Məhkəmə qərarları › İş №2(102)-1033/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1033/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1033/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, X1, X2, İddiaçı3, onların vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)*****/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1, X3, X2 və İddiaçı3 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə ba xaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2019-cu il tarixli, 2(055)533/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X1, X2, X2 və İddiaçı2 Cavabdeh qarşı “torpağın alqı-satqısına dair müqavilənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, F.Abbasov) xx.xx.2019-cu il tarixli, 2(106)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X3, X2, X5 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-***/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1, X3, X2, X5 və İddiaçı2 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, X3, X2, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “torpağın alqısatqısı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon AİK-nın xx.xx.1998-ci il tarixli **** nömrəli qərarına əsasən onların mülkiyyətinə verilmiş 0.98 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh Sabirabad Rayon “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilmiş **** nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin istinad edildiyi torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul ed ilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, X3, X2, X5, İddiaçı2 və onların vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh Sabirabad «Asan xidmət» mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilmiş ***** nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin istinad edildiyi 0,98 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxx 2004-cü ildə Saatlı rayon X7 təsdiq edilərək ***** reyestr nömrə ilə qeyd edilmiş müqavilədə torpaq sahəsini satan şəxslər kimi iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5 göstərilsə də, faktiki olaraq iddiaçılar bu müqaviləyə imza etməmişlər, ümumiyyətlə isə belə bir alqı-satqının olmasından xəbərləri olmamışdır. Belə bir fakt mövcud olduğu halda isə birinci instansiya və apellyasiya instansiya məhkəmələri iddiaçı tərəfin izahatlarında qeyd etdikləri halların sübutu olaraq xx xxx 2004-cü il tarixli, ***** reyestr nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsində icra edilmiş imzaların onlara məxsus olmaması ilə əlaqədar ekspertiza təyin edilməsi barədə vəsatətlərini təmin etməmiş və ümumiyyətlə bu halı araşdırmamışdır. Digər tərəfdən isə məhkəmə iddiaçılar tərəfindən prosessual müddətin buraxılması ilə əlaqədar cavabdeh tərəfin ərizəsini əsaslı hesab etmişdir. Bu da bir daha məhkəmə tərəfindən qeyri obyektivliyi, qərəzliliyi sübut etmiş olur. Şəxsin torpağın alqı-satqısmdan, hüquqlarının pozulmasından məlumatı yoxdursa bu zaman hansı prosessual müddətin pozulmasından bəhs oluna bilər? İddiaçı tərəf hüquqlarının pozulmasından m əlumatlı olmamışdır və belə olan halda iş üzrə bu müddət ötürülməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Əliağa oğlu, X3, X2, X5, İddiaçı2 və onların vəkili Vəkil1 kassa siya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmış dır ki, iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, X3, X2, İddiaçı3 və X6 rayon Aqrar İslahat Komissiyasının qərarı ilə *****, KOD ******* nömrəli, xx xxxx 1998-ci il tarixli, **** nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan və Saatlı rayonunun ******* kəndində yerləşən 0,98 ha torpaq sahəsini xx xxx 2004-cü ildə Saatlı rayon X7 təsdiq edilərək ***** reyestr nömrə ilə qeyd edilmiş torpağın alqı-satqısına dair müqavilə əsasında Cavabdeh satmışlar. Qeyd olunan torpağın alqı-satqısına dair müqavilədə bütün rekvizitlər; notariusun adı, imzası, möhürü, dövlət rüsumunun ödənilməsi və müqavilənin reyestrdə qeydə alınması haqqında məlumatlar, həmçinin müqaviləni bağlayan tərəflərin adları, imzaları və onlar arası nda müqavilənin şərtləri barədə məlumatlar öz əksini tapdığından və onun tamlığı heç bir şübhə doğurmadığından, eyni zamanda iddiaçılar yuxarıda qeyd olunan müqavilənin dəyişdirilməsi və ləğv edilməsi üçün aralarında hər hansı razılaşmanın olmasını və ya müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən cavabdeh tərəfin imtina etməsini və ya otuz gün müddətində cavabdehdən cavab almaması barədə sübutu məhkəməyə təqdim edə bilməmələri, bundan əlavə, iddiaçılar torpağın alqı-satqısına dair iddianı iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermələri, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməsi iddianın təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməs i, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddət i on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçıların xx xxx 2004-cü ildə Saatlı rayon X7 təsdiq edilərək ***** reyestr nömrə ilə qeyd edilmiş 0,98 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin ləğv edilməsinə dair iddia müddətinin axımı xx xxx 2004-cü ildən başlamış, lakin iddiaçılar müqavilənin ləğv edilməsi tələbi üzrə iddia müddətini keçirməklə məhkəmə yə müraciət etmişdir. Kassasiya kollegiyası apellyasiya kollegiyasının hüquqi mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İş materialları ilə də müəyyən edilmişdir ki, iddiaçıların xx xxx 2004-cü ildə Saatlı rayon X7 təsdiq edilərək ***** reyestr nömrə ilə qeyd edilmiş 0,98 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin ləğv edilməsinə dair iddia müddətinin axımı xx xxx 2004-cü ildən başlamış, lakin iddiaçılar müqavilənin ləğv edilməsi tələbi üzrə iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Odur ki, kassasiya şikayətinin dəl illəri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X3, X2, X5 və İddiaçı2 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-c u il tarixli, 2(106)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar