Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1026/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: vurulmuş maddi zərərin reqres qaydada ödənilməsi Açar sözlər: yenidən mübahisələndirilə bilməyən və sübut edilməyən hallar, qətnamənin preyudusiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxx 2016-cı il tarixdə X6 (etibarnamə əsasında Cavabdeh təmsil etmişdir) ilə X7 arasında Bakı şəhəri 31 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Türkan Bələdiyyəsinin ərazisində Türkan şosesinin sağ tərəfində yerləşən 25,0 ha torpaq sahəsinin 0,05 ha hissəsinin alqı-satqısı ilə bağlı ilkin müqavilə bağlanmış, alqı-satqı predmeti olan əmlakın satış qiyməti 10000 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən 5.000 manat ödənilmiş, qalan məbləğin isə xx.xx.2016-cı il tarixədək ödənilməsi razılaşdırılmışdır. Sonradan həmin torpaq sahəsinin satıcıya məxsus olmaması məlum olduğundan alqı-satqı baş tutmamış, X1 Firutan Ələsgər oğlu və Cavabdeh qarşı “etibardan sui-ist ifadə etməklə ələ keçirilmiş pulun geri qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. Həmin iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 10.000 manat məbləğində pulun alınaraq iddiaçı X4 verilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 10030 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, vergi ödəyicisi kimi qeydə alınmaqla peşəkar qaydada daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Türkan Bələdiyyəsi ərazisində Türkan Şossesinin sağ tərəfində 6 ha torpaq sahəsinin satılması üçün müraciət etmişdir. Həmin topraq sahəsinin alqı satqısı iə bağlı alıcı X7 ilə razılaşma olmuş, sonuncu həmin razılaşma üzrə 7200 manat, sonradan isə 2750 manat ödəniş etmişdir. O isə həmin məbləğdən yalnız vasitəçi kimi qonorar almış, bütün vəsait cavabdehə verilmişdir. Həmin məbləğin 5.000 manat hissəsinin cavabdehə verildiyi həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Cavabdeh həmin məbləğləri qaytarmaqdan boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-568/20120 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia qismən təmin edilmiş, cavabdehdən 5000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhk əməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə iddiaçıdan 5000 manat pul aldığını etiraf etdiyi söylənsə də, cavabdeh belə bir etiraf etməmiş və həmin məbləğ ona verilməmişdir. Qətnamədən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “etibardan suiistifadə etməklə ələ keçirilmiş pulun geri qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mübahisəyə artıq bir dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, Ali Məhkəmə tərəfindən məhkəmə aktları qüvvədə saxlanılmışdır. Belə olduğu halda, həmin iş üzrə yeni qətnamə çıxarılma sı tamamilə əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5327/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev, İ.S.Şirinov, T.S.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehin 5000 manat məbləğində pulu iddiaçıdan alması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edildiyindən işin mübahisələndirilən halı kimi nəzərdən keçirilə bilməz. Cavabdehin dolayısı ilə X2 aldığı 10.000 manat məbləğin İddiaçı tərəfindən ödənilməsi hər hansı hüquqi əsasa söykənmədiyindən, Cavabdeh münasibətdə əsassız varlanma hesab olunur və ona görə də iddiaçını n həmin məbləği reqres qaydada tələb etmək hüququ yaranmışdır. Cavabdeh İddiaçı qanuni qüvvəyə minmiş başqa məhkəmə qətnaməsi əsasında 5000 manat pul aldığını etiraf etmiş, lakin pulun qalan hissəsinin Cavabdeh verilməsi sübut olunmadığından yalnız 5000 manatın reqres qaydada cavabdehdən tələb edilməsi əsaslı hesab edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassa siya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya y erinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1026/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1026/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver