Məhkəmə qərarları › İş №2(102)-1022/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1022/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1022/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5976/2021 nömrəli iş üzrə 01 iyul 2021- ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 120 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 28 mart 2017-ci il kredi t razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SA nömrəli sazişə əsasən 05 oktyabr 2015- ci il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, yeni ödəniş planına əsasən kredit müqaviləsi 15 dekabr 2020-ci il tarixədək uzadılmışdır. 18 may 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SB nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 faiz müəyyən edilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi 15 dekabr 2020-ci il tarixədək uzadılmışdır. 30 aprel 2018-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SC nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,25 faiz müəyyən edilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi 04 yanvar 2021-ci il tarixədək uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı 02.12.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla, 02 dekabr 2017-ci il tarixdən isə aylıq 1,4167 faiz olmaqla 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin müdəti 02 dekabr 2019-cu ilədəkdir. 18 may 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********S nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmiş dir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 faiz müəyyən edilmişdir. 14 noyabr 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SA nömrəli sazişə əsasən 02 dekabr 2016-cı il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 faiz müəyyən edilmişdir. 30 aprel 2018-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SB nömrəli sazişə əsasən 02 dekabr 2016-cı il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,25 faiz müəyyən edilmişdir. "xxxx" QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsi nə əsasən zamin X1 01 oktyabr 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış 01 dekabr 2016-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 01 oktyabr 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsas ən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evini və 0,12 ha torpaq sahəsini 01 oktyabr 2015-ci il tarixli 014L**********19 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir 01.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 01.10.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən bank qarşısı nda ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 156000 ABŞ dolları 163566 manat ekvivalentində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 09.10.2019-cu il tarixli ərizəyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyan Cavabdeh1 03.10.2019-cu il tarixdə göndərildiyi bildirilmiş və bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Həmin ərizə 09.10.2019-cu il tarixdə qeydə alınmışdır; İş materiallarında olan 01 oktyabr 2015-ci il tarixdə X4 tərəfindən yazılan və notarial qaydada təsdiq edilən ərizənin surətindən görünür ki, oəri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 37 a saylı bağ evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-ə və ya hər hansı bir flialına ipoteka qoyulmasına razılıq vermiş, ipoteka qoyulmuş bağ evinə və 0,12 ha torpağa tutma yönəldikdə və o satıldıqda evi qeyri-şərtsiz tərk edəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 27226,55 ABŞ dolları əsas, 5311,13 ABŞ dolları faiz, 1 6980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49518,22 ABŞ dolları məbləğində borc, 014R********** saylı kredit razılaşması üzrə 35378,88 ABŞ dolları əsas, 6691,58 ABŞ dolları faiz, 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 64393,99 ABŞ dolları məbləğində borc olmaqla, iki kredit razılaşması üzrə ümumilikdə 113912,21 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərr acda satılması, cəmi 113912,21 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Cavabdeh1 kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Lakin o yenədə borcunu ödəməmişdir. İddiaçının təqdim etdiyi 22.05.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 06.05.2019-cu il tarixə banka 014R********** saylı kredit razılaşması üzrə 29226,55 ABŞ dolları kredit borcu, 5311,13 ABŞ dolları faiz borcu və 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51518,22 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının təqdim etdiyi 22.05.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 06.05.2019-cu tarixə ba nka 014R********** saylı kredit razılaşması üzrə 36378,88 ABŞ dolları kredit borcu, 6691,58 ABŞ dolları faiz borcu və 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65393,99 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23524 saylı, 29.11.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 06.05.2019-cu il tarixə 27554,36 ABŞ dolları kredit borcu, 401,83 ABŞ dolları faiz borcu, 31.07.2019-cu il tarixə 25454,36 ABŞ dolları kredit borcu, 1369,47 ABŞ dolları faiz borcu vardır. Cavabdeh1 02.12.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 06.05.2019-cu il tarixə 34387,94 ABŞ dolları kredit borcu, 243,58 ABŞ dolları faiz borcu, 27.05.2019-cu il tarixə 33187,94 ABŞ dolları kredit borcu, 544,48 ABŞ dolları faiz borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4946 saylı, 03.03.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 03.03.2020-ci il tarixə 25454,36 ABŞ dolları kredit borcu, 3628,54 ABŞ dolları faiz borcu vardır. Cavabdeh1 02.12.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 03.03.2020-ci il tarixə 33187,94 ABŞ dolları kredit borcu, 4361,09 ABŞ dolları faiz borcu vardır. "xxxx" MMC-nin 15.05.2020-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi ray onu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin.Əliyev) 2(001)-256/2020 saylı iş üzrə qəbul etdiyi 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 05.10.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323,83 ABŞ dolları, 02.12.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432,42 ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756,2 5 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşal dılması və hərracın nəticələri üzrə alıcıya verilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xərcin 17 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsinin İddiaçı QSC-dən, 300 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 01 oktyabr 2015-ci il tarixli 014L**********19 nömrəli kredit xətti müqaviləsi üzrə sonuncuya 2 kredit razılaşması əsasında ümu mi olaraq 120000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, krediti borcunu vaxtında və qrafikdə nəzərdə tutulmuş qaydada icra etməmiş, müqavilə şərtlərini pozmuş və nəticədə banka borcu yaranmışdır. Kredit razılaşmaları üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli, 23524 nömrəli rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə sonuncu ödəniş tarixinə yəni, 31.07.2019-cu il tarixə 25454,36 ABŞ dolları əsas borcu, 1369,47 ABŞ dolları faiz borcu, 02.12.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 27.05. 2019-cu il tarixə 33187,94 ABŞ dolları əsas borcu, 544,48 ABŞ dolları faiz borcu vardır. Lakin Ədliyyə Nazirliyi MəhkəməEkspertiza Mərkəzinin 03 mart 2020-ci il tarixli, 4946 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 03.03.2020-ci il tarixə 25454,36 ABŞ dolları əsas kredit borcu, 3628,54 ABŞ dolları faiz borcu, Cavabdeh1 02.12.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 03 mart 2020-ci il tarixinə 33187,94 ABŞ dolları əsas borcu, 4361,09 ABŞ dolları faiz borcu vardır. Ekspert nəticələrini müqayisəli təhlil etdikdə aydın olur ki, ikinci ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən faiz borcları müqavilə müddəti bitmədiyinə görə artıq hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması iddia tələbi həddi ilə bağlı olduğundan birinci ekspert rəyi əsas götürülməlidir. Belə ki, iddia ərizəsi 06.05.2019-cu il tarixə tərtib edilmiş maliyyə arayışı əsasında verilmişdir. İddiaçı sonradan iddia tələbini dəyişsə də yeni maliyyə arayışı təqdim etməməklə, iddia tələbinin ilkin hesablanması qaydası ilə faktiki olaraq razılaşmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, borclu Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları məbləğində əsas borcu, 1369,47 ABŞ dolları məbləğində faiz borcu, 02.12.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları məbləğində əsas borcu, 544,48 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilməlidir. Cərimə borcu ilə bağlı məhkəmə Mülki Məcəll ənin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı 05.10.2015-ci il tarixli 014R********** saylı, 02.12.2016-cı il tarixli 014R********** saylı, kredit razılaşmaları üzrə müvafiq olaraq 1-ci müqavilə üzrə 16980,54 ABŞ dolları, 2-ci müqavilə üzrə isə 22323,53 ABŞ dolları cərimə tələb edir. 1-ci müqavilə üzrə əsas borcun 25454,36 ABŞ dolları olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılaraq 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. 2-ci müqavilə üzrə əsas borcun 33187,94 ABŞ dolları olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılmalı və 700 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kredit borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borclu ilə birlikdə müştərək qaydada tutulması ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıd ır. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank "xxxx" QSC arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borclunun 01 oktyabr 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, kredit xətti müqaviləsindən sonra 2 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmalarına və ödəniş planına dəyişiklik edilməsi haqqında hər iki razılaşma üzrə 3 saziş bağlanmışdır. Sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən zamin Cavabdeh3 014R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsinin 1,25 müəyyən olunması barədə cədvəllə və 014R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsinin 1,25 müəyyən olunması barədə cədvəllə tanış olmuş razılığını öz imzası ilə təsdiq etmiş və dolayısı ilə borclu ilə birlikdə məsuliyyət daşımasını qəbul etmişdir. Lakin həmin sazişlər bağlanarkən digər zamin Cavabdeh2 razılığı alınmamışdır. Bu isə ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. İşin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir. Kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarındakı ödəniş qaydasının və faiz məbləğinin dəyişdirilməsi ilə bağlı sazişlər bağlanarkən zamin Cavabdeh2 razılığın ın alinmaması ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, 05 oktyabr 2015-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməli və kredit xətti üzrə bağlanmış kredit razılaşmaları və sazişlər əsasında yaranmış qalıq kredit borcu Cavabdeh1 və eyni zamanda zamin Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməlidir. Tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evinə və 0,12 ha torpaq sahəsinə yönəldilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Cavabdeh1 həm ipoteka qoyan, dəm də borcludur. O, həmçinin kredit xətti müqaviləsi, kredit ra zılaşmaları və kredit razılaşmalarına dəyişiklik edilməsi barədə sazişlərdə müqavilə tərəfidir, yəni kredit xətti müqaviləsində, o cümlədən ipoteka müqaviləsində faiz göstərilməsə də borclu və eyni zamanda ipoteka qoyan olan Cavabdeh1 bütün müqavilələrin bağlanmasında iştirak etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası keçirilmiş və müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən həmin rəyi əsas götürmüşdür. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddiada hər iki kredit razılaşması üzrə tələb olunan əsas, faiz borcunun təmin olunmamış cərimə borcunun azaldılmış, id dia tələbinin Cavabdeh2 zaminliyi ilə bağlı ona dair təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ipoteka predmetinin ilkin satış qiymətinin 600000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vəfaddin İbayev) 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, bu arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim edilməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcunun məbləği dəqiqləşdirilmişdir. İddiaçının apellyasiya şikayətinin faiz borcu barədə arqumentinə dair kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Kredit razılaşmaları üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi haqı olaraq belə nətic əyə gəlmişdir ki, məhkəmə araşdırması iddia tələbi həddi ilə bağlı olduğundan birinci ekspert rəyi əsas götürülməlidir. Belə ki, ikinci ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən faiz borcları müqavilə müddəti bitmədiyinə görə artıq hesablanmışdır. İddia ərizəsi 06.05.2019-cu il tarixə tərtib edilmiş maliyyə arayışı əsasında verilmişdir. İddiaçı sonradan iddia tələbini dəyişsə də yeni maliyyə arayışı təqdim etməməklə, iddia tələbinin ilkin hesablanması qaydası ilə faktiki olaraq razılaşmışdır. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə məhkəmə qeyd etmişdir ki, kredit borclusunun 25454,36 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 16980,54 ABŞ dolları cərimə, 33187,94 ABŞ dolları müəyyənləşdirilən əsas borcuna münasibətdə isə 22323,53 ABŞ dolları hesablayıb tələb etmişdir. Məhkəmənin qənaətinə görə həmin məbləğlərin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 ABŞ dolları və 700 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi barədə arqumentini də əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmetinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməs i ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Məhkəmə iddiaçının apellyasiya şikayətinin – zamin Cavabdeh2la bağlı göstərdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir. Kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarındakı ödəniş qaydasının və faiz mə bləğinin dəyişdirilməsi ilə bağlı sazişlər bağlanarkən zamin Cavabdeh2 razılığının alinmaması ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Ona görə də, Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini zamin Cavabdeh2 aid hissədə iddia tələbinin təmin edilməsi, həmçinin faiz və cərimə borcunun tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi üçün işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin faiz və cərimə borcunu azaltması, iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməməsi, zamin – Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməməsi əsassız olmuşdur. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı əmlakın qiymətləndirilməsi keçirilərkən, qiymətləndirici tərəfindən əmlaka baxış keçirilməmiş, mövcud vəziyyəti öyrənilmədən real bazar dəyəri 600000 manat olan əmlaka 3 dəfə aşağı qiymət qoyulmuşdur. İş üzrə yenidən qiymətləndirmə keçirilməli və onun n əticəsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi bunu etməyərək həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və Cavabdeh1 apellyasiya şikayətləri əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin şəxslərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində a yrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərin in ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artı qdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəç ini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun və ümumi borcun tutulması hissələrdə ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə hər iki kassasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cərimə borcunun tutulması hissədə düzgün nəticəyə gəlmiş, bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən 1-ci müqavilə üzrə əsas borcun 25454,36 ABŞ dolları olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılaraq 500 ABŞ dolları məbləğində, 2-ci müqavilə üzrə əsas borcun 33187,94 ABŞ dolları olmasını nəzərə alaraq tələb olunan cərimə məbləği 700 ABŞ dolları məbləğində müəyyən etmişdir. Həmin normaya görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası bu hissədə iddiaçının kassasiya şikayətinin dəlillərinə ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdiril ən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Nəzərə alınmalıdır ki, dəbbə pulu öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyəli dərəc ədə maneə yaratmamalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu azaltmaqla nəzərə almışdır ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Qeyd edilənlərə əsasən kollegiyası iddiaçının cərimə borcunun əsassız azaldılması və cərimə məbləğinin tam təmin edilməli olması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Məhkəmə həmçinin za min Cavabdeh2 aid hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qeyd olunan hissədə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur və kollegiyası bu hissədə apellyasiya instansiyası məhkəməsinin hüquqi qiymətləndirməsi ilə razılaşır. Məhkəmə cavabdehin kassasiya şikayətinin dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyn edərkən iş üzrə təqdim edilmiş rəyə istinad etmişdir. Cavabdeh həmin rəylər razılaşmayaraq ipoteka predmerinin ilkin satış qiymətinin daha çox, yəni 600000 manat olmasını qeyd etsə də, bu hal cavabdehin izahatından başqa hər hansı halla öz təsdiqini tapmamış, cavabdeh etirazının əsası kimi is tinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh təkrar qiymətləndirmənin aparılmasını qeyd etsə də, iş üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş rəyin mötəbərliliyinə şübhə doğuracaq hər hansı sübutu cavabdeh göstərməmiş, bu hallar aşağı instansiya məhkəmələri tərəfindən də müəyyən edilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq təkrar qiymətləndirmənin aparılmasına zərurət görməmişdir. Qeyd edilənlərə əsasən cavabdehin kas sasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə faiz borcunun tutulması hissədə düzgün olmayan nəticəyə gəlmiş, məhkəmə bu hissədə işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi səhvi təkrarlamışdır. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi borcun müəyyən edilməsi üçün iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirimişdir. Birinici dəfə 19 avqust 2019-cu il tarixli qərardadla təyin edilmiş ekspertiza qarşısında hər iki müqavilə üzrə iddia qaldırılan tarixə, yəni 06 may 2019-cu ilə və sonuncu ödəniş tarixinə əsas və faiz borclarının müəyyən edilməsi, ikincə dəfə isə 10.12.2019-cu il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə daxil olduqdan sonra 06 fevral 2020-ci il tarixli qərardadla rəy verilən günə əsas və faiz borclarının müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Ekspertiza məhkəmə tərəfindən qarşısına qoyulmuş suallara müvafiq rəylər vermiş, 29.11.2019-cu il və tarixli ekspertiza rəyində 05 oktyabr 2015-ci il tarixli kredit razılaşması üzrə iddia qaldırılan tarixə, 06.05.2019-cu il tarixə (iddia ərizəsi verilən tarixə) 27554,36 ABŞ dolları əsas, 401,83 ABŞ dolları faiz borcu, eyni zamanda sonuncu ödəniş tarixinə, yəni 31.07.2019-cu il tarixə 25454,36 ABŞ dolları əsas, 1369,47 ABŞ dolları faiz borcu hesablamışdır. 02 dekabr 2016-cı il tarixli kredit razılaşması üzrə isə iddia ərizəsi verilən tarixə 37387,94 ABŞ dolları əsas, 243,58 ABŞ d olları faiz, sonuncu ödəniş tarixinə, yəni 27.05.2019-cu il tarixə 544,48 ABŞ dolları faiz borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hər iki müqavilə üzrə 29.11.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş son ödəniş tarixlərinə olan faiz borcunu (1-ci müqavilə üzrə 1369,47 ABŞ dolları, 2-ci müqavilə üzrə 544,48 ABŞ dolları) qət etmişdir. Birinci instansiya məhkəməsi borc məbləğini müəyyən edərkən qeyd etmişdir ki, məhkəmə araşdırması iddia tələbinin həddi ilə bağlı olduğundan birinci ekspert rəyi əsas götürülməlidir. Belə ki, iddia ərizəsi 06.05.2019-cu il tarixə tərtib edilmiş maliyyə arayışı əsasında verilmişdir. İddiaçı sonradan iddia tələbini dəyişsə də yeni maliyyə arayışı təqdim etməməklə, iddia tələbinin ilkin hesablanması qaydası ilə faktiki olaraq razılaşmışdır. Birinci instansiya məhkəməsi bu qənaətini əsaslandırarkən iddiaçının sonradan ərizə verən zaman maliyyə arayışı təqdim etmədiyini, iddiaçının iddia tələbinin ilkin hesablanması qaydası ilə faktiki olaraq razılaşdığını göstərmişdir. Lakin məhkəmə bu qənatə gələrkən nəzərə almamışdır ki, iddiaçı tələbin dəyişdirilməsi barədə verdiyi ərizədə ilkin iddia ərizəsində istinad etdiyi eyni məbləğdə faiz borcunun tutulmasını tələb etmişdir. İddia tələbinin dəyişdirilməsi yalnız əsas borcun azaldılması ilə bağlı olmuşdur. Digər tərəfdən maliyyə arayışının verilib-verilməməsi borcun tələb edilməsinə təsir etmir. Məhkəmə borc məbləğlərini müəyyən etmək üçün ekspertiza keçirməklə rəy alınmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin məhz bu əsasa söykənərək iddia ərizəsinin verildiyi tarixə hesablanmış eksperti rəyini sübut kimi qəbul etməsi MPM-in 88-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilənlərə uyğun olmamışdır. Həmin qərara görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət btənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi də bu hala əhəmiyyə t verməyərək birinci instansiya məhkəməsinin gəldiyi səhvi təkrarlamışdır. İşdən görünür ki, 05 oktyabr 2015-ci il tarixli kredit razılaşmasının müddəti 04 yanvar 2021-ci il tarixində başa çatır. İddia ərizəsi 22 may 2019-cu il tarixdə verilmiş, iddianın dəyişdirilməsi barədə ərizə 19 dekabr 2019-cu il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. Belə olan halda kredit razılaşmasının müddəti başa çatmadığından Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarın tələblərinə görə əsas və faiz borcu 19 dekabr 2019-cu il tarixə olan vəziyyətə uyğun hesablanmalı idi. 02 dekabr 2016-cı il tarixli kredit razılaşmasının müddəti 02 dekabr 2019-cu il tarixində başa çatır. İddia ərizəsi 22 may 2019-cu il tarixdə verilmiş, iddianın dəyişdirilməsi barədə ərizə 19 dekabr 2019-cu il tarixdə məhkəmə də qeydiyyata alınmışdır. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmədə qeydiyyata alınanda kredit razılaşmasının müddəti başa çatdığına görə əsas və faiz borcu müqavilə müddətinə, yəni 02 dekabr 2019-cu il tarixə olan vəziyyətə uyğun hesablanmalı idi. Göründüyü kimi işə baxan məhkəmələr faiz borcunun tutulması hissədə düzgün nəticəyə gəlməmişdir, ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun tutulması ləğv edilməli, yeni apellyasiya baxışının nəticəsindən asılı olaraq qəbul ediləcək qətnamənin ümumi borca da təsir edəcəyi ehtimalını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmçinin cavabehlərdən tutulacaq ümumi borcun tutulması hissədə də ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə faiz borcunun tutulması hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə və eyni zamanda ümumi borcun tutulmasə hissədə də, ləğv edilməli və iş ləğv edilən hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nn 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qapalı səhmdar cəmiyyətini kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5976/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi faiz borcunun və ümumi borcun tutulması hissələrdə ləğv edilsin və mülki iş ləğv edilən hissələrdə ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə iddiaçının kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar