Məhkəmə qərarları › İş №2(102)-127/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-127/2025

22.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-127/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, dərs saatının bərpa olunması və əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1090/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2025-ci il tarixdəAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X direktorunun 01 sentyabr 2023-cü il tarixli, 135 saylı əmrinə əsasən, İddiaçı 31 avqust 2023-cü il tarixdə işə çıxması, onun 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi qərara alınmışdır.

2. X direktorunun 04 oktyabr 2023-cü il tarixli, 164 saylı əmri ilə İddiaçı 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, onun 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə əmək haqqının ödənilməməsi qərara alınmışdır.

3. X direktorunun 26 oktyabr 2023-cü il tarixli, 178 saylı əmri ilə İddiaçı 26 oktyabr 2023-cü il tarixdə işə çıxması, onun 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə əmək haqqının ödənilməməsi qərara alınmışdır.

4. X direktorun un 01 noyabr 2023-cü il tarixli, 184 saylı əmri ilə İddiaçı 01 noyabr 2023-cü il tarixdə işə çıxması, onun 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə əmək haqqının ödənilməməsi qərara alınmışdır.

5. İddiaçı 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 3 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, onun işdə olmadığı günlər isə əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər X (bundan sonra- cavabdeh) və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 s entyabr 2023-cü il tarixli,135 saylı, 04 oktyabr 2023-cü il tarixli, 164 saylı, 26 oktyabr 2023-cü il tarixli, 178 saylı və 01 noyabr 2023-cü il tarixli, 184 saylı əmrlərinin ləğv edilməsi, qanunsuz tutulmuş 687.86 manat əmək haqqının, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və həmin dərslər üçün kəsilmiş 654.18 manat, habelə mediasiya şurası üçün ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehdə tarix müəllimi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində o, hər hansı nöqsana yol verməmişdir. O, cavabdehdən qanunsuz olaraq işdən çıxarılmasına görə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Astara Ra yon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Bundan sonra işəgötürən ona qarşı qərəzli münasibət bəsləmişdir. Ona görə də, qeyd edilən qanunsuz əmrləri imzalamışdır. Belə ki, 01 sentyabr 2023-cü il tarixli, 135 saylı əmrdən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi məlum olur. Halbuki tədris ili 15 sentyabr 2023-cü il tarixdə başlamasına, onun saat hesabı işləməsinə görə o, qeyd edilən 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmaya bilər. Bundan başqa, 04 oktyabr 2023-cü il tarixli, 164 saylı əmrdə onun 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, 02-03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə, 26 oktyabr 2023-cü il tarixli, 178 saylı əmrdə onun 26 oktyabr 202 3-cü il tarixdə işə çıxması, 24-25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə və 01 noyabr 2023-cü il tarixli, 184 saylı əmrdə onun 01 noyabr 2023-cü il tarixdə işə çıxması, 30-31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona cəmi 687,86 manat əmək haqqının ödənilməməsi məlum olur. Halbuki o, həmin müddət ərzində müxtəlif dövlət orqanlarında Azərbaycan Respublikası Prezident aparatında, Məhkəmə-Hüquq Şurasında qanunsuz intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı qəbullarda olmuşdur. Bundan başqa, o, Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən 51 bal toplamışdır. Belə olan halda, ona verilən dərs saatlarının miqdarı 36 saatdan aşağı olmamalıdır. Buna baxmayaraq, işəgötürən qanunsuz olaraq onun dərs saatlarını azaltmışdır ki, bununla da ona ziyan dəymişdir.

8. Məhkəmə iclasında işə baxılarkən, cavabdehin qanuni təmsilçisi iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı cavabdehdə tarix müəllimi vəzifəsində işləyir. Mövcud qanunvericiliyin, Əmək Məcəlləsinin, “Təhsil haqqında” Qanunun tələblərinə görə, dərs ili başa çatdıqdan sonra müəllimlər 56 gün əmək məzuniyyətinə buraxılır və sonra isə əmək fəaliyyətlərinə başlamalıdırlar. Dərs ilinin15 sentyabr 2023-cü il tarixdə başlamasına baxmayaraq müəllimlərin əmək məzuniyyətləri 28 avqust 2023-cü il tarixdə başa çatmışdır. Buna baxmayaraq iddiaçı, 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə işə çıxmamışdır. Ona görə də işəgötürən tərindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 135 saylı əmrə əsasən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023cü il tarixlərdə işdə olmamasına gör ə ona əmək haqqının ödənilməməsi qeyd edilmişdir. Bundan başqa, iddiaçı heç bir əsas olmadan 02 oktyabr 2023-cü il- 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il- 25 oktyabr 2023-cü il tarixlərdə və 30 oktyabr 2023-cü il31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə işəgötürən tərindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 164 saylı, 26 oktyabr 2023-cü il tarixli, 178 saylı və 01 noyabr 2023-cü il tarixli, 184 saylı əmrlərə əsasən iddiaçı işdə olmamasına görə ona əmək haqqı ödənilməmişdir. İddiaçı işdə olmadığı günlər isə dərslər əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmışdır. Həmçinin iddiaçı əlavə olaraq ona 5 dərs saat verilməsini tələb edir. Halbuki, cavabdehdə 2023-2024-cü dərs ilində tarix fənni üzrə həftəlik dərs saatı 26 saat olmuşdur ki, onun da h əftəlik dərs saatının 22 saatını iddiaçı, qalan 4 saatını isə digər müəllim tədris edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq məsələni tənzimləyən qaydalarına əsasən müəllimlərin yeni dərs ili üçün dərs yükü müəssissə rəhbəri tərəfindən müəyyən edilir, müəllimlərin diaqnostik qiymətləndirilmələrinin nəticələri nəzərə alınır. Göründüyü kimi, iddiaçının diaqnostik qiymətləndirilmələrinin nəticələri nəzərə alınaraq, ona tarix fənni üzrə həftəlik 26 dərs saatının həftəlik 22 dərs saatı verilmişdir.

9. Astara Rayon Məhkəməsinin 2(018)-205/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddia rədd edilmişdir

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi hər hansı bir halı məhkəməyə təqdim etməmişdir. Belə ki, id diaçı heç bir əsas olmadan 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, buna görə də onun barəsində qeyd edilən əmrlər verilmişdir. Cavabdehdə 2023-2024-cü dərs ilində tarix fənni üzrə həftəlik dərs saatı 26 saat olmuşdur ki, onun da həftəlik dərs saatının 22 saatını iddiaçı, qalan 4 saatını isə digər müəllim tədris edir.

11. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 10, 11, 89, 118, 154, 179-cü maddələrinə, “Təhsil haqqında” Qanunun 36.6-cı maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, məhkəmə yalnız cavabdehin verdiyi izahatı əsas götürüb iddianı rədd etmişdir. Halbuki məhkəmə həmin izahatın qanuni əsaslarını qətnamədə əks etdirməli idi. Məhkəmə kəsilmiş 5 saat dərs saatınında qanuni olmasını qəbul etmişdir. Halbuki, Təhsil Nazirliyinin qərarına əsasən 51 bal toplayan müəllimlərin dərs saatı 36 saatdan az olmamalıdır. İşəgötürənin müəllimin dərs saatlarından 4 saat kəsib vakansiyaya çıxarması özü qanunsuzdur və buna görə məktəb direktoruna Təhsil Nazirliyi tərəfindən töhmət elan edilmişdir. Lakin məhkəmə işəgötürənin bu hərəkətlərini qanuni və əsaslı saymışdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1090/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən, məruzəçi), T.Kərimov və C.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübut qismində iş materiallarına əlavə edilmiş aktlar, təqdimatlar və çıxarışlara əsasən iddiaçı, 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tari xlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, onun işdə olmadığı günlər əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmış və həmin tədrisin də qarşılığında müvafiq əmək haqları ödənilmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, işəgötürən tərəfindən onun barəsində əmrlərin qərəzli münasibət əsasında imzalanmaqla qanunsuz olmasına dair dəlili əsassızdır. Belə ki, iddiaçı adıçəkilən dəlillə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Bundan başqa, tədris ilinin 15 sentyabr 2023-cü il tarixdə başlamasına istinad etməklə 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmasının məcburi olmadığı barədə iddiaçının dəlilinə dair nəzərə alınmalıdır ki, işdə olan 12 aprel 2023- 04 yanvar 202 4-cü il dövrünü əhatə edən əmr kitabından aşkar olur ki, 64 nəfərlik pedoqoji işçi 56 günlük (03 iyul 2023 - 27 avqust 2023) məzuniyyətə buraxılmış, 28 avqust 2023-cü il tarixdə işdə hesab edilmələri əmr edilmişdir. Həmin əmrdə iddiaçının adı 19-cu sıra nömrəsində qeyd edilmişdir.

18. İddiaçı apellyasiya şikayətində və izahatında işdə olan digər aktların tərtib edildiyi günlərdə müxtəlif dövlət orqanlarında qəbulda olduğundan onun qanunsuz intizam məsuliyyətinə cəlb edilməsini göstərmişdir. Ancaq o, həmin günlərdə hər hansı qəbulda olması, habelə həmin əsasların onun işdə olmaması üçün üzrlü səbəb hesab edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

19. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən 51 bal toplamasına əsasən iddiaçıya verilən dərs s aatlarının miqdarının 36 saatdan aşağı olmaması, dərs saatlarından bir neçə saatı vakansiyaya çıxarması barədə dəlili haqqında diqqətə çatdırılmalıdır ki, Şahid3 MİQ müsabiqəsində uğur qazandığından 21 sentyabr 2023-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında ona 10 saat dərsin tədrisi verilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, 11-ci maddəsinin “c” bəndinə, 89-cu maddəsinin 1-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 179-cu maddəsinə, “Təhsil haqqında” Qanunun 36.6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti də iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

25. Maddə 11. “c” bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəlik lərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək əsas hüquqlarındandır.

26. Maddə 89. 1-ci hissə. Tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 118-ci maddəsinin, 1-ci hissəsinin “b” bəndinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.

27. Maddə 154. 1-ci hissə. Əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilə n əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

28. Maddə 179. 1-ci hissə. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 36.6. Təhsil verənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, sübut qismində iş materiallarına əlavə edilmiş aktlar, təqdimatlar və çıxarışlara əsasən iddiaçı, 28 a vqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, onun işdə olmadığı günlər əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmış və həmin tədrisin də qarşılığında müvafiq əmək haqları ödənilmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçı barəsində əmrlərin qərəzli münasibət əsasında imzalanmaqla, qanunsuz olmasına dair dəlili əsassızdır. Çünki iddiaçı, adıçəkilən dəlillə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

45. Bundan başqa, tədris ilinin 15 sentyabr 2023-cü il tarixdə başlamasına istinad etməklə 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmasının məcburi olmadığı barədə iddiaçının dəlilinə dair nəzərə alınmalıdır ki, işdə olan 12 aprel 2023- 04 yanvar 2024-cü il dövrünü əhatə edən əmr kitabından aşkar olur ki, 64 nəfərlik pedoqoji işçi 56 günlük (03 iyul 2023 - 27 avqust 2023) məzuniyyətə buraxılmış, 28 avqust 2023-cü il tarixdə işdə hesab edilmələri əmr edilmişdir. Həmin əmrdə iddiaçının adı 19-cu sıra nömrəsində qeyd edilmişdir.

46. İddiaçı apellyasiya şikayətində və izahatında işdə olan digər aktların tərtib edildiyi günlərdə müxtəlif dövlət orqanlarında qəbulda olduğundan onun qanunsuz intizam məsuliyyətinə cəlb edilməsini göstərmişdir. Ancaq o, həmin günlərdə hər hansı qəbulda olması, habelə həmin əsasl arın onun işdə olmaması üçün üzrlü səbəb hesab edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən, 51 bal toplamasına görə iddiaçıya verilən dərs saatlarının miqdarının 36 saatdan aşağı olmaması, dərs saatlarından bir neçə saatı vakansiyaya çıxarması barədə dəlili haqqında diqqətə çatdırılmalıdır ki, Şahid3 MİQ müsabiqəsində uğur qazandığından 21 sentyabr 2023-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında ona 10 saat dərsin tədrisi verilmişdir.

48. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şik ayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(106)-1090/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar