Məhkəmə qərarları › İş №2(102)-1031/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1031/2019

25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1031/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)1858/2018 nömrəli iş üzrə 01 may 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Nizami rayon məhkəməsinin (hakim Akif Eyvazov) 23 yanvar 2018-ci il tarixli 2(044)-360/2018saylı qətnaməsi ilə iddiatələbinin qismən təmin edilməsi, cavab dehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 06R000012533 saylı kredit razılaşması üzrə 4025,27 ABŞ dolları məbləğində kredit borcu, 2033,35 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6078,62 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azər Bayramov- sədrlik edən və məruzəçi, Loğman Süleymanov, İspəndiyar Şəfiyev) 01 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni faiz və cərimə borcunun müəyyən edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” QSC-nin xeyrinə 06R000012533 saylı kredit razılaşması üzrə 4025,27 ABŞ dolları məbləğində kredit borcu, 2033,35 ABŞ dolları məbləğində faiz borcu və 2571,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8630,41 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Qapalı Səhmdar Cə miyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16.08.2013-cü il tarixli, 06R000012533 saylı kredit müqaviləsinə əsasən, cavabdehə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə, aylıq 2,25 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən zaminlər borcalanın bank qarşısında öz öhdəliyini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür. “xxxx” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit ödənişlərini mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəf ələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş və borcu ödəməmişdir. Beləliklə, Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 4025,27 ABŞ dolları məbləğində kredit borcu, 2033,35 ABŞ dolları məbləğində faiz borcu və 2571,79 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8630,41 ABŞ dolları məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiklərini, dəbbə pulu hissəsində onlara köməklik göstərilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhk əməsi mülki kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin də lillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16.08.2013-cü il tarixli, 06R000012533 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, aylıq 2,25 faiz olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, la kin cavabdehlər müqavilə öhdəliklərini vaxtında icra etməmişlər. Cavabdehlər kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onların banka borcu yaranmış, cavabdehlər borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borclarını ödəməkdən yayınmışlar. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işti rakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hal lar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə, həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdehlər həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəl illərində göstərdiyi faiz borcuna münasibətdə qeyd tmişdir ki, mülki işin materiallarında olan ödəniş qrafiki, maliyyə arayışı, şəxsi hesabdan çıxarışla müəyyən edilir ki, faiz üzrə borc məbləği iddiaçı tərəfindən düzgün hesablanmışdır. Belə ki, kredit razılaşması üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 10000 ABŞ dolları əsas borc, 4777,4 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14777,4 ABŞ dolları məbləğində kredit borcunu 36 ay müddətinə qaytarmağa dair öhdəlik götürmüşdür. Kredit müqaviləsininin şərtlərindən isə görünür ki, kredit müqaviləsi üzrə ödənişlər ilk olaraq cərimə və faiz borcuna, daha sonra isə, əsas borc hesabına silinmişdir. Qanunvericiliyin normasının təhlili zamanı müəyyən edilir ki, faiz ilk növbədə hər gecikdirilən gün üçün ödənilən pul məbləği olmaqla, əgər müqaviləd ə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Cavabdehlər ödənişlərin ödənilməsi qaydasını mütamadi olaraq uzun müddətə pozmuş, qrafikə uyğun ödənişlərin aparılmasını təmin etməmişlər. Ona görə də, cavabdehlərin kredit müqaviləsi üzrə 4025,27 ABŞ dolları məbləğində əsas borca görə 2033,35 ABŞ dolları məbləğində faiz borcu ödənilməmiş qalmışdır. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərində göstərdiyi cərimə məbləği hissəsinə münasibətdə isə, qeyd etmişdir ki, iddiaçı tərəfindən 2571,79 ABŞ dolları məbləğində cərimə pulu tələb edilmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə 20 ABŞ dolları məbləğində olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi t ələb edilən cərimə məbləğini minimum həddə qədər azaltmışdır. Birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan cərimənin miqdarını müəyyən edərkən, onların yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsinin əmlak mənafelərinə mənfi təsir edə biləcəyini və həddindən artıq maliyyə sanksiyasına cəlb edilməsinə gətirib çıxarması hallarını kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 may 2018-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1858/2018 nömrəli iş üzrə 01 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar