Məhkəmə qərarları › İş №2(102)-1023/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1023/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1023/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9806/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Gültəkin Əsədova) xx xxx 2019-ci il tarixli qətnaməsi ilə iddia qismən t əmin edilmiş, Cavabdeh 54500 manat borc məbləğinin və illik hesablanmış 5% dərəcəsində olan 18350 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh 54300 manat tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və sonradan ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 54500 manat borcun və 18350 manat illik beş faiz məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi və tələbin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7, mənzil 22 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2011-ci il tarixdə Cavabdeh öz biznes fəaliyyətini inkişaf etdirmək üçün ondan 40000 manat pul almış və hər ay 5000 manat qaytarmağa söz vermişdir. Bu borc müqaviləsinin təminatı kimi Gənclik metrostansiyasının yaxınlığında yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7, mənzil 22 mənzilini, 3 ədəd üzük və 1 ədəd sırğasını göstərmiş və mənzilə məxsus sənədləri ona vermişdir. Bu barədə qəbz də yazaraq həmin borc müqaviləsi üzrə öhdəliyini etiraf etmişdir. Bundan başqa, xx xxxxx xx 2012-ci il tarixdə Cavabdeh onunla birlikdə biznes fəaliyyəti qurmaq üçün ondan 20000 manat pul almış və 2 ay ərzində qaytaracağına söz vermişdir. Lakin həmin puldan ona 5500 manat pul ödəmiş,qalan pulu isə ödəməkdən yayınmışdır. Cavabdeh bu barədə də qəbz yazaraq öhdəliyini etiraf etmişdir. Cavabdeh müqavilə üzrə qeyd olunan vaxtda öhdəliyini icra etmədikdən sonra ondan pulunu tələb etməyə başlamışdır. Lakin cavabdeh birgə biznes fəaliyyəti ilə bağlı ondan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş və pulu verməkdən yayınmışdır. Faktla bağlı o, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Araşdırma aparılmış və müstəntiq tərəfindən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Araşdırma zamanı Cavabdeh izahatında ondan pul aldığını, 2017-ci il tarixidək həmin pulun az bir qismini ödədiyini, lakin sonradan maddi vəziyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini göstərmişdir. Cavabdeh 2011ci ildən bu günə kimi keçən 8 il ərzində iddiaçıya qaytarmalı olduğu 40000 manat pulun illik beş faizini, yəni 14000 manat pulu, həmçinin 2012-ci ildən bu günə kimi keçən 7 il ərzində iddiaçıya qaytarmalı olduğu 14500 manat pulun illik beş faizini, yəni 4350 manat pulu ödəməyə borcludur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməs inin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməni qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, cavabdehin apellyasiya şikayətini qismən təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. İddia tələbindən görünür ki, cavabdehdən ona borclu olduğu 54500 manat pulu və həmin pulu vaxtında ödədiyinə görə 54500 manat borc məbləğinin və illik hesablanmış 5% dərəcəsində olan 18350 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbinin birinci xahişi ilə əlaqədar həm birinci, həm də apellyasiya məhkəməsi düzgün nəticəyə gəlsə də tələbin i kinci xahişi ilə əlaqdar birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iclasında sübuta yetirilmişdir ki, cavabdeh 2011-ci ildən 40000 manat və 2012-ci ilin noyabr ayından başlayaraq 14500 manat pul vəsaitlərini qanunsuz olaraq özündə saxlamaqla onu həmin puldan faydalanmaq hüququndan məhrum etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə tərəfindən maddi hiiquq normaları düzdün tətbiq edilməmiş, eyni zamanda işin faktiki hallarına obyektiv hüquqi qiymət verilməmiş, cavabdehin gətirdiyi dəlillər hərtərəfli və tam araşdırılmamış, işdə olan sübutlar müqayisəli şəkildə tədqiq edilməmiş, bununla da prossesual qanunvericiliyin normaları pozulmaqla yanlış qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən pulun qaytarılmadığı halda yenidən 20000 manat borcun verilməsinə, borcun qaytarılmadığı halda 6 il müddətində iddiaçı heç bir tələb irəli sürməməsinə qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətəni isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məluma tlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən,xx xxxxxxx 2011-ci il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmadan görü nür ki, Cavabdeh İddiaçı 40000 manat məbləğində pul vəsaitini öz biznesini inkişaf etdirmək üçün alır. Hər ay 5000 manat qaytarmağı söz verir. Qeyd edilən məktubu şəxsən yoldaşı X3 çatdırmağı xahiş edir. Əgər qeyd edilən vədinə əməl etməsə, eyni zamanda yuxarıda qeyd etdiyi sözlərin düzlüyünə zəmanət kimi Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrosu yaxınlığında yerləşən mənzilin çıxarışını, üç brilyant üzük və bir brilyant sırğanı İddiaçı vermiş, ikinci nüsxənin etibarsızlığını həyat yoldaşının bilməsi üçün məktubu bir nüsxədə tərtib etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 072816 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A tatürk prospekti, ev 7, mənzil 22 Cavabdeh məxsusdur. Qeyd edilən qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətinin arxa tərəfində Cavabdeh tərəfindən yazılmış xx xxxxxxxx 2012-ci il tarixli mətnin məzmunundan görünür ki, o, evin çıxarışını verərkən Cavabdeh və İddiaçı birlikdə biznes qurmaq məqsədi ilə İddiaçı 20000 manat borc alıb, iki ay ərzində həmin pulu xx xxxxxx 2012-ci ilə qədər qaytarmağa söz vermişdir, İddiaçı eyni tarixli əlyazmasının məzmunundan da görünür ki, Cavabdeh ona verəcəyi pul vəsaiti 14500 manat məbləğində olmasını öz imzası ilə təsdiqləmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx xxxxxx 2017-ci il tarixdə vətəndaş İddiaçı Bak ı şəhəri Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, 2011-ci ildə tanışı Cavabdeh biznes fəaliyyətini genişləndirmək məqsədi ilə ondan 60000 manat borc pul almasını, həmin məbləğdən 5500 manatını qaytarmasını, lakin 54500 manatını qaytarmayaraq ələ keçirməsini bildirmiş və Cavabdeh məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməllərində cinayət əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh öz biznes fəaliyyətini inkişaf etdirmək üçün borc pul vermişdir. Verilən borcun əvəzi olaraq cavabdeh iddiaçıya güzəştli şərtlərlə aldığı mallardan vermişdir. Eyni zamanda cavabdeh özünə məxsus ola n qızıl-zinət əşyalarını borcun təminatı kimi iddiaçıya vermişdir. Həmin əşyalar indi də iddiaçıdadır. Verilən borc məbləğindən 2017-ci ildə 200 manat qaytarılmasını iddiaçı etiraf edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbinin qanuni əsası kimi borc münasibətlərini nizama salan maddi hüquq normalarını seçməkdə səhv etməmişdir. Lakin tutulan əsas borc məbləğində, o cümlədən borc məbləğinə 5% olmaqla 18350 manat faizin tutulması hissəsində məhkəmənin gəldiyi nəticə əsaslı deyil. İddiaçının cavabdehə ümumilikdə 54500 manat məbləğində borc verdiyi iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən icra olunmuş xx xxxxxxx 2011-ci il tarixli və xx xxxxxxxx 2012-ci il tarixli əlyazmalarla təsdiq olunur. İddiaçı bu hissədə t ələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirmişdir. Çünki qarşı tərəf həmin əlyazmaların ona məxsus olmasını etiraf etmişdir. Lakin cavabdehin etirazı, yəni iddiaçıdan 26000 ABŞ dolları alması və həmin məbləği qaytarması halını cavabdeh sübuta yetirə bilməmişdir. Eyni zamanda apellyasiya icraatı zamanı iddiaçı ona 200 manat məbləğində borcun 2017-ci ilin payız aylarında geri qaytarıldığını etiraf etmişdir. Alınmış borcdan 200 manat məbləğində borcun qaytarıldığı iddiaçının etirafı ilə təsdiq olunduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ümumi borc məbləğindən həmin məbləğ çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə 54300 manat məbləğində borc tutulmalıdır. Qarşı tərəf isə daha çox məbləğ qaytarması halını sübuta yetirə bilməmişdir. Cavabdeh öz xətti ilə icra edilmiş əlyazmaları təqdim edərək idiaçıya daha çox pul qaytarmasına istinad etsə də, həmin sənədlər mötəbər sübut kimi dəyərləndirilə bilməz. Çünki qeyd olunduğu kimi həmin sənədlər ancaq cavabdehin xətti ilə icra edilmiş birtərəfli əlyazmalardır. Ona görə cavabdehin iddiaçıya 54300 manat borclu qalması təsdiq olunduğundan həmin hissədə iddia tələbi qeyd olunan məbləğdə təmin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Borc məbləğinə hesablanmış 5% dərəcəsində pulun tutulması ilə bağlı apellyasiya instansiyas ı aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 449-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin (bundan sonra — «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, gecikdirilmiş vaxt üçün faiz tələb edilməsi halının qiymətləndirilməsi zamanı mütənasibliyin qorunması məqsədilə borclu şəxsin maraqları, kreditorun borc münasibətlərinə girməklə əldə etdiyi gəlirlər, kreditorun borc münasibətlərindən bu və ya digər şəkildə faydalanması halları da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi gecikdirilməyə görə faizlərin ödənilməsi kreditora vurulmuş ziyanla bağlı maliyyə sanksiyası kimi tətbiq olunur. Kreditor ona vurulmuş zərərə görə daha böyük məbləğ tələb edə bilmirsə onda gecikdirilməyə görə faizlər tələb edə bilər. Lakin hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə borc pul verməsinin müqabilində cavabdeh satmaq üçün aldığı dərman ləvazimatlarını iddiaçıya güzəştli şərtlərlə, yəni öz maya dəyəri ilə vermiş və iddiaçı həmin malları sataraq qazanc əldə etmişdir. Bu halı iddiaçı özü etiraf etmişdir. Bu münasibətlər 2018-ci ilədək davam etmişdir. Ona görə cavabdehin pul məbləğini özündə saxlamaqla iddiaçıya ziyan dəyməsi halı sübut olunmur. Həmin hal sübuta yetirilmədiyi üçün borc məbləğinə 5 % olmaqla 18350 manat faizin tutulması hissəsində məhkəmənin qətnaməsi ləğv olunaraq iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ka ssasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin pul məbləğini özündə saxlamaqla iddiaçıya ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddia tələbinin faktiki əsası kimi istinad etdiyi bu halı sübuta yetirməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıdan tələb edilən məbləğdə borc alması iş materialları ilə, həmçinin cavabdehin izahatları ilə sübuta yetirilmişdir. Cavabdeh borcun qaytarılmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 10 6.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9806/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar