Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1029/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı ASC Cavabdeh5 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1029/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3950/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onların Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilindən çıxarılmaları; mənzilin tamamilə boşaldılması, mənzilin ona təhvil verilməsi və cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Abbasova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mə nzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılaraq qeyd edilən mənzilin boşaldılması, iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil Cavabdeh1 iddiaçıdan götürdüyü kreditin təmin edilməsi üsulu kimi ipoteka qoyulub. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kreditin tutulması həmin mənzilə yönəldilib və mənzil “hərracın yekunları haqqında” protokola, alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçib. Bu səbəbdən də cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 178.1, 203.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxardılaraq mənzilin boşaldılması və iddiaç ıya təhvil verilməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil qanuni əsaslarla mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdehlər həmin mənzilə olan istifadə hüquqlarını itiriblər. Birinci instansiya məhkəməsi hazırki mübahisəni düzgün həll etsə də qanunvericilik normalarının tətbiqində səhvə yol verib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 157.2, 228.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və onların vəkili Vəkil və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmas ını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə bank mənzilin mülkiyyətçisidir. Cavabdehin isə mənzilə mülkiyyət hüququ xitam olunduğundan o, bankın mənzilinə qanunsuz sahiblik edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də cavabdehlərinin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasın dan istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər i stifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müst əsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, i ş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC iddiası qismən təmin edilərək, borclu Cavabdeh1 əsas borca görə 47.250 ABŞ dolları, faiz borcuna görə 9.374,68 ABŞ dolları, cəmi 56.624,69 ABŞ dollarının tutulub İddiaçı ASC ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satışında əldə edilən vəsait hesabına kredit borcunun öd ənilməsi, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra Cavabdeh1 mənzildən çıxarılması qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və xx xxxxxxxx 2017-ci il tarixli “hərracın nəticələri haqqında” protokola və alqı- satqı müqaviləsinə əsasən mənzil 60.562 manata İddiaçı ASC təqdim edilib. xx xxxxxx 2017-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı ASC təqdim edilib. xx xxxxxx 2017-ci il tarixli Çıxarışa əsasən, mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı ASC adına qeydə alınıb. Hazırda iddiaçı, sözügedən mənzilin qanuni əsaslarla mülkiyyətində olduğunu göstərib, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılmalarını, mənzilin boşaldılaraq ona təhvi l verilməsini iddia edir. Cavabdehlər isə mənzildə istifadə hüquqlarının olduğunu, mülkiyyətçinin dəyişməsinin istifadə hüquqlarına xitam verilməsinə səbəb olmadığını, mənzilə olan istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin yolverilməz olduğunu göstərib, iddiaya etiraz edirlər. Apelyasiya instansiyası məhkəməsi cavabdehlərin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, yuxarıda sadalanan maddələrin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etsə də, qanunvericilik normalarının tətbiqində səhvə yol verib. Belə ki, iddiaçı mübahisəli mənzilə qanuni əsaslarla mülkiyyət hüququ əldə etdiyindən və cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanılması mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddiaçı ona məxsus olan mənzildə yaşayan cavabdehlərin mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılmasını tələb etməkdə haqlı olub. Çünki, mənzil “ipoteka predmeti”, bank “ipoteka saxlayan”, cavabdeh isə “ipoteka qoyan” olduğundan, hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehlərin mənzildən çıxarılmalı olub-olmadığı haqqında məsələ “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipot eka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən normanın tələbləri baxımından cavabdehlərin mənzili tərk etmək vəzifəsi yaranıb, çünki mənzil satılıb və mənzilin satılmasından 1 aydan çox vaxt keçib. Ona görə də cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələb əsaslıdır. Bundan başqa, mənzil üzərində iddiaçının mülkiyyət hüq uqu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə bank mənzilin mülkiyyətçisidir. Cavabdehin isə mənzilə mülkiyyət hüququ xitam olunduğundan o, bankın mənzilinə qanunsuz sahiblik edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də cavabdehlərinin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. İşdən görünür ki, cavabdehlər qətnamədən kasasiya şikayətini şikayət xatirinə veriblər və onlar kasasiya şikayətində işə onların iştirakları olmadan baxılmasını göstər sələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlili ilə razılaşmır. Belə ki, işin 89-cu vərəqində olan “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktubdan görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada xəbərdar ediliblər. Digər tərəfdən, işdən görünür ki, ipoteka qoyan Cavabdeh1 ailə üzvləri sayılan cavabdehlər mənzilə dair ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürüblər. Ona görə də iddiaçı onlara istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya ödəməyə borclu deyil. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kasasiya şikayəti ilə eyni məzmunlu ol an apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3950/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1029/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1029/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver