Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1030/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il № 2(102)-1030/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov, iş № 2(023)-xx/18) İddiaçı Cavabdeh oğluna qarşı “alim entin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Ağstafa rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxx 2015-ci ildə anadan olmuş X1 və X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 130 manat, cəmi 260 (iki yüz altmış) manat alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev-sədrlik edən və məruzəçi, Ç.Məmmədov və T.Muxtarov, iş № 2(104)-2223/18) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Qazax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 25.08.2015-ci il təvəllüdlü X3 və X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə, Cavabdeh 25.08.2015-ci il təvəllüdlü X3 və X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2016-cı il tarixdən başlayaraq, hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyümüş və onların tələbatları artmışdır. Bundan başqa cavabdehin aylıq qazancının 1/3 hissəsi onların saxlanılması üçün yetərli deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilm iş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh xx xxx
Məhkəmə qərarları › İş №2(102)-1030/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1030/2019
05.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver