Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2164/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənilməmiş əmək haqqı və digər ödənclərin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X3 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2015-ci il t arixdə “UĞURLU YOL" MMC-yə əsas iş yeri olaraq, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə isə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifələrinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə müvafiq əmrlərlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən həmin vəzifələrdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona Cavabdeh1 MMC ilə müqaviləsinə xitam verilərkən istifadə olunmamış 6 ilin 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə görə görə 1800 manat məzuniyyət pulunun, "xxxx" MMC ilə müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021- ci il tarixinə kimi 3 ilin 10800 manat məbləğində əmək haqq ı və 3 ilin, 2018, 2019, 2020-ci illərin 900 manat məzuniyyət pulunun, cəmi 13500 manat olmaqla qanunauyğun şəkildə digər ödənişlərlə birlikdə ona ödənilməsi, Cavabdeh1 MMC-dən ona çatacaq sonuncu ayın 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib ödədiyinə görə bir günə görə 2,96 manat bir faizi 127 gecikdirilmiş gün = 375,92 manat ödəncin, Cavabdeh1 MMC və "xxxx" MMC-dən gecikdirilmiş əmək haqqı və məzuniyyətlərə görə 13500 manatın bir faizi 135 manat, xx.xx.2018-ci il tarixdən 03,12.2021-ci il tarixinə kimi verilməmiş əmək haqqı və verilməmiş məzuniyyətə görə 13500 manatın xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi 223 gecikdirilmiş gün olmaqla, 135*223=30105 manat ödəncin, 375,92+30105=30480, 92 manat ödənc olmaqla, 13500 manat (əmək haqqı və məzuniyyətlərə görə)+30480,92 (gecikdirilmiş mələğin bir faizi)= 43980,92 manat (qırx üç min doqquz yüz səksən) ödəncin və 50 manat mediasiya haqqı olmaqla cəmi 44030,92 manat pulun cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-dən alınıb ona veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini dəqiqləşdirərək iddia tələbinin təmin olunması, ona Cavabdeh1 MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən, ödənilməmiş əmək haqqının, istifadə olunmamış 6 ilin, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019, 20192020, 2020-2021-ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq Cavabdeh1 MMC-dən tutulub ona ödənilməsi, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində ona ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub ona ödənilməsinə, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin, 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunma mış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub ona ödənilməsinə, Cavabdeh1 MMC-dən ona çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 (üç) faizi olmaqla 296*3 faiz=8.88*127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMCdən tutulub ona veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X5 təsisçi və direktor olduğu Cavabdeh1 MMC-yə xx.xx.2015-ci il tarixində əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixind ə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin 74 saylı əmri və "xxxx" MMC-nin 06 saylı əmri ilə onunla bağlanmış hər iki əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. O, Cavabdeh1 MMC-dən işdən azad olunarkən 2021-ci ilin mart və aprel aylarının ona çatacaq əmək haqqını və 6 ilin məzuniyyət pulunu almamışdır. Eyni zamanda işdən çıxarkən ona məlum olmuşdur ki, o, Xaçmaz şəhəri, Bakı prospekti 20A ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də isə üç il 3 il hüquqşünas vəzifəsində işləmişdir. "SAA Trans” MMC-ni Xaçmaz Rayon Məhkəməsində dəfələrlə iddiaçı və cavabdeh qismin də təmsil edib hüquqlarını müdafiə etmişdir. Lakin üç il ərzində o, "xxxx" MMC-dən heç bir məbləğ əmək haqqı və məzuniyyət pulu almamışdır. "Uğurlu Yol” MMC-dən ona çatacaq son ayının əmək haqqı yalnız xx.xx.2021-ci il tarixində ona ödənilmiş, Cavabdeh1 MMCdə işlədiyi 6 il 3 ay 3 günür məzuniyyət pulu bu günə qədər ona ödənilməmişdir. Bundan başqa, "xxxx" MMC-də işlədiyi 3 il müddətində, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi olan müddət ərzində işlədiyinə görə ona əmək haqqısı və 3 ilin məzuniyyət pulu ödənilməmişdir. Dəfələrlə Cavabdeh1 MMC və "xxxx" MMC-nin ofisinə gedərək ona çatacaq əmək haqqını və məzuniyyət pullarının, ödənclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ona verilməsini tələbi etsə də bu günə kimi cavabdeh onun haqqı olan əmək haqqın ı və məzuniyyət illərinə görə kompensasiyanı, ödəncini ona müxtəlif bəhanələrlə ödəməkdən imtina edir.
5. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili X2 etiraz ərizəsində göstərmişdir ki, İddiaçı hüquqşünas olmasına baxmayaraq məhkəmədə yalan iddia qaldırması təəssüf doğurmuşdur. Onun iddia ərizəsində yazdığı təsdiq və inkar cümlələri, məhkəmədə verilən suallara cavabları bir müəssisənin “hüquqşünası” üçün utancverici olması və aşağıda qeyd olunan təkzibedilməz sübutlar onun verdiyi iddiasının tamamilə əsassız və yalan olduğunu təsdiq edir. İddia ərizəsinin 1-ci vərəqi 1-ci abzasında İddiaçı yazir ki, "nəzərinizə çatdırıram ki, mən X6 təsisçi və baş direktor olduğu "xxxx" MMC-nə xx.xx.2015-cl il tarixdə əsas iş yeri oiaraq, "xxxx" MMC-nə isə xx.xx.2018- ci il tarixd ə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə huquqşünas vəzifəsinə qebul olunmuşam. Bundan sonra, İddiaçı elə həmin abzasda 11-cl sətirdə yazir "Eyni zamanda işdən çixarkən mənə məlum olmuşdur ki, mən Xaçmaz şəhəri, Baki prospekti 20A ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də isə 3 il hüquqşünas vəzifəsində işləmişəm". Baxin 1-cl yazir ki, "xxxx" MMC-də əmək müqaviləsi bağlayaraq işə qəbul oİunmuşam, sonra yazir ki, işdən çıxarılandan sonra bilib ki, "sən demə ondan xəbərsiz", "xxxx" MMC onu hüquqşünas vəzifəsinə işə götürüb. O, məhkəmə başlanan zaman bildirmişdir ki, iddiaçı işdən çıxarılarkən onun tərəfindən həm onun özünə aid, həm də bir sira başqa sənədləri yoxa çıxartmışdır. Araşdırma və yoxa çıxan sənədləri axtaran zaman sürücülərin şəxsi işlərinin içində, bir sıra sənədiər, habele iddiaçıya aid sənədlərin gizlədildiyi aşkar olunmuşdur. Onda İddiaçı elə bilmişdir ki, şəxsi işlərini və digər gizlətdiyi sənədləri tapa bilməyəcəklər. Çətin olsa da onlar bir sıra sənədləri, o cümiədən onun şəxsi imzası ilə təsdiq etdiyi "xxxx" MMC llə onun arasında bağlanmış əmək müqaviləsinin əslini tapmış və 09 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında həmin Muqaviləni məhkəməyə təqdim etmişdir. Lakin, yalniz işdən çıxarılandan sonra "xxxx" MMC-də hüquqşünas oidugunu bildiyini deyən İddiaçı bu muqaviləyə aid heç bir fikir blidirməmişdir. İndi desin görək bu müqavilədəki imza onundurmu?. Xahiş edir ki, imza ona göstərilsin və imzanın ona məxsus olub-olmamasını bildirsin. Elə həmin iclasda 09 dekabrda İddiaçı şəxsi imzasi ilə 2016 və 2017-ci illərdə "xxxx" MMC-nə məzun iyyətinin bitməsi və işə çıxması üçün öz imzası ilə təsdiq etdiyi ərizəsini taqdim etmişdir. 20 il Polisdə işləmiş "hüquqşünas" blidirmişdir ki, "bəli bu imzalar mənə məxsusdu, işə götürülən zaman "xxxx" MMC-nin direktoru Sadiq Agayev mənə bu 2 ədəd ağ hazır blanklara qol çəkdirdi". Hazırda yenə bir sıra sənədlər tapmışlar ki, onun da ikisi Rôvşən Turabovun öz imzası ilə elə 2016 və 2017- ci illərdə "xxxx" MMC-nə məzuniyyətə getmək barədə ərizəsidir. Artıq belə çıxır ki, "xxxx" MMC-nin direktoru Sadiq Ağayev onu işə götürəndə 2 blanka yox, 4 blanka qol çəkdirib. Bu suala da cavab versin ki, 2016 və 2017- ci illərdə "xxxx" MMC-nə məzuniyyətə getmək barədə ərizəsindəki imzalar onundurmu? Cavabdehin 2016 və 2017-ci illərdə "xxxx" MMCnə məzuniyyətə getmək barədə ərizələrini məhkəməyə təqdim edir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-də iddiaçıya əmək haqqı əlbəəl verilib. Ona görə cinayətləri varsa cərimə oluna bilərlər. "xxxx" MMC-dən iddiacı İddiaçı maaş hər ay əlbə-əl, dəftərə şəxsən özünə imza çəkdirilməklə icraçı direktorun müavini Nümayəndə3, o, olmayanda isə, ya kassir operator X12 oglu, ya da kassir operator X9 tərəfindən verilmişdir. Onların hər üçünün şahid qismində dindirilməsi hesab edir ki, vacibdir. Həmin dəftərləri də məhkəmə sübut kimi qəbul etməlidir. Həmin dəftərlərə baxanda icraçı direktorun müavini Nümayəndə3 oglundan nə səbəbdən pulu alan şəxslərdən yalnız İddiaçı qol cəkməsini soruşduqda, o, bildirmişdir ki, İddiaçı "xxxx" MMC-dən verilən maaşını alaala 2 dəfə danmışdır ki, pulu almamış və buna görə, müdir onlara göstəriş vermişdir ki, bundan sonra İ ddiaçı hər ay maaşını verəndə tarixini mutləq yazılmaqla şəxsən özünə qol çəkdirməklə versinlər. Bundan başqa hesab edir ki, müəssisənin təsisçisi X15 oglunun da dindirilmasi vacibdir. İddiaçı "xxxx" MMC-də işləyəndə 2020-ci ildən 2021-ci ilin sonunadək ona əlbəəl verilən əmək haqlarını almasına görə dəftərlərə imza atıb. Həmin dəftərlərin sübut kimi qəbul edilməsini xahiş edir. Qeyd olunan hal mühasibin təqsiri ilə baş verib. Onlar da istəyirlər ki, o, cinayət məsuliyyətinə cəlb edilsin. İddiaçının maaşı "xxxx" MMC-nə oturulub, vergini, sosial müdafiə fonduna ödənişləri müəssisə ödəyib. Bu barədə sənədləri də təqdim edəcək. "xxxx" MMC-də iddiaçının maaşı 190 manat olub, amma ona hər ay qol çəkdirməklə 400 manat əmək haqqı ödəmişlər. İddiaçı Cavabdeh1 MMC-dən maaşını kartla alıb, "xxxx" MM C-də isə hər ay əlbəəl imza edib almışdır. İşdən xx.xx.2021-ci ildə çıxarılan iddiaçıya hər iki müəssisədən son haqq hesabı hesablanıb əlbəəl verilməsinə baxmayaraq, mühasib tərəfindən sistemə vaxtında işİənməmişdir. İşdən çıxarılan gün şəxsi hesab vərəqəsinə şəxsən özü imza edərək əslini almışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 9.419,19 manat, "xxxx" MMC üzrə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 8.592,92 manat, ümumilikdə isə 2 müəssisə üzrə yaranmış fərqin 18012,11 manat məbləğdə olması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 230697,29 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 223467,86 manat məbləğində müəyyən edilir. Həmin rəydə göstərilmişdir ki, X5 təsisçi və baş direktor olduğu “Uğurlu Yol MMC-yə xx.xx.2015-ci il tarixində əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixində əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul olunmuşdur. (Əmək müqavilələri iş materiallarında mövcuddur). xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin 74 saylı əmri və "xxxx" MMC-nin 06 saylı əmri ilə tərəflər arasında bağlanmış hər iki əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”’bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmək müqviləsinə əsasən İ ddiaçı aylıq əmək haqqısı Cavabdeh1 MMC-də 200 manat məbləğində müəyyən edilmişdir. Sonrakı müddət ərzində İddiaçı əmək haqqısı artırılaraq 270 manat və 300 manat olduğu müəyyən edilir. Əmək müqaviləsində İddiaçı əsas məzuniyyət günləri 30 gün qeyd edilmiş, lakin əmək stajına görə əlavə 6 gün nəzərə alınmadığı müəyyən edilir. Əmək müqviləsinə əsasən İddiaçı aylıq əmək haqqısı "xxxx" MMC-də isə 180 manat məbləğində müəyyən edilmişdir. Sonrakı müddət ərzində İddiaçı əmək haqqısı artırılaraq 190 manat və 270 manat olduğu müəyyən edilir. Əmək müqaviləsidə İddiaçı əsas məzuniyyət günləri 30 gün qeyd edilmiş, lakin əmək stajına görə əlavə 6 gün nəzərə alınmadığı müəyyən edilir. Rəydən görünür ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Cavabdeh1 MMC- də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əmək haqqı üzrə 15.917,55, məzuniyyət və son haqqhesab üzrə 171 gün üçün 1301,25 manat, ümumilikdə hesablanmış məbləğ 17218,80 manat olduğu və hesablanmış əmək haqqı üzrə ələ çatacaq məbləğ isə 16.173,02 manat ödənilməli olduğu müəyyən edilir. İş materiallarında olan ödəniş sənədlərində əmək haqqı, məzuniyyət və son haqq-hesab üzrə 7787,08 manat təşkil etdiyi müəyyən edilir. Bu səbəbdən əmək haqqı üzrə ələ çatacaq məbləğdə yaranmış fərq 8385,94 manat təşkil etdiyi müəyyən edilir. Məzuniyyət və son haqq-hesab üzrə İddiaçı Cavabdeh1 MMC-də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 222 gün hesablanmalı halda, cəmi 171 gün m əzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 51 gün olaraq 503,29 manat hesablanmalı və ödəniləcək məbləğin 459,15 manat təşkil etdiyi müəyyən edilir. Həmçinin iddiaçıya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış lakin xx.xx.2021-ci il tarixində ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə (129 gün üzrə) 574,10 manat təşkil etdiyi müəyyən edilir. Həmin rəydə göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Respublikasının qanun və qaydalarına əsasə n, əmək haqqı üzrə 8185,78, məzuniyyət və son haqq- hesab üzrə 50 gün üçün 357,96 manat, ümumilikdə hesablanmış məbləğ 8543,74 manat olduğu və hesablanmış əmək haqqı üzrə ələ çatacaq məbləğ isə 8123,15 manat ödənilməli olduğu müəyyən edilir. Lakin iş materiallarında olan ödənişlər haqqında mühasibatlıq sənədləri olmadığı səbəbindən yaranmış fərq 8123,15 manat təşkil etdiyi müəyyən edilir. Məzuniyyət və son haqq-hesab üzrə İddiaçı Cavabdeh1 MMC-də işlədiyi xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 108 gün hesablanmalı halda, cəmi 50 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 50 gün olaraq 515,13 manat hesablanmalı və ödəniləcək məbləğin 469,77 manat təşkil etdiyi müəyyən edilir. Beləliklə, iş materiallarında olan məlu matları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Cavabdeh1 MMC- də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 9.419,19 manat, "xxxx" MMC üzrə xx.xx.2018-ci ildən xx.xx.2021- ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 8.592,92 manat, ümumilikdə isə 2 müəssisə üzrə yaranmış fərqin 18.012,11 manat məbləğdə təşkil etdiyi müəyyən edilir. - Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 230.69 7,29 manat məbləğində müəyyən edilir, o cümlədən: 8385,94 x 917 gün x 3% =230.697,29 manat. Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 223.467,86 manat məbləğində müəyyən edilir.
7. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq 9419,19 manat pulun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq 8592,92 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində iddiaçıya ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin 2018-2019, 2019-2020, 2020-2021 illərə görə, istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən İddiaçı çatacaq 2021-ci ilin aprel ayına hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda, yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz olmaqla 375,92 məbləğində ödəncin tutulması və İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri 250 manat məbləğində pulun Cavabdeh1 MM C və "xxxx" MMC-dən müştərək qaydada alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarl arını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 42, 45, 68-ci, 172-ci maddəsinin 5-ci bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli “Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin şərh edilməsinə dair” qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla Xaçmaz Rayon Məhkəməsinə qaytarılması barədə q ərardad çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əmək haqqı, son haqqhesab və məzuniyyət haqları üzrə hesablanmış fərqə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli ekspert rəyində gəlinən nəticə ilə əsaslandırılmış, 1% ödənclərə münasibətdə isə Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci bəndi ilə əsaslandırılmışdır. Qətnamə qanunsuz olduğundan ləğv edilməli və icraata qəbul qərardadı ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, qətnamə ciddi prosessual pozuntularla çıxarılmışdır. Belə ki, qətnamədən görünür ki, iddia tələbi 2 müxtəlif cavabdehə qarşı irəli sürülm üşdür, həmin tələblər bir-biri ilə əlaqədar deyildir və bu da onunla bağlıdır ki, cavabdehlərin iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İddiaçının tələbindən göründüyü kimi, 2 müxtəlif cavabdehin onun qarşısında birgə borclu olmasına əsas verən nə müqavilə müddəası, nə qanunun müddəası vardır, nə də iddianın obyekti (iddiaçının əldə etməyə çalışdığı pul məbləği) bölünməz deyildir. Belə olan halda isə 1-ci və 2-ci cavabdeh iddiaçı qarşısında birgə borclular qismində çıxış edə bilməz və bundan irəli gələrək onların müştərək (birgə) məsuliyyəti yarana bilməz. MPM-in 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, müxtəlif cavabdehlərə qarşı işlər bir-biri ilə əlaqəli olan o halda sayılır ki, cavabdehlərin iddiaçı qarşısında məsuliyyəti müştərək olsun. Cavabdehlərin isə iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud olmadığı halda hakim iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan 2 tələbə 1 iddia çərçivəsində baxmışd ır. Halbuki, MPM-in 152.1.7 və 152.2-ci maddələrinə əasən bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Göründüyü kimi, iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iddialar üzrə, yəni onların birgə borclu qismində çıxış etmədiyi və və birgə (müştərək) məsuliyyət daşımadığı iddialar üzrə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etmək əvəzinə, kobud prosessual pozuntuya yol verərək qanunsuz olaraq işi icraata qəbul edərək baxmış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, hakim qeyri-müəyyən tələbləri təmin etmişdir. Belə ki, iddiaçının iddiasından görünür ki, iddia tələbi qeyri-müəyyəndir, yəni iddiaçının cavabdehdən nə qədər məbləğdə pul tutulması konkret göstərilməmişdir. Belə olan halda isə, iddia tələbinin (iddiaçının əldə etməyə çalışdığı maddi nemətin) müəyyən olunmadığı aydın olur. Çünki MPM-in 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının tələbi, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyri-müəyyən iddia tələbi isə rədd edilməli olduğu halda, hakim tərəfindən əsassız olaraq təmin edilmiş, mülki prosesin təməl prinsipi olan dispozitivlik prinsipi ilə uzlaşmayan prosessual pozuntuya yol verilmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında mülki prosesdə dispozitivlik prinsipinin əhəmiyyətindən bəhs edərək göstərmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən icraata qəbul edilmiş qeyri-müəyyən iddia tələblərinin rədd edilməsinə dair qətnamə çıxarılır. Göründüyü kimi, icraaat qəbul edilmiş qeyri-müəyyən iddia tələbi üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarmaq əvəzinə hakim dispozitivlik prinsipini pozaraq qanunsuz və əsassız olaraq, habelə məhkəmə təcrübəsinin vahidliyini gözl əmədən iddianı təmin etmişdir.
12. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ciddi prosessual pozuntularla çıxarılmışdır. Belə ki, qətnamədən görünmüşdür ki, iddia tələbi iki müxtəlif cavabdehə qarşı irəli sürülmüşdür, həmin tələblər bir-biri ilə əlaqədar deyildir və bu da onunla bağlıdır ki, cavabdehlərin iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İddiaçının tələbindən göründüyü kimi, iki müxtəl if cavabdehin onun qarşısında birgə borclu olmasına əsas verən nə müqavilə müddəası, nə qanunun müddəası vardır, nə də iddianın obyekti (iddiaçının əldə etməyə çalışdığı pul məbləği) bölünməz deyildir. Belə olan halda isə 1-ci və 2-ci cavabdeh iddiaçı qarşısında birgə borclular qismində çıxış edə bilməz və bundan irəli gələrək onların müştərək (birgə) məsuliyyəti yarana bilməz. MPM-in 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qanunvericiliyin tələbindən göründüyü kimi, müxtəlif cavabdehlərə qarşı işlər birbiri ilə əlaqəli olan o halda sayılır ki, cavabdehlərin iddiaçı qarşısında məsuliyyəti müştərək olsun. Göründüy ü kimi, iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iddialar üzrə, yəni onların birgə borclu qismində çıxış etmədiyi və və birgə (müştərək) məsuliyyət daşımadığı iddialar üzrə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etmək əvəzinə, kobud prosessual pozuntuya yol verərək qanunsuz olaraq işi icraata qəbul edərək baxmış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, hakim qeyri-müəyyən tələbləri təmin etmişdir. Belə ki, iddiaçının iddiasından görünür ki, iddia tələbi qeyri-müəyyəndir, yəni iİddiaçının tələbinin (iddiaçının əldə etməyə çalışdığı maddi nemətin) müəyyən olunmadığı aydın olur. Göründüyü kimi, icraaata qəbul edilmiş qeyri-müəyyən iddia tələbi üzrə iddia tələbinin rədd edilməsinə d air qətnamə çıxarmaq əvəzinə hakim dispozitivlik prinsipini pozaraq qanunsuz və əsassız olaraq, habelə məhkəmə təcrübəsinin vahidliyini gözləmədən iddianı təmin etmişdir.
14. Cavabdeh2 nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixində apellyasiya şikayətinə əlavə ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdeh1 MMC-yə (VÖEN: **********) (bundan sonra – “1-ci cavabdeh”) və "xxxx" MMC-yə (VÖEN: **********) qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır və iddia tələbi (dəqiqləşdirilmiş iddia tələbi) aşağıdakılardan ibarət olmuşdur: 1-ci cavabdehə münasibətdə: (İ) Ödənilməmiş əmək haqqı, istifadə olunmamış 6 iş ili (2015-2016, 2016- 2017, 2017-2018, 2018-2019, 2019-2020, 2020-2021-ci iş ili) üzrə məzuniyyət pulunun və həmin pulun gecikdirilməsinə görə hər günə 3% ödəncin ödənilməsi; (İİ) 2 021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının 127 gün gecikməsinə görə hər günə 3% olmaqla 1127.76 manatın ödənilməsi; 2-ci cavabdehə münasibətdə: (İ) xx.xx.2018- xx.xx.2021-ci illərdə (3 il ərzində) ona ödənilməmiş əmək haqqının, xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər günə 3% ödəncin ödənilməsi; (İİ) xx.xx.2018-xx.xx.2021-ci illərdəki iş ilinə (2018-2019, 2019-2020, 2020-2021-ci iş ilinə) görə istifadə olunmamış məzuniyyət pulunun və həmin pulun gecikdirilməsinə görə hər günə 3% ödəncin ödənilməsi. Məhkəmənin hakimi X7 tərəfindən xx.xx.2024-cü il tarixli, 2(067)-16/2024 nömrəli qətnamə ilə iddia tələbi qismən təmin edilmiş və aşağıdakı məbləğlərin ödənilməsi qət edilmişdir: 1-ci cavabdehdən tutulma lı məbləğ: (İ) Əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq olan 9419,19 manat; (İİ) Əmək haqqı və 6 il gecikdirilmiş məzuniyyət pulunun ödənilməsinə qədər hər gün üçün 1% ödənc; (İİİ) 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının 127 gün gecikməsinə görə hər günə 1% olmaqla 375,92 manatın ödənilməsi. 2-ci cavabdehdən tutulmalı məbləğ (İ) Əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq olan 8592,92 manat; (İİ) xx.xx.2018-xx.xx.2021-ci il tarixlərdə ödənilməmiş əmək haqqı və həmin əmək haqqının ödənilməsinə qədər hər gün üçün 1% ödənc; (İİİ) xx.xx.2018-xx.xx.2021-ci il tarixlərdə 3 iş ilinin (2018-2019, 2019-2020, 20202021-ci iş ili) məzuniyyət pulunun gecikdirilməsinə görə hər günə 1% ödənc. Qətnamə əmək haqqı, son haqq-h esab və məzuniyyət haqları üzrə hesablanmış fərqə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli ekspert rəyində gəlinən nəticə ilə əsaslandırılmış, 1% ödənclərə münasibətdə isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi ilə əsaslandırılmışdır. Qətnamədən hər 2 Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir və şikayət aşağıdakı dəlillərlə əsaslandırılmışdır: (İ) iddia tələbi 2 müxtəlif cavabdehə qarşı irəli sürülmüşdür, həmin tələblər bir-biri ilə əlaqədar deyildir və bu da onunla bağlıdır ki, cavabdehlərin iddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud deyildir. Cavabdehlərin isə İddiaçı qarşısında birgə öhdəliyi və ondan irəli gələrək birgə (müştərək) məsuliyyəti mövcud olmadığı halda Hakim 2 cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan 2 tələbə 1 iddia çərçivəsində baxmışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 152.1.7 və 152.2-ci maddələrinə əasən bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. İİ) Bununla yanaşı, iddia tələbi qeyri-müəyyən olduğu halda, Hakim iddianı təmin etmişdir. Belə ki, iddiaçı cavabdehdən nə qədər məbləğdə pul tutulması konkret göstərməmişdir. Belə olan halda isə, iddia tələbinin (iddiaçının əldə etməyə çalışdığı maddi nemətin) müəyyən olunmadığı aydın olur. Hakim qeyri-müəyyən iddia üzrə tələbin rədd edilməsinə dair qətnamə çıxarmaq əvəzinə iddianı təmin etmişdir. İddiaçı mübahisən in məhkəmədənkənar həlli qaydasına əməl etməmişdir. Hakim iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul etmək əvəzinə kobud prosessual pozuntuya yol verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarmışdır. Belə ki, iş materiallarında olan 2-ci cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarının pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəkdir. Oxşar müddəa birinci cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin 10.1-ci bəndində təsbit edilmişdir. Göründüyü kimi, İddiaç ı müqavilə ilə nəzərdə tutulmuş mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl etməmiş və məhkəmədə iddia qaldırmışdır. Belə iddia ərizəsi isə MPM-in 259.0.1-cimaddəsinə əsasən baxılmamış saxlanılmalı idi. Belə ki, həmin maddəyə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Buna baxmayaraq, Hakim prosessual normalarının kobud pozuntusuna yol verərək, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qeyd edilməlidir ki, iddiaçının mediasiyaya müraciəti də vəziyyəti dəyişmir. Belə ki, mediasiya proseduruna riayət etməmə halı mübahisənin qabaqcadan məhkəmədən kənar həlli halından fərqli prosessual əsas kimi (MPM, 259.0.13-cü maddə) MPM-də ərizənin baxılmamış saxlanılması əsası kimi təsbit edilmişdir. Bu o deməkdir ki, mediasiyaya müraciət etməsindən asılı olmayaraq, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına da əməl etməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-ci maddəsinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü i l tarixli, 2(067)-16/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Hakim həqiqətə nail olmaq prinsipini pozmuşdur. Bununla yanaşı, hər hansı bir səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılması mümkün olmazsa, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, hakim həqiqətə nail olmaq üçün birinci və ikinci cavabdehin qanuni təmsilçilərinin dindirilməsi halında həqiqətə nail olmağın mümkünlüyünü, onlar dindirilmədiyi halda, bunun hüquqi nəticələri barədə cavabdehləri xəbərdar etməmiş, cavabdehin qanuni təmsilçilərinin və mühasiblərinin şahid qismində dindirilməsi barədə vəsatət vermək imkanlarını gözləmədən qanunsuz qətnamə çıxarmışdır. Halbuki, MPM-in 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin mülki prosessual qanunvericilik baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarındakı hüquqi mövqeyi). Məhkəmə cavabdehlərin qanuni təmsilçilərinin və mühasiblərinin şahid qismində dindirilməsini təmin etsəydi, müəyyən edərdi ki, həqiqətən də cavabdehlər iddiaçıya əmək haqqı və məzuniyyət pulunu tam ödəmişdir. Cavabdehlərin iddiaçıya əmək münasibətlərindən irəli gələn hər hansı borcu yoxdur. Həmin halların müəyyən edilməsinə imkan yaratmadan və həqiqətə nail olmaq prinsipini gözləmədən Hakim qanunsuz və əsassız qətnamə çıxarmışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2(105)-94/2025 nömrəli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova - sədrlik edən, məruzəçi, Lalə Rəhimli və Fuad Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə ödənilməmiş əmək haqqına görə 8385,94 manat və istifadə olunmamış məzuniyyətə görə 459,15 manat haqq Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.20 18-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə ödənilməmiş əmək haqqına görə 8123,15 manat və istifadə olunmamış məzuniyyətə görə 469,77 manat haqq cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödəncin hesablanaraq tutulması və İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanaraq tutulması və İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən İddiaçı çatacaq 2021-ci ilin aprel ayına hesablanmış 296 manat əmək haqqının xx.xx. 2021-ci il tarixində verməli olduğu halda, yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz olmaqla 375,92 məbləğində ödənc tutulması və İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri 250 manat məbləğində pulun Cavabdeh1 MMC və "xxxx" MMC-dən birgə qaydada Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, apellyasiya şikayətlərindən göründüyü kimi apellyatorun əsas dəlili – iddia tələbinin iki müxtəlif cavabdehə qarşı irəli sürülməsi, həmin tələblərin bir-biri ilə əlaqədar olmaması, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir iddia ərizəsində birləşdirilməsinin qanunvericiliyin tələblərinə zidd olması, iddia tələbinin qeyri-müəyyən olması ilə bağlıdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan dəlillərin əsaslığını prosessual qanunvericiliyin tələbləri baxımından araşdıraraq, məhkəmə çəkişməsinin dörd ildir davam etməsini, məhkəmə araşdırmasının uzun müddət davam etməsinin iddiaçının mənafeyinə uyğun olmamasını, xüsusən də məhkəmə çəkişməsinin uzun müddət davam edəcəyi halda bunun prosessual qənaət prinsipi ilə uzlaşmamasını nəzərə alaraq işə baxılıb yekun qərar qəbul edi lməsini mümkün hesab etmişdir.
19. Məhkəmə kollegiyası bununla yanaşı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İş üzrə sübutlar hərtərəfli araşdırılmamış, prosessual hüquq normalarının tətbiqində səhfə yol verilmişdir.
60. İddiaçının tələbinin qısa xülasəsinə əsasən, tələb ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və ödəncin tutulması ilə bağlıdır.
20. Hazırkı işdən görünmüşdür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddia tələbindən kənara çıxılmış, iddiaçının son haqq-hesab ödənilməsinə dair tələbi olmadığı halda məhkəmə aktında son haqq-hesab üzrə ödəniş ödənilməsi qət edilmişdir.
21. Məhkəmə tərəfindən bundan başqa qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməməklə səhvə yol v erilmişdir. İş üzrə mübahisə doğuran halların araşdırılması üçün təyin edilmiş ekspert rəyindən görünmüşdür ki, iddiaçının Cavabdeh1 MMC-də işlədiyi müddətdə əmək haqqı üzrə ələ çatacaq məbləğdə yaranmış fərq 8385,94 manat təşkil etdiyi müəyyən edilir. Məzuniyyət və son haqq-hesab üzrə xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 222 gün hesablanmalı halda, cəmi 171 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 51 gün olaraq 503,29 manat hesablanmalı və ödəniləcək məbləğ 459,15 manat təşkil edir. Həmçinin iddiaçıya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış, lakin xx.xx.2021-ci il tarixində ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənil məsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə (129 gün üzrə) 574,10 manat təşkil etdiyi müəyyən edilir.
22. Qeyd olunanlardan görünmüşdür ki, əmək haqqı, məzuniyyət və son haqq-hesab, həmçinin əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə üzrə ümumilikdə yaranmış fərq 9419,19 (8385,94 manat+459,15 manat+574,10 manat) müəyyən edilmişdir.
23. Birinci instasiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqına görə 1% cərimə üzrə yaranmış fərq də daxil olmaqla 9419,19 manat tutulmasını qət etmiş, həm də eyni tələb üzrə (Cavabdeh1 MMCdən ona çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib ka rt hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 (üç) faizi olmaqla 296*3 faiz=8.88*127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMCdən tutulub ona veriməsi;) təkrarən 375,92 manat tutulmasını qət etmiş, bununla iş üzrə sübutların qiymətləndirilməsində pozuntuya yol vermiş, iddia tələbindən kənara çıxaraq düzgün olmayan nəticəyə gəlmişdir.
24. Kollegiya bundan başqa hesab etmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilən gün üçün ödəncin tutulması hissəsəsində iddianın qanuniliyinin qiymətləndirilməsində və maddi hüqüq normasının tətbiqində məhkəmə pozuntu etmişdir. Qeyd olunan hissədə iddia tələbinin hüquqi əsası olaraq birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istin ad edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilən gün üçün 1% ödəncin tutulması hissəsində iddia tələbi əsaslı və qanuni deyildir. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qeyd olunmalıdır ki, göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir.
26. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin müddə alarının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi tutulması tələbinə tətbiqi ilə razılaşmamışdır. Belə ki, istinad olunan normada konkret olaraq “əmək haqqı” anlayışı ifadə olunmuşdur. Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Eləcə də Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi qeyd olunan normada son haqq-hesab dedikdə işçiyə ödənilməli əməkhaqqı ifadəsi ilə yanaşı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ifadəsi ayrıca qeyd olunmuş, bununla da əmək h aqqı və məzuniyyətə görə pul əvəzi fərqləndirilmişdir.
27. Kollegiya həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 140-ci maddəsinin 5-ci hissəsinə əsasən İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən isə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Hüquq normalarının təhlilindən göründüyü kimi aylıq əmək haqqının ödənilməsi konkret vaxtla məhdudlaşdığı halda, məzuniyyət hüququnun başlama vaxtını müəyyən etmək və bu konteksdən gecikdirilmiş hər günə görə ödəncin hesablanmasının hansı tarixdən başlamasını müəyyən etmək mümkün deyildir.
28. Kollegiya qeyd olunanlara əsasən istifadə edilməmiş məzuniyyətə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilən gün üçün ödəncin tutulmasını əmək qanunvericiliyin göstərişlərinə uyğun hesab etməmişdir. Kollegiyanın qənatincə Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsi yalnız ödənilməsi gecikdirilmiş əmək haqqı üzrə ödəncin ödənilməsini nəzərdə tutur, araşdırılan tələb üzrə tətbiq edilə bilməz. Odur ki, iddia tələbi həmin hissədə qanuni əsası olmadığından təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası qalan hissədə iddia tələbinin əsaslığına qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməlidir.
30. Apellyasiya instyansiyası məhkəməsi qeyd etm işdir ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlar bu nəticəyə gəlməyə əsas vermişdir ki, iş üzrə cavabdehlər olan – işəgötürənlər tərəfindən işçiyə (iddiaçıya) işlədiyi müddətdə müvafiq olaraq əmək haqqı, məzuniyyət pulunun ödənilməməsi öz təsdiqini tapmışdır. Cavabdeh tərəf istər birinci intsansiyada, istərsə də apellyasiya araşdırması zamanı mübahisələndirilən ödənişlərin iddiaçıya ödənildiyini bildirsə də, etirazlarını istinad etdiyi hallara dair heç bir tutarlı mötəbər sübut təqdim edə bilməmişlər. Cavabdeh tərəfindən ödənişlərin ödənilməsinə dair təqdim edilmiş müxtəlif kağız parçaları isə iddianın rədd edilməsi üçün, sübut standartlarına cavab verən sübut növü olaraq qəbul edilə bilməz.
31. Məhkəmə əvvəla qeyd etmişdir ki, əmək qanunveriveriliyinin tələbinə əsasən mühasibat hesa blamaları haqq-hesab sənədlərində öz əksini tapmalıdır. Belə bir sənədləşmə isə məhkəməyə təqdim edilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi bundan başqa qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı ya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış, lakin xx.xx.2021-ci il tarixdə ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1% cərimə (129 gün üzrə) 574,10 manat təşkil edir. Lakin iddia tələbindən görünür ki, iddiaçının tələbi həmin hissədə 375,92 manat tutulmasından ibarətdir.
34. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-cü maddəsinin göstərişlərindən çıxış edərək hesab etmişdir ki, qeyd olunan hissədə iddia, tələbə uyğun – yəni, 375,92 manat həddində təmin edilməlidir.
35. Məhkəmə kollegiyası bundan başqa mübahisə doğuran bir hala da aydınlıq gətirilməsini zəruri hesab etmişdir. Belə ki, qeyd olunduğu kimi iddiaçının son haqqhesabın ödənilməsinə dair tə ləbi yoxdur. Bununla yanaşı ekspert rəyindən görünür ki, məzuniyyət və son haqq-hesab üzrə yaranmış fərq hesablanaraq cəm şəkildə göstərilir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, son haqq-hesab anlayışına digər ödənişlərlə yanaşı - istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi də daxildir.
37. Ekspert rəyinin verilməsinə əsas olan tədqiqat obyektləri təhlil edilərkən görünmüşdür ki, son haqq-hesab ödənişlərinə yalnız istifadə edilməmiş əmək məzuniyyət günləri və buna görə pul əvəzi hesablanmışdır.
38. Kollegiya odur ki, hesab etmişdir ki, qeyd olunan hissədə ziddiyyət doğuran hal yoxdur və müəyyən edilmiş ödəniş miqdarları ödənilməmiş məzuniyyətə görə pul əvəzi olaraq nəzərə alınmalıdır.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35, 37, 71ci, Ə mək Məcəlləsinin 2, 9, 42, 45, 68, 83, 110, 113, 143, 144, 154, 157, 172, 173, 174, 178-ci, MPM-in 372, 384.0.2, 385.1 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdehlər Cavabdeh2 (Vəkil4) və Cavabdeh1 (vəkil X1) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
41. Kassasiya şikayətləri MPM-in 14.1, 88, 206.1 və 387-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qeyri-müəyyən tələbin iddiaçı tərəfindən irəli sürülməsi və iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl edilməməsi barəd ə dəlillərə heç bir münasibət bildirməmişdir. Halbuki, həmin dəlillərə qiymət verilsəydi, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılardı. Çünki MPM-in 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının tələbi, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq qeyri-müəyyən iddia tələbi üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarmaq əvəzinə dispozitivlik prinsipini pozaraq qanunsuz və əsassız olaraq, habelə məhkəmə təcrübəsinin vahidliyini gözləmədən iddianı təmin etmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməyərək, MPM-in 387.1-ci maddəsinin tələblərinə riayət etməyərək qanunsuz və əs assız qətnaməsini çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət versəydi, ən azından iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul edərdi. Çünki iş materiallarında olan birinci cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarının pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəkdir. Oxşar müddəa ikinci cavabdehlə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 10.1-ci bəndində təsbit edilmişdir. İddiaçının mediasiyaya müraciəti də vəziyyəti dəyişmir. Belə ki, mediasiya proseduruna riayət etməmə halı mübahisənin qabaqcadan məhkəmədən kənar həlli halından fərqli prosessual əsas kimi (MPM-in 259.0.13-cü maddəsi) MPM-də ərizənin baxılmamış saxlanılması əsası kimi təsbit edilmişdir. Bu o deməkdir ki, mediasiyaya müraciət etməsindən asılı olmayaraq, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına da əməl etməlidir. Göründüyü kimi, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş mübahisənin məhkəmədənkənar həlli qaydasına əməletməmiş və məhkəmədə iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi hakiminin səhvini təkrarlayaraq MPM-in 384.0.5-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardad qəbul etməmiş, nəticədə MPM-in 387.1-ci maddəsinin tələblərinə riayət etməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə cavabdehlərin qanuni təmsilçilərinin və mühasiblərinin şahid qismində dindirilməsi barədə vəsatəti təmin etsəydi, həmin şəxsləri dindirərək müəyyən edərdi ki, həqiqətən də cavabdehlər iddiaçıya əmək haqqı və məzuniyyət pulunu tam ödəmişdir. Cavabdehlərin iddiaçıya əmək münasibətlərindən irəli gələn hər hansı borcu yoxdur. Digər tərəfdən, apellyasiya məhkəməsi məhkəmədən həqiqətə nail olmaq prinsipinə riayət etsəydi, hər iki cavabdehin Ərazi Şöbəsi tərəfindən İXM-in 192.4-cü maddəsi məsuliyyətə cəlb edilməsinə səbəb olan halı müəyyən edərdi və bununla da iddiaçının iddiasının əsassızlığını təsdiq edirdi. Apellyasiya məhkəməsi hər iki cavabdehin Ərazi Şöbəsi tərəfindən İXM-in 192.4-cü maddəsi məsuliyy ətə cəlb edilməsinə səbəb olan halın mövcudluğunu aydınlaşdırmamış, həmin sənədlərin təqdim edilməsinin zəruriliyini tərəflərə izah etməmiş və həmin halın iddiaçının iddia tələbinin təsdiq və ya rədd edilməsi ilə nəticələnə biləcəyi barədə xəbərdar etməmiş, nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır.Məhkəmə hazırkı iş üzrə tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmiş, sübutları düzgün (ağlabatan mühakimə əsasında) qiymətləndirməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə məhkəmənin gəldiyi qənaətlə razılaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətlərin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
43. Maddə
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
44. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.
45. Maddə
42. Əmək müqavilələri sərbəst bağla nır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
46. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
47. Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü.
48. Maddə 83. 4-cü hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmə k haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
49. Maddə
110. İşçilərin məzuniyyət hüququ
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
50. Maddə
113. Əmək məzuniyyəti və onun verildiyi iş ili
1. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nə zərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir.
51. Maddə 143. 1-ci hissə. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
52. Maddə
144. İ stifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
53. Maddə 154. 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
54. Maddə 157, 3-cü hissə. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
55. Maddə
172. Əmək haqqının verilm əsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmə k mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi n əticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
56. Maddə
173. İşçilərin haqq-hesab sənədləri
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.
5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir.
57. Maddə
174. Əmək haqqının verilmə yeri, forması və ö dənilmə vahidi
1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi - manatla ödənilir.
58. Maddə
178. Əməyin ödənilməsinin təminatları
1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsini n aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehlər iddiaçının işlədiyi müddətdə əmək haqqını və istifadə olunmamış məzuniyyətə görə ödənci tam şəkildə ödədiklərini sübuta yetirə bilməmişlər. Bu səbəbdən aparılmış ekspertiza tədqiqatı da nəzərə alınmaqla iddia tələbləri yuxarıda göstərilən həcmdə təmin edilmişdir (§ 15).
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə g ötürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.