Məhkəmə qərarları › İş №2(102)-1032/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1032/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1032/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü, maddi hüquq normasının düzgün tətbiq edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1620/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı X2 (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) 2021-ci ilin yay aylarında cavabdehə 30000 (otuz min) manat məbləğində borca pul vermişdir. Doğma qardaş-bacı olduqları üçün onlar öz aralarında hər hansı bir yazılı əqd bağlamamışlar.

2. Cavabdeh "xxxx" ASC vasitəsilə iddiaçıya 2610 manat məbləğində pul vəsaiti göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəmələrində icraat:

4. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 27390 ( iyirmi yeddi min üç yüz doxsan ) manat pulun və 172.17 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin yay ayl arında özünə məxsus mənzili 53000 (əlli üç min) manata satmış, satışdan əldə etdiyi məbləğin təxminən 14-15 min manatına özü üçün avtomobil almış, qalan məbləği banka əmanət hesabına qoymaq istəmişdir. Bundan xəbər tutan qardaşı yəni, cavabdeh iddiaçıdan xahiş etmişdir ki, hazırda aylıq 500 manat ödəməklə kirayədə yaşadığı üçün yeni aldığı mənzili təmir etməkdə çətinlik çəkdiyindən ona evini təmir etmək üçün 30000 (otuz min) manat məbləğində borc pul versin ki, o, evini qısa müddətdə təmir edərək evinə köçsün, aylıq kirayə haqqına xərci az çıxsın.

6. Cavabdeh həmçinin iddiaçıya söz vermişdir ki, ilin sonunadək onun borcunu tam qaytaracaq, hətta iddiaçı pulu banka qoyacağı təqdirdə qazanacağı gəliri, yəni, cavabdehə borc verməsinə görə əldən çıxacaq faydanı da pulu tam qaytardıqdan sonra on a ödəyəcəkdir. Cavabdeh iddiaçını inandırmışdır ki, belə olan halda, o, həm evini tez təmir edib evinə köçəcək və aylıq 500 manat kirayə haqqından azad olacaq, bununla da iddiaçıya pulunu banka qoyacağı təqdirdə ona ödəyəcəyi məbləğlə müqayisədə özü daha çox fayda əldə edəcəkdir.

7. Bundan əlavə, cavabdeh iddiaçını inandırmışdır ki, hər hansı bir problem yaranarsa, o, özünə məxsus olan "Hyundai" markalı avtomobili satıb iddiaçıya olan borcunu ödəyəcəkdir. Cavabdeh doğma qardaşı olduğu üçün iddiaçı həm qardaşına köməklik etmək məqsədilə, həm də pulun bankda olacağı təqdirdə əldə edəcəyi gəliri qardaşı ona ödəyəcəyi üçün 2021-ci ilin yay aylarında evdə anasının və qardaşı Azadın yanında cavabdehə 30000 (otuz min) manat məbləğində borca pul vermişdir. Doğma qardaş-bacı olduqları üçün onlar öz aralarında hər hansı bir yazılı əqd bağlamamışlar. Lakin cavabdeh verdiyi sözü tutmayaraq, indiyədək iddiaçıya hissə-hissə, bank kartına köçürməklə cəmi 2610 (iki min altı yüz on) manat məbləğində pul qaytarmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etmiş, lakin, cavabdeh hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan imtina etmişdir. Son dönəmlərdə isə cavabdehin həyat yoldaşı iddiaçının anasına və özünə təhqiramiz mesajlar göndərərək, həmin pulun guya gəlin gələrkən iddiaçının anası tərəfindən ona şər atılmasına görə, onun haqqı olduğunu, pulu qaytarmayacağını bildirmişdir.

8. Cavabdehin iddiaçıdan 30 min manat borca pul alması, onun cüzi hissəsini qaytarması, qalan hissəni qaytarmaqdan imtina etməsi barədə həm cavabdehin, həm də onun həyat yoldaşının həm iddiaçı ilə, həm iddiaçının anası və digər qardaşı Azad ilə telefon danışıqları və vatsapda səsli və adi yazışmaları mövcuddur. Lakin həmin sübutların həcmi çox olduğuna görə, onları elektron kabinetə yükləmək mümkün olmadığından məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim olunacaqdır. Bundan əlavə, iddiaçının anası və digər qardaşı da şahid qismində onlar tərəfindən məhkəməyə dəvət olunacaqdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739 və 740-cı maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hansı borcdan söhbət getdiyini bilmir. Əvvəl bir evləri olub, onu satıb pulunu bölüblər. Öz payına düşən hissəsini iddiaçıya verib ki, ev alsın. Amma ailədə yaranan problemlərə görə pulunu geri götürmüşdü r, verdiyi pul 5400-5600 manat olmuşdur. Ata evini 100000 manata satıblar, pul onun, qardaşını və bacısı olan iddiaçının arasında bölünüb. Həmin pul anasını və iddiaçını adına 2 mənzil alınıb. Böyük qardaşı özünə aid olan paydan imtina etmişdir. O da demişdir ki, o da imtina edə bilər. Anasının dediyinə görə məbləğ üç nəfər arasında bölünməli idi. İddiaçı aldığı mənzildə qalmadığı üçün mənzili 200 manata kirayəyə vermişdi. Sonra iddiaçı demişdir ki, kirayədə qalanlar mənzili pis hala salırlar, buna görə də mənzili satmaq istəyir. Bu zaman cavabdeh də mənzil almağı planlaşdırırdı. Mənzili 51000 manata satmışlar. Mənzildə cavabdehin də haqqı olmuşdur. Cavabdeh iddiaçıya pulu ona versin ki evini təmir etdirsin. İddiaçı cavabında özünün də ev almaq istədiyini demişdir. Cavabdeh də iddiaçıya de mişdir ki, 30000 manatı ona versin, iddiaçı ev alanda köməklik edər. Əslində cavabdehin 33000 manata payı olmuşdur. İddiaçıya pulu borc qaytarmaq üçün yox, kömək məqsədilə vermişdir.

11. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, tərəflər hər ikisi övladlarıdır. Keçən il Sevinc demişdir ki, evi satır. Sevinc demişdir ki, Nicat deyir ki, ona ev və maşın alsınlar. Sevinc 30000 manat Nicata pul vermişdir. Nicat demişdi ki, evi düzəldəcək, Sevincə də ev alacaqdır. Evi almamış, pulu da qaytarmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid X5 göstərmişdir ki, tərəflər onun qardaşı və bacısıdır. Tarixlər dəqiq yadında deyildir. Bankdan pulu çıxardıqda Sevinc pulu Nicata vermişdir. Sevinc demişdir ki, evi satmaq istəyir. Demişdir ki, ipoteka ilə özünə ev götürmək istəyir. Planla rı çox olmuşdur. Maşın və ev almaq istəyirdi. Onlardan razılıq istəmiş, onlar da razılıq vermişlər. Miras əmlak 100 min manata satılmışdır. Onlar aralarında razılaşmışlar. O, öz payını anasına vermişdir. Hər birinə 25 min manat pul düşürdü. Həmin məbləği Nicat götürmüşdür. Ev satılanda götürmüşdür. Pul evdə idi və gəlmiş, daha sonra isə götürmüşdür. 30 min manatı verərkən görmüşdür.

13. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1664/2023 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, cavabdehdən 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat məbləğində pul və 172.17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim X3).

14. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsaslı olması işin araşdırılan halları, çəkişmə prinsipinə əsasən tərəflərin verdikləri izahatlara, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək götürdüyü pulu geri qaytarmaması ilə ifadə olunmuş, pul məbləğinin müəyyən hissəsini qaytardıqdan sonra münasibətlərin pozulması nəticəsində qalan pul məbləği (27390 manat) qaytarılmamış, cavabdeh sonradan həmin məbləğin onun ata mirasından qalmış mənzilin satılmasında payının olması ilə əlaqələndirmiş, lakin etirazının əsasını sübuta yetirə bilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 27390 manat borcu yaranmışdır.

15. Birinci instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, onların təkzibi ilə bağlı heç bir sübut məhkəməyə təqd im olunmamışdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 560.3.2, 739.1, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 191.2 və 191.3cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı münasibətləri borc kimi qiymətləndirsə də, cavabdeh heç də borc münasibətləri olmasına dair mövqe bildirməmiş, həmin vəsaitlərin ona məxsus olmasını təkidlə bildirmişdir. Məhkəmə qeyd edilənlərin həqiqət olduğunu heç bir mötəbər sübutla araşdırmamışdır. Cavabdeh dəfələrlə qeyd etmişdir ki, onun iddiaçıya borcu yoxdur. Könüllü olaraq iddiaçının adına almış oldu ğu mənzil satılmış, satışdan cavabdehə məxsus olan pul vəsaiti götürülmüşdür. Ata evi atalarının vəfatından sonra satılmışdır. Birgə nikah dövründə əldə olunmuş əmlakdır. Satılmaqda isə məqsəd onların hər birinin payının müəyyən edilməsi üçün olmuşdur. Birgə yaşamaq mümkün olmadığına görə ana üçün ayrıca ev alınmaq məqsədi olmuşdur. Ev təxminən 100 min manata satılmışdır. 4 vərəsə olmuşdur. Hazırki işdə olan tərəflər onların anası və böyük qardaşlarıdır. Burada razılaşma ondan ibarət olmuşdur ki, 50 min manata anaya ev alınmışdır. Böyük qardaş öz payını istəməmişdir. Qalan vəsait isə hazırki iş üzrə tərəflər öz aralarında bölüşdürmüşlər. İddiaçı ona düşən məbləğin üstünü düzəldərək özünə ayrıca ev almışdır. Əslində cavabdehin yanaşması da bundan ibarət olmasına baxmayaraq məhkəmə qeyd edil ənləri nəzərə almamışdır. Cavabdeh heç də iddianı etiraf etməmiş, iş üzrə doğru olanı qeyd etmişdir. Həmçinin iddiaçı Mülki Məcllənin 740-cı maddəsinbə görə yazılı müqavilə təqdim etməli idi. Lakin iş materiallarında yazılı müqavilə yoxdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(105)1620/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, cavabdehdən 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat borcun və 172 (bir yüz yetmiş iki) manat 17 (on yeddi) qəpik dövlət rüsumunun, ümumilikdə 27.562 (iyirmi yeddi beş yüz altmış iki) manat 17 (on yeddi) qəpik pulun alınaraq iddiaçıya verilməs i qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)

20. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, cavabdeh mövcud iddianın etirafını nə məhkəmə iclas protokolunda, nə də özünün məhkəməyə ünvanladığı yazılı ərizəsində ifadə etməmişdir, əksinə, cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Buna görə də iddianı bu əsasla təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 52 və 191ci maddələrinin tələblərinə uyğun olmadığından əsaslı hesab edilə bilməz.

21. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq göstərmişdir ki, ilk növbədə mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessua l qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Lakin işdən göründüyü kimi cavabdeh iddiaçıdan tələb olunan məbləğdə pulu iddiaçıdan həqiqətən də aldığını, lakin pulun borc məqsədilə alınmadığını mübahisələndirir.

23. Apellyasiya instansiya məhkəməsi prosessual qanunvericiliyin sübutetmə ilə bağlı prinsiplərinə istinadən göstərmişdir ki, iddiaçının qeyd etdiyi məbləğdə pulun cavabdeh tərəfindən alınması öz təsdiqini tapdığından, iddiaçı sübutetmə yükündən azad olunur, lakin həmin pulun borc deyil, cavabdehə aid olan pul olduğunu isə sübut etmək yükü cavabdehin üzərinə düşür.

24. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və apellyasiya baxışı zamanı da müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt şəhərində atalarından miras qalmış mənzil hər birinin payının müəyyən edilməsi məqsədilə 100.000 manata satılmış, böyük qardaşları Azad özünə düşən puldan anasına ev alması üçün imtina edərək, sonda anası Tamaşa Abdullayevaya 50000 manata ev alınmış, yerdə qalan 50.000 manat tərəflər arasında bərabər şəkildə bölünm üşdür. İddiaçı isə özünə düşən 25.000 manatın üstünü düzəldib ayrıca ev almış və daha sonra kirayə vermişdir. Bir müddət sonra isə iddiaçı həmin mənzili 53.000 manata satıb, təxminən 14.000-15.000 manat məbləğində özünə maşın almış, qalan məbləği banka qoymaq istəsə də, qardaşı Cavabdeh yeni aldığı mənzili təmir etdirmək üçün ona pul lazım olduğunu bacısına bildirmiş və ondan 30.000 manat məbləğində pul almışdır. Cavabdeh həmin puldan müxtəlif vaxtlarda iddiaçıya "xxxx" ASC vasitəsilə ümumilikdə 2610 manat məbləğində ödəniş etmiş, yerdə qalan məbləği isə borclu qalmışdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş anası Tamaşa və qardaşı Azad Abdullayevlərin ifadələrində də öz təsdiqini tapmışdır.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mü lki Məcəllənin 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(105)-1620/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, verilmiş iddia tələbinin rədd edilməsi barədə yeni Qərar qəbul edilməsini xahiş etmişdir. 27 Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəm iyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edil ən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə ol an redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normasını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

33. İşin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 30000 manat borc vermiş, cavabdeh həmin pulu qaytarmasına dair öhdəlik götürsə də, yalnız 2610 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Cavabdehin qeyd edilən pulun ona borc qismində deyil, ata evinin satışından əldə edilmiş pulun öz payına düşən hissəsinin iddiaçı tərəfindən ona verilməsi barədə iddiaya etirazının dəlilləri öz təsdiqini tapmamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır.

34. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına, yəni tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamasına baxmayara q, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739-cu maddəsini mübahisəyə tətbiq edib, iddianı həmin maddi hüquq norması əsasında təmin etməklə maddi hüquq normasını tətbiqində səhvə yol vermişdir.

35. Belə ki, qeyd edildiyi kimi işin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 30000 manat borc versə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.

36. Nəzərə alınsa ki, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllə, 329.1, 337.1) belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Çünki tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd də onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də etibarsız borc müqaviləsi əsasında iddianın Mülki Məcəllənin borc müqaviləsini nizama salan norması ilə təmin edilməsi maddi hüquq normasının pozulması olmaqla əsaslı sayıla bilməz.

37. Belə olan halda, restitusiya tətbiq edilməli, cavabdehdən pulun tutulması Mülki Məcəllənin 337.5-ci maddəsi baxımından həll edilməlidir. Həmin normaya görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Həmçinin ortada bir etibarsız əqd olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əsassız varlanması faktı da mövcuddur. Belə ki, əsassız varlanma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hazırki işdə də etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasınd a bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır. Varlanmış şəxs də əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də iddia tələbi üzrə əsassız varlanma ilə bağlı hüquq normaları da nəzərə alına bilərdi.

39. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməli olması qənaətinə gəlir.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının yazılı müqavilə təqdim etməməsini dəlil kimi göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilinə əhəm iyyət verməmiş, bu da sonda işin müəyyən edilmiş hallarına münasibətdə maddi normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməli, cavabdehdən 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat və dövlət rüsumunun əvəzi kimi 172,17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat, ümumilikdə 27.562,17 (iyirmi yeddi beş yüz altmış iki manat on yeddi qəpik) manat pul alınaraq iddiaçıya verilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təm in edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1620/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 27390 (iyirmi yeddi min üç yüz doxsan) manat və dövlət rüsumunun əvəzi kimi 172,17 (bir yüz yetmiş iki manat on yeddi qəpik) manat, ümumilikdə 27.562,17 (iyirmi yeddi beş yüz altmış iki manat on yeddi qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar