Məhkəmə qərarları › İş №2(102)-1025/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1025/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1025/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-4388/2019 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) həmin məhkəmənin xx xxxxx 2018-ci il ta rixli qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair iddiaçı ləğv prosesində olan İddiaçı-nin ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, 5033,08 manat əsas, 1591,54 manat faiz borcu və 500 manat cərimə olmaqla, cəmi 7124,62 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli q ətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi faiz borcu və dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5033,08 manat əsas borc, 575,50 manat faiz borcu, 114,12 manat cərimə borcu olmaqla, cəmi 5722,70 manat pulun İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, qətnamə Cavabdeh1 qarşı təmin olunmuş digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. 2018-ci ilin avqust ayınd a iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı kassasiya şikayəti vermiş, habelə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Ərizə yuxarıda qeyd olunduğu kimi əsassız hesab edilərək təmin olunmamışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfində n onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpasından imtina edərkən iddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunda müəyyən olunmuş müddətin ötürülməsinə əsaslanmış və hesab etmişdir ki, müddətin ötürülməsinin üzrlü sayılması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, mübahisələndirilən xx xxxxx 2018-ci il tarixli qətnamənin surəti iddiaçı ləğv prosesində olan İddiaçı-yə göndərilmiş və xx.xx.2018-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmiş, kassasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə isə xx.xx.2018ci il tarixdə poçt daşıma xidmətinə təqdim edilmiş və həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İddiaçının prosessual müddətin bərpası barədə ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixdən İddiaçı-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı müflis elan edilərək iflas proseduruna başlanmışdır. Eyni qərarla X1 Bankın ləğvedicisi təyin edilmişdir. Təhvil-təslim işləri ilə əlaqədar məhkəmə işlərinə dair bütün proseslər dayandırılmış, xüsusilə dövlət rüsumlarının ödənilməsi ilə bağlı bəzi çətinliklər yaranmış və nəticədə şikayətlərin ötürülməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti qanunda müəyyən olunmuş müddət ötürülməklə verildiyindən müddətin bərpası üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, kassasiya şikayətinin verilmə müddətinin bərpası üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi ərizəni rədd etməklə və kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar