Məhkəmə qərarları › İş №2(102)-103/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-103/2023

18.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-103/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-103/2023 (Açar sözlər: iş vaxtından artıq işləməyə görə əmək haqqının tutulması) Bakı şəhəri 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsi şərtlərinin pozulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4946/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC-işə götürən (bundan sonra-cavabdeh) ilə İddiaçı-işçi (bundan sonra-iddiaçı) arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli əmək müqaviləsi ilə, işçi əsas iş yerinə satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir (2.2-ci bənd). İşçi 24 yanvar 2019-cu il tarixdən işə başlayır (2.4-cü bənd). İşçiyə hər ay 247 (iki yüz qırx yeddi) manat məbləğdə əmək haqqı ödənilir (4.2-ci bənd);

2. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 1227/k nömrəli, 02 oktyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir.

3. İddiaçı Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, şirkətdən mənimsədiyi 8500 manatın 1200 manatımı geri qaytarmışdır. Qalan maddi ziyanın 7300 manatının hesablanacaq son haqq hesab məbləğinin tamamından tutulmasına etiraz etmir. Ərizəni imzası ilə təsdiq edir. 4. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov RPİnin 17-ci PŞ-nin baş təhqiqatçısı Nurlan Nurlunun qərarı ilə, “.... araşdırma zamanı izahatı alınmış İddiaçı törətdiyi əməli səmimi etiraf etməsini və hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığını lakin gələcəkdə götürdüyü öhdəlik üzrə ödəniş edəcəyini bildirmişdir.

5. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-698/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin iddiası təm in edilərək, cavabdeh İddiaçı 6193,17 (altı min bir yüz doxsan səkkiz manat 17 qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 6228.17 (altı min iki yüz iyirmi səkkiz manat 17 qəpik) tutularaq iddiaçı Cavabdeh MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı “əmrin ləğvi, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq işlədiyi iş saatları, bayram günləri, məzuniyyət günlərinə görə əlavə əməkhaqqı hesablanması, irəli sürdüyü iddialarına görə maddi təzminat ödənilməsi və haqqında tətbiq olunan, "Əmək Məcəlləsi"nin 70-ci maddəsinin "Ç" bəndinin icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı işin yu xarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2019-cu ilin yanvar ayında "xxxx" MMC-yə işə düzəlmişdir. 2019-cu il satış göstəricilərinə görə respublikada birinci yer tutmuşdur. 2020-ci il oktyabrın 1-də heç bir audit yoxlaması aparılmadan psixoloji vəziyyətinin gərgin vaxtında yazdığı ərizə əsas götürülərək işdən azad olunmuşdur. Hansı ki o, bu ərizəni keçirdiyi dərin ailə böhranı vaxtı qarşı tərəfin diqtəsi ilə aldadılaraq yazmışdır. Hadisələrin cərəyan etdiyi vaxtda 2005-ci il təvəllüdlü kiçik oğlu xəstəliklər səbəbindən dünyasını dəyişmişdir. Bunu də əlavə edir ki, "xxxx" MMC-in direktoru İrfan Yılmaz 24 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə rəsmi məktub göndərərək onun məsuliyyətə cəlb edilməyini xahiş etmiş dir. Ərizə üzərində Nərimanov RPİ-nin 17ci Polis şöbəsinin tədqiqatçısı, polis kapitanı X4 tərəfindən araşdırma aparılmış və 11 yanvar 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin rədd edilməsində Nərimanov rayon Prokurorluğunun baş vermiş hadisə ilə əlaqədar təftişin keçirilməməsi, müstəqil audit yoxlanmasının aparılmaması və müvafiq aktın tərtib edilməməsi əsas götürülmüşdür. Lakin qarşı tərəfdən fərqli olaraq onun irəli sürdüyü iddialar sübutludur. Bunlar aşağıdakılardır: belə ki,

1. İş və istirahət vaxtı üzrə əmək müqaviləsində göstərilir. İş vaxtı həftənin 5 günü 08:00 -16:00, Şənbə günü isə 08:00 -13:00. O, isə hər gün səhər saat 8də Sunfood MMC-yə aid X6 zavodunda plastik kartı monitora vurub işə gəlmişdir. Axşam işdən qayıtma saatı orta he sabla saat 21 radələri olmuşdur. Hətta saat 00:00, bəzən də daha gec. İşlədiyi 22 ay müddətində ona məzuniyyət verilməmişdir. Bayram günü istisna olmaqla (31 dekabr, 21 mart) daim istismar olunmuşdur. Verdiyi bu məlumatların həqiqiliyinə cavabdehdir və sistemdən yoxlatdırılmasını xahiş edir. Böyük dövriyyəli müştərilərdən köhnə mal götürərkən borc bank sistemində çıxılmırdı və müştəri ilə arada borc mübahisəsi yaranmasın deyə o, götürdüyü köhnə məhsulları kassadan nağd pulla almışdır. Bundan müdiri Şehmuz bəyin xəbəri vardır. Onun hesablamalarıma görə onun iadə anbarında 1421 manat artıq iadəsi var, yəni pulu var. İşlədiyi müddət ərzində Şehmuz bəyin göstərişi ilə 8 müştəri ilə qeyri-rəsmi satış edib (50000 ton pendir-qatıq) pul ödənişi ilə “Bazarstore" kassalarına keçirmişdir. Çekləri s axlamışdır. Bu prosesdə müştəri tutub əlaqə yaratmaq üçün təxminən 1000 manat pul xərcləmişdir.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazında göstərmişdir ki, iddia tələbi tam şəkildə əsassız olduğundan təmin edilməməli və iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçıya heç kəs hansısa bir ərizəni (və ya sənədi) məcburi və ya zor tətbiq etməklə yazdırmamışdır. Çünki, Cavabdeh MMCdə “Süd Satışı” departamentində “Satış üzrə ekspeditor” vəzifəsində işləyən xx.xx.1976-cı il təvəllüdlü iddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək fiziki şəxslərə satdığı südün pulunu həmin gün şirkətin hesabına daxil etməli olduğu halda bunu etməmiş və nəticədə şirkətə məxsus cəmi 8.500,00 (səkkiz min beş yüz) m anatı mənimsəmişdir. İşçinin bu əməli şirkət tərəfindən ifşa olunduqdan sonra ondan xx.xx.2020-ci il tarixli “İzahat” götürülmüş və o, etdiyi bu əməli öz izahatında tam etiraf etmişdir. Həmçinin göstərilən işçinin atası Tağıyev Ramiz Abdulla oğlu da bununla bağlı xx.xx.2020-ci il tarixli “İzahat” vermiş və oğlunun bu əməlini bir daha təsdiq etmişdir. Cavbadeh tərəfindən iddiaçıya şirkətə vurduğu ziyanı tam şəkildə geri ödəmək barədə dəfələrlə xəbərdarlıqlar edilsə də o, bu xəbərdarlıqların heç birinə məhəl qoymamış və götürdüyü məbləğdən 1.200,00 (min iki yüz) manatı geri qaytarmış, 1.101,83 (min yüz bir manat səksən üç qəpik) manat isə onun əmək müqaviləsinə xitam verilən zaman son haqq hesabından tutulmuşdur. Hazırda iddiaçının cavabdehdən götürdüyü 6.198,17 (altı min yüz doxsan səkkiz m anat on yeddi qəpik) manat məbləğ ödənilməmiş qalmışdır. Əlavə olaraq bildirir qeyd olunan məbləğin şirkətə geri ödənilməsi üçün tərəfindən xx.xx.2020-ci il tarixli, 258 saylı “Ərizə” ilə Nərimanov rayon Polis İdarəsinə də müraciət edilmişdir. Daha sonra müraciəti aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin baş təhqiqatçısı Nurlan Nurulu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən onlara məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bu səbəbdən tərəfindən Kürdəmir Rayon Məhkəməsində iddia qaldırılmış və 2(041)-698/21 saylı iş üzrə sədrlik edən hakim tərəfindən 30 mart 2021-ci il tarixdə çıxarılan qətnamə əsasında onların iddia tələbi tam şək ildə təmin edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə yalnız əlavə vaxt qazanmaq niyyətindədir. İş baxtında artıq iş və digər dəlillərlə bağlı bildirilmişdir ki, iddiaçının həmin qeydləri tamamilə cəfəngiyatdır və heç bir sübuta söykənməyən dəlillərdir. Əgər işçi öz əmək funksiyalarını çatdırıb vaxtında etməyərək və müştərilərlə vaxtında görüşüb öz öhdəliklərini icra etməyərək iş yerinə gəlib həmin başa çatdırılmamış işlərini icra edirsə burada hansısa artıq işləməkdən söhbət belə gedə bilməz. Bu kimi hallar işçinin öz təşəbbüsü ilə və könüllü şəkildə olur. Odur ki, iddiaçıya münasibətdə belə bir hal olmamışdır, olmuşsa belə yalnız öncə qeyd olunan vəziyyətlə əlaqədar ola bilərdi. İddiaçının Şehmuz bəylə qeyd olunan mövzuda hər hansı yazışması yoxdur, əgər varsa buyursun təqdim edə bilə r. X6 zavodu yarandığı tarixdən heç 50.000 ton perdir-qatıq istehsal etməyib, qaldı ki, iddiaçının həmin həcmdə satış etməsi və kassaya keçirməsi. Həmçinin cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə verərək hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-97/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novuzova) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə q anunla müəyyən edilmiş iddia müddətini keçirmişdir.

11. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 1227/K №-li əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və iş materiallarına əlavə edilmiş təhvil-təslim aktı ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ******* seriyalı əmək kitabçası təhvil verilmişdir. Bu da sübut edir ki, iddiaçı həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlı olmuşdur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 287, 288, 292, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın iş saatından artıq müddətdə gördüyü işlərə görə əmək haqqının ödənilməsi ilə bağlı tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin işdən azadolun ma və məzuniyyətlə bağlı gəldiyi nəticə ilə bağlı razılaşdıqlarını, lakin iş saatından artıq müddətdə gördüyü işlərə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirilmədiyindən məhkəmə qərarı ilə razılaşmadıqlarını, bu hissədə iddia müddətinin ötürülmədiyini, şəxsin hüquqlarının pozulduğu anın onun işdən azad olunma barədə əmrin verilməsindən hesablanmalı olduğunu, əmək müqaviləsində iş saatının 8 saat olduğunu, işçinin artıq işə cəlb olunduğu halda bunun qanunvericiliyə əsasən rəsmiləşdirilməli olduğunu, lakin belə bir əmrin olmadığını, əlavə əmək haqqı verilmədiyini bildirmiş, apellyasiya şikayətinə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümay əndəsi X3 ekspertiza keçirilməsinə etiraz etdiklərini, işçinin iş saatından artıq müəssisədə olmasının onun iş saatından əlavə işə cəlb edilməsinə dəlalət etmədiyini, çatdıra bilmədiyi işləri icra etmək üçün iş saatından əlavə qalıb işlədiyi bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4946/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin qətnaməsini n əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına; Mülki Məcəllənin 21, 372-384, 1096, 1097; "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın 41; Əmək Məcəllənin 10, 68-76, 296; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmay an dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

19. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir.

20. Qeyd edilməlidir ki, işçinin əmək fəaliyyətinə başlanmasını şərtləndirən əmək müqaviləsidir ki, bu müqavilə bağlanmadan (imzalanıb qeydiyyatdan keçmədən) kiminsə əmək münasibətlərinə daxil olması onun öz risk dairəsinə daxil olan məsələdir. Ona görə işçi əmək müqaviləsi bağladığı zamandan onun öz hüquqlarının bilməli olan an hesablanmalıdır.

21. Digər tərəfdən, işçinin müəssisəyə giriş-çıxışının qeydiyyatı hələ onun iş (rejiminə müvafiq) vaxtından artıq olan fəaliyyətinə dəlal ət etmir və onun kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan və qarşı tərəfin iddiaçıya yönələn tələblərinin mənzərəsində sui-istifadəyə işarə edən hal kimi qiymətləndirilməlidir.

22. Qeyd edilənlərə görə, ekspertiza keçirilməsi üçün əsaslar mövcud olmadığından, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən iddiaçıya iş vaxtından artıq vaxtda gördüyü işlərə görə əmək haqqı ödənilməmişdir. İşəgötürən qeyd edilən əmək müqaviləsinin şərtlərini pozmuş və iddiaçı həftədə nəinki 40 saat, hətta bəzən 60-65 saat işləmişdir.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin tələbləri işəgötürən tərəfindən kobudcasına pozulmuş, kassatorun iş günü vaxtından artıq müddət ərzində işləməyi işəgötürənin hər hansı bir əmri və ya sərəncamı ilə rəsmiləşdirilməmiş, onun razılığının olub-olması isə ümumiyyətlə müzakirə (işəgötürənlə) olunmamışdır.

26. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi bu maddədə göstərilən predmetlərdən yalnız birinə-əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinə münasibət bildirmiş, lakin qeyd edilən maddədə nəzərdə tutulmuş digər predmetə-“əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi”nə tələbinin əsasını təşkil edən hissəyə) hüquqi qiymət verməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi isə işdə olan sübutları hərtərəfli obyektiv araşdırmamış və həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verməmiş, cavabdeh tərəfin nümayəndəsinin məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə razılıq verməsinə baxmayaraq məhkəmə öz qətnaməsində bunun əksini göstərmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

29. Maddə

3. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;

30. Maddə 99, 1-ci bəndi. İş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır.

31. Maddə 165, 1-ci bənd. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 2 17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya baxışının predmetini yalnız iş saatından artıq müddətdə gördüyü işlərə görə əmək haqqının ödənilməsi ilə bağlı tələbin təmin edilməməsi hissəsi tə.kil etdiyindən iddiaçının kassasiya şikayti üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şik ayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

45. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı iddia ərizəsində işəgötürən tərəfindən iş vaxtından əlavə saatarda işlərə cəlb edildiyini iddia edir və artıq iş saatlarına görə cavabdehdən əlavə pul ödənilməsini tələb edir.

46. Tərəflər arasında bağlanmı əmək müqaviləsində iş saatları mü əyyən edilmiş, işəgötürən tərəfindən işçinin əlavə iş saatlarında işə cəlb edilməsi barədə müvafiq əmr və göstəriş veməsi barədə işdə heç bir sübut mövcud deyildir.

47. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş vaxtından artıq işləməsi üçün tərəflərin razılığı və işəgötürənin hər hansı əmri və ya sərəncamı olmalıdır. Hazırki işdə isə belə əmr və ya sərəncam yoxdur.

50. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə görə iddiaçı cavabdehdə iş saatları İ-V gü nlər saat 08:00 -16:00, şənbə günü isə 08:00 -13:00-dək müəyyən edilmişdir. Buna görə də, tərəflər arasında əlavə işlərin görülməsinə görə əmək münasibətləri yaranmadığından iddiaçının iddia tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq rədd edilmişdir.

51. Eyni zamanda, işçinin müəssisəyə giriş-çıxışının qeydiyyatı, onun faktiki olaraq işəgötürən tərəfindən müvafiq rəsmiləşdirmə olmadan könüllü olaraq hər hansı iş vaxtından əlavə saatlarda iş yerində olması həmin iş saatları üçün ona əmək haqqının hesablanmasına əsas vermir və kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alır.

52. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti əsassızdır.

53. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)4946/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar