Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1025/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)1025/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X2 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X3 prosessual hüquqi varisi, Cavabdeh1 və Cavabdeh2 qarşı borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 13 mart 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynzadə, iş 2(043)-884/2017) iddia ərizəsi qismən təmin edilmiş, «xxxx» ASC ilə Cavabdeh1 Fərhad qızı arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 6.868 ABŞ dolları məbləğində əsas borc, 917 ABŞ dollar məbləğində faiz məbləği olmaqla, cəmi 7785 (yeddi min yeddi yüz səksən beş) ABŞ dolları ödəniş anına manata məzənnə i lə, manat ekvivalentində, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı «xxxx» ASC-yə ödənilməsi, tutmanın, ½ (ikidə bir) hissə payla mərhum X4 və ½ (ikidə bir) hissədə payla Cavabdeh2 məxsus Gəncə şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şəfiyev (sədr lik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)-268/2018)iş üzrə Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 13 mart 2017-ci il tarixli qətnaməsinin “ipoteka predmetinin ilkin satış qiymətinin 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 Fərhad qızı arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli, KBAD-113 №-li kredit müqaviləsinə əsasən, sonuncuya şəxsi istehlak ehtiyacları üçün 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 7.400 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı qismində, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən ½ hissədə X4 və ½ hissədə Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Gəncə şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evi bank qarşısından ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan kredit müqaviləsi üzrə üzərinə düşən şərtləri pozmuş və bank qarşısında öhdəliklərini həyata keçirməmişdir. Nəticədə onun banka 17 noyabr 2016-cı il t arixinə 6.868 ABŞ dolları məbləğində əsas borc, 917 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 7.785 ABŞ dolları borcu yaranmışdır. İpoteka qoyanlardan X5 07 mart 2016-cı il tarixdə vəfat etmiş və Cavabdeh1 Fərhad qızı onun hüquqi varisi kimi tanınmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 739, 385, 425.1, 442, 448.1, 449, 317.1-ci maddələrini, Azərbaycan Respublikası «İpоtekа hаqqındа» Qаnunun 1.0.6, 33, 34.1.1, 34.1.2, 39.1, 39.3.2, 39.3.3-cü maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətl ər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Borc müqаvil əsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Mülki Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Mülki Məcəllənin 448.1-ci mаddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. «İpоtekа hаqqındа» Qаnunun 1.0.6-cı mаddəsinə görə, ipоtekа hüququ bоrclu əsаs öhdəliyi icrа etmədikdə, ipоtekа sаxlаyаnın ipоtekа predmetinə tutmаnı n yönəldilməsi hüququdur. Həmin Qаnunun 34.1.1-ci mаddəsinə müvafiq olaraq, ipоtekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud оnun bir hissəsinin vаxtındа icrа оlunmаmаsıdır. Mülki Məcəllənin 317.1-ci mаddəsinə görə, əgər bоrclu təminаt vаsitəsi ipоtekа оlаn tələbin ödənilməsini ləngidirsə, ipоtekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. «İpоtekа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsində göstərilmişdir ki, ipоtekа sаxlаyаn ipоtekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət edə bilər. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən onun iş tirakını təmin etməmiş, bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müza kirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şər aitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan bildirişlərə əsasən, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən və 28 avqust 2017-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin iclasında işti rak etmiş, onun izahatı dinlənilmiş və məhkəmə qətnaməsində qeyd olunmuşdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsi barədə dəlili əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayəti nin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-1025/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1025/2019
08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver