Məhkəmə qərarları › İş №2(102)-1026/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1026/2019

29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1026/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-1026/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.Abdullayev, iş № 2(043)-xx/17) iddiaçı BOKT “xxxx” M MC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 1206,74 manat əsas, 113,05 manat faiz, 4,13 manat cərimə olmaqla, cəmi 1323,92 manat; Cavabdeh2 1101,52 manat əsas, 76,44 manat faiz, 9,75 manat cərimə olmaqla, cəmi 1187,71 manat ümumilikdə isə cavabdehlərdən 2511,63 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin icrasının Gəncə şəhəri üzrə icra idarəsinə həvalə edilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov-sədrlik edən və məruzəçi, Ş.Əliyeva və Ə.Məmmədov, iş № 2(104)-xx/17) Cavabdeh2apellyasiya şikayəti təmin edilməyərək, Kəpəz Rayon Məhkəməsinin xx xxx 2017-cı il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2016-cı il tarixli 004-Fİ/16 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 1101,52 manat əsas, 76,44 manat faiz, 199,75 manat cərimə olmaqla, cəmi 1377,71 manat borcun, Cavabdeh1 1206,74 manat əsas, 113,05 manat faiz, 144,13 manat cərimə olmaqla cəmi 1463,92 manat borc və 30 manat dövlət rüsumunun BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıx arılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında işdə iştirak edən şəxslərdən yalnız Cavabdeh2 mübahisələndirmişdir və məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxx 2016-cı il tarixli 004-Fİ/16 nömrəli qrup kredit müqaviləsinə əsasən BOKT “xxxx” MMC tərəfindən illik 27,6 faiz olmaqla, 18 ay müddətinə Cavabdeh2 2000 manat və Cavabdeh1 2000 manat kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 və Cavabdeh1 kredit məbləğini və kreditə görə razılaşdırılmış faizləri müəyyən edilmiş cədvələ əsasən ödəmək öhdəliyini üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmişlər və nəticədə onların kreditora borcu yaranmışdır. Ona görə də kreditor h azırki tələblə məhkəməyə müraciət etmişdir. Maliyyə arayışlarında Cavabdeh1 1206,74 manat əsas, 113,05 manat faiz, 144,13 manat cərimə olmaqla, cəmi 1463,92 manat borcu və Cavabdeh2 1101,52 manat əsas, 76,44 manat faiz, 199,75 manat cərimə olmaqla, cəmi 1377,71 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443, 445.2.1, 448.1, 449, 462.1, 464.1, 465.2, 467, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin yeganə dəlili Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinin pozulması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət vermişdir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab v erir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin kassatora aid hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ona aid hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2017-ci il tarixli, 2(104)xx/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar