləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Ə n nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilm iş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qey d olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və ona kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Kassasiya şikayətinin dəbbə pulunun azaldılması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1ci nnddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadı lması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun zəlmir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarım və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi ma raqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Kassasiya şikayətinin iddia təıləbinin zamin Cavabdeh3 münasibətdə rədd edilməsi bağlı dəlili də əsassızdır. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verild ikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. İşdən görünür ki, zamin Cavabdeh3 həmin Kredit müqaviləsinə dəyişiklik edilməsi ilə əlaqədar bağlanmış xx xxxxxxx 2015-ci il tarixli Əlavə bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, həmin Əlavə ilə Kredit müqaviləsinə edilmiş dəyişikliyə öz razılığını bildirməmiş və bu dəyişikliklərlə bağlı onlarla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiril ən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3480/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar