Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1032/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Həsənov Elyar Eldar oğlunun iştirakı ilə, iddiaçı x1-nin və cavabdeh x2 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(042)-28/2017 nömrəli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi qismən təmi n edilərək, cavabdeh x2 x1-nin xeyrinə 10 dekabr 2014-cü il tarixli 1938/14 nömrəli kredit müqaviləsi üzrə 16072,45 ABŞ dolları əsas borc, 7680,91 ABŞ dolları faiz borcu və 20,54 ABŞ dolları gündəlik hesablanmış faiz borcu olmaqla, cəmi 7701,45 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 23873 ABŞ dolları 90 sent məbləğində borcun ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması; x2 mülkiyyətində olan, ilkin satış qiyməti ekspert rəyi ilə 64300 manat dəyərində qiymətləndirilmiş, ünvan 1 yerləşən x2 mülkiyyətindəki 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 m2 yaşayış, 31 m2 köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğ cavabdeh x2 tutulmalı olan 23873 ABŞ dolları 90 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsinə yönəldilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-394/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Muradov, Ş.Əliyeva və Ə.Məmmədov) Gədəbəy Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(042)-28/2017 nömrəli qətnaməsi “7680,91 ABŞ dolları faiz borcu və cəmi 23873,90 ABŞ dolları” hissəsində dəyişdirilərək, həmin hissədə faiz borcunun 2991,41 ABŞ dolları, cəmi borcun isə 19184,40 ABŞ dolları müəyyən edilməsi, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 145 manatın cavabdeh x2 alınaraq Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-394/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin cavabdehin apelyasiya şikayətinin təmin edildiyi, iddiaçının apelyasiya şikayətinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçının şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-394/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabde h x2na qarşı Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 10 dekabr 2014-cu il tarixli 1938/14 nömrəli kredit müqaviləsi üzrə x2 x1yə olan 16072,45 ABŞ dolları əsas, 7680,91 ABŞ dolları faiz, 8357,67 ABŞ dolları cərimə olmaqla, cəmi 32111,03 ABŞ dolları borcunun, həmçinin 17 mart 2016-cı il tarixdən başlayaraq borc öhdəliyi icra edilən günədək qətnamənin icrası qaydasında hər gün üçün 20,54 ABŞ dolları gündəlik faiz, 32,14 ABŞ dolları gündəlik cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına; Girov qoyulmuş 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 dəst mebel, 1 dəst yumşaq mebel, 1 dəst oturacaqdan ibarət ev əşyaları, 50 baş iribuynuzlu və 400 baş xırdabuynuzlu heyvanların açıq hərracdan satılaraq tələb edilən borcun bir qisminin ödənilməsinə, girov qoyulmuş daşınar əm laklar tapılmadıqda və ya borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlaklarına yönəldilməsinə; Borcun əvəzinin ilkin satış qiyməti 14000 manat müəyyən edilməklə, ünvan 1 ünvanda x2 mülkiyyətindəki 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 m2 yaşayış, 31 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi; ünvan 1 x2 mülkiyyətindəki 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 m2 yaşayış, 31 m2 köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evindən cavabdehin çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə x2 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli 1938/14 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehə illik faiz dərəcəsi 23 olmaqla 36 ay müddətinə 19000 ABŞ dolları kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə x2 mülkiyyətində olan ünvan 1, 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 kv.m yaşayış, 31 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi x1-nin xeyrinə 22 aprel 2013-cü il tarixli 378/13 nömrəli ipoteka müqaviləsi və 20 noyabr 2014-cü il tarixli 1 nömrəli əlavə ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq 1680 manat dəyərində ev əşyaları, 40000 manat dəyərində 50 baş iribuynuzlu və 56000 manat dəyərində 400 baş xırdabuynuzlu heyvanlar bankın xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi barədə cavabdeh x2 xəbərd arlıq edilməsinə baxmayaraq, borc ödənilməmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdeh x2 bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)394/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin cavabdehin apelyasiya şikayətinin təmin edildiyi, iddiaçının apelyasiya şikayətinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçının şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə dəGəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-394/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Həsənov Elyar Eldar oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan 10 dekabr 2014-cü il tarixli 1938/14 nömrəli kredit müqaviləsindən görünür ki, x1 ilə x2 arasında bağlanmış kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən borcalan müqavilə tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, x2 28 sentyabr 2016-cı il tarixə 16072,45 ABŞ dolları əsas, 7680,91 ABŞ dolları faiz, 8357,67 ABŞ dolları cərimə olmaqla, cəmi 32111,03 ABŞ dolları borcu yaranmışdır. İşdə olan 20 noyabr 2014-cü il tarixli 1 nömrəli əlavə ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq x2 ilə x1 arasında ipoteka müqaviləsi bağlanmış və ünvan 1 fərdi yaşayış evi 0,15 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir; Predmetin dəyəri 22500 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, x2 mülkiyyətində olan ünvan 1fərdi yaşayış evi 0,15 ha torpaq sahəsi x1-nin Şəmkir filialının xeyrinə yüklü edil mişdir. İşdə olan Əmlak Ekspert Mərkəzinin 21 aprel 2017-ci il tarixli ƏEM/A90-535/17 nömrəli ekspert rəyindən görünür ki, x2 mülkiyyətindəki 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 kv.m yaşayış, 31 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin 21 aprel 2017-ci il tarixə olan qiyməti 64300 manat təşkil edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qü surlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun q açırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-ci maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxd ursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-ci maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adland ırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Həmin Qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3, 36.4 və 36.5-ci maddələrinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1. maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6. maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, x1 ilə x2 arasında 10 dekabr 2014-cü il tarixdə 1938/14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya faktiki olaraq illik 23 faiz olmaqla, 36 ay müddətinə 19000 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh aldığı kredit məbləğini və kreditə görə razılaşdırılmış faizləri müəyyən olunmuş qaydada ödəməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq tərəflər arasında 20 noyabr 2014-cü il tarixli 01 nömrəli əlavə ipot eka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən x2 mülkiyyətində olan ünvan 1 0,15 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh x2 müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditora borcu yaranmış, bu səbəbdən də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Əmlak ekspert mərkəzinin 21 aprel 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəmir rayonu Səməd Vurğun qəsəbəsi Axıska küçəsində yerləşən x2 mülkiyyətindəki 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 kv.m yaşayış,31 kv.m köməkçi sahədən ibarət 48 nömrəli fərdi yaşayış evinin 21 aprel 2017-ci il tarixə olan qiyməti 64300 manat təşkil edir. Göründüyü kimi daşınmaz əmlakın bazar qiyməti müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq tələbi həmin hissədə ekspert rəyinə uyğun təmin etmişdir. İşə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2018-ci il tarixli 7936 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 10 dekabr 2014-cü il tarixli 1938/14 nömrəli kredit müqaviləsi üzrə x2 28 sentyabr 2016-cı il tarixə banka 16486,67 ABŞ dolları əsas, 2991,41 ABŞ dolları faiz olmaqla, cəmi 19478,08 ABŞ dolları borcu yaranmışdır. Göründüyü kimi cavabdehdən tələb olunan faiz borcu düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcunu rəyində göstərilən məbləğdə müəyyən etmiş apelyasiya instansiyası məhkəməsinin edilməlidir. Şərh olunanları nəzərə alan mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin və x2 kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1032/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1032/2019
07.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver