Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1028/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1028/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli, 2(104)1961/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 4951,18 manat əsas, 883,51 manat faiz borcu olmaqla, cəmi 5834,69 manat borcun, bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı olmaqla, cəmi 41 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi; Tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsindən çıxarılmaları və həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 01 fevral 2018-ci il tarixli, 2(021)32/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 30 dekabr 2014-cü il tarixli 600887-0005/14 nömrəli kredit müqaviləsi üzrə 4.951,18 manat əsas, 883,51 manat faiz borcu olmaqla, cəmi 5.834,69 (beş min səkkiz yüz otuz dörd manat 69 qəpik) manat məbləğində kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat xərcin tutlaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi; Tutmanın 30 dekabr 2014-cü il tarixli 600887-0005/14-1 nömrəli sonrakı ipoteka müq aviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,06 ha torpaq sahəsi ilə birlikdə 1 mərtəbəli yaşayış sahəsi 61,4 kv.m, yardımçı sahəsi 59,9 kv.m, ümumi sahəsi 121,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməklə, həmin evin 0,06 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması; Həmin fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 41500 manat olmaqla tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğ çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 30 dekabr 2014-cü il tarixli 600887-0005/14 nömrəli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə olan borcunun ödənilməsi; Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyan Cavab deh2 qaytarılması; Həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra bir ay müddətinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən çıxarılmaları, həmin evin və torpaq sahəsinin boşaldılması; Aparılmış ekspertiza tədqiqatının dəyərinin cavabdehlərə aid edilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ş.Muradov, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) 14.06.2018-ci il tarixli, 2(104)-1961/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X3 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlə r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X3 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər bir müddət kredit borcunu qaytarmışlar, maddi vəziyyətlə əlaqədar ödənişlərdə problemlər yaranmışdır. Borc məbləğini hissə-hissə ödəməyə hazırdırlar. Bundan başqa, ev hərracda satılandan sonra yaşayış sahəsindən çıxarma hüququ yeni mülkiyyətçiyə aid olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll olun a bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.06.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qə tnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 30 dekabr 2014-cü il tarixli 600887-0005/14 nömrəli kredit xətti müqaviləsinin surətinə əsasən, “xxxx” ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 22 faiz olmaqla, 5.000 manat kredit verilmişdir. 30 dekabr 2014-cü il tarixli 600887-0005/14-1 nömrəli sonrakı ipoteka müqaviləsinin surətinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsilə birlikdə kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və tərəflər arasında ipoteka predmetinin dəyəri 35.000 manat məbləğ ində qiymətləndirilmişdir. 30 dekabr 2014-cü il tarixli 600887-0005/14 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 ilə “xxxx” ASC arasında zaminlik müqaviləsi bağlanmış və zamin bank qarşısında kredit götürənlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 noyabr 2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 yanvar 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05 may 2016-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 “xxxx” ASC-yə 4.951,18 manat əsas və 883,51 manat faiz olmaqla cəmi 5.834,69 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1 və X2 notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən, sonuncular ünvan 1 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər və kredit borcu ipotekaya yönəldilərkən bir ay müddətinə evi tərk edəcəklərini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin 27 oktyabr 2017-ci il tarixli 022-07/17 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 16 oktyabr 2017-ci il tarixinə bazar dəyəri 41.500 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh1 iddiaçı Bank qarşısında “Kredit müqaviləsi” üzrə icra edilməmiş öhdəlikləri mövcuddur və bu öhdəliklər Bank tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra edilməmişdir. “Kredit müqaviləsinə” əsasən Bank qarşısında götürülmüş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində həmin müqavilə üzrə kreditdən istifadəyə görə maliyyə arayışında qeyd edilən borc yaranmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmumuna görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərba ycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə, hər bir bank müştərilərlə ba ğladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; 449.3. maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər; 449.4. maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəmə li olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu n: 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34-cü maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır; Həmin Qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3., 36.4. və 36.5-ci maddələrinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1. maddəs ində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəs inə əsasən, ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İstinad olunanlardan aydın olur ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tətbiqi baxımından düzgün qəbulı edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldlqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyya ta alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, istinad edilən maddi hüquq norması məhz ipotekaya tutmanın yönəldilməsi ilə bağlı iddiaya baxılıması zamanı mənzildən çıxarılma tələbinin də təmin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli, 2(104)-1961/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qə rar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1028/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1028/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver