Məhkəmə qərarları › İş №2(102)-4113/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-4113/2025

05.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4113/2025 05.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Namik Tokdemirin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətlərinin məzmunu ilə bağlı tələblərə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə İddiaçı Namik Tokdemirin cavabdeh "xxxx" MMC-nə qarşı “pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-968/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddi açı və cavabdehin kassasiya şikayətlərini nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı Namik Tokdemir (Vəkil1 ) və cavabdeh "xxxx" MMC Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-968/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətləri Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. İddiaçı Namik Tokdemirin kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, kassasiya şikayətində işin faktiki hallarına istinad olunmuş, Əmək Məcəlləsinin 157, 158-ci və Mülki Prosessual Məcəllənin 13.4-cü maddələrinin mətni qeyd edilmiş, lakin həmin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Həmçinin cavabdeh "xxxx" MMC tərəfindən verilən kassasiya şikayətində də məhkəmələrin gəldiyi nəticə göstərilmiş, lakin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və ya pozulmasının nədən ibarət olması barədə şərh şikayətdə əks edilməyib, bununla da cavabdeh də şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməyib. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına və onların yalnız düzgün tətbiq edilməməsinə istinad edilməklə və kifayətlənilməməli, şikayət cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüq uq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı və cavabdehin kassasiya şikayətləri qeyd edilən məzmunda olmadıqları üçün şikayətlərdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hansı dəlillər üzrə yoxlanmasını müəyyən etmək mümkün olmur. Bundan əlavə, cavabdehin kassasiya şikayətində şikayəti imzalayan vəkil və nümayəndə barədə məlumat qeyd edilməyib. Buna görə də şikayətdən, şikayətin işdə orderi və etibarnaməsi olan vəkil tərəfindən tərtib edilməsi və imzalanması görünmür. Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsinin 2 və 3-cü bəndlərinə görə isə şikayətdə kassas iya şikayəti verən şəxsin vəkil və nümayəndəsi barədə məlumatlar (ad, soyad, ata adı, order nömrəsi, ünvan və s.) qeyd edilmədilidir. Bu baxımdan, iddia və cavabdehin kassasiya şikayətləri mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi də kassasiya şikayətlərini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğ unu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətlərinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilmədiyi üçün), onların icraata qəbulundan imtin a edilməli, kassasiya şikayətlərinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da izah edir ki, şikayət verən şəxslər prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilərlər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Namik Tokdemir və cavabdeh "xxxx" MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-968/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri icraata qəbul edilməsin. Kas sasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar