Məhkəmə qərarları › İş №2(102)-1034/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1034/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1034/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-******/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin (hakim M.Qasımov) xx.xx.2019-cu il tarixli 2(057)-769/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cav abdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 41473.21 ABŞ dolları məbləğində əsas borc, 20432.86 ABŞ dolları məbləğində faiz borcu, 4000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65906.07 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının iddiaçıya, 25 manatının cavabdehlərə aid edilməsi, cavabdehlərdən 25 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının (hakimlər E.Əliyev, E.Camalov, K.Bəşirov) 02 ı.10.2019-cu il tarixli 2(106)-******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(057)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 22R000011036 saylı kredit razılaşması üzrə 41473.21 ABŞ dolları məbləğində əsas borc, 20432.86 ABŞ dolları məbləğində faiz borcu və 16839.71 ABŞ dolları cərimə olmaqla, cəmi 78745.78 ABŞ dolları məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan iddiaçının tələb etdiyi əlavə faiz və cərimə məbləğinin cavabdehlərdən alınmasını qət etmişdir. Faiz və cərimə borcu hesablanarkən müqavilə şərtləri nəzərə alınmamışdır. Ödənişlərin gecikdirilməsi baxımından təmin olunmuş faiz və cərimə borcuna gəldikdə isə qeyd edilməlidir ki, cavabdehlə bağlanmış müqavilənin şərtləri tam nəzərə alınmamışdır. Bu hissədə məhkəmə tərəfindən ekspertiza keçirilsə də, lakin faiz məbləği ekspertizanın rəyinə əsasən düzgün müəyyən edilməmişdir. Faiz və cərimə borcu hissəsində şişirdilmələrə həm ekspertiza, həm də məhkəmə tərəfindən münasibət belə bildirilməmişdir. Beləliklə məhkəmə qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-******/2019 saylı qətnaməsinin faiz və cərimə borcu hissəsində ləğv edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəb ul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə «xxxx» QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı təşkilatla bağladığları zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. İradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdehlər tərəfindən lazımınca icra edilməmişdir. İddiaçı həmin məbləğdə p ulu cavabdehə verməklə üzərinə düşən öhdəliyini yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca və vaxtında icra etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələbini pozmuşdur. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kassasiya yoxlaması zamanı müəyyən edilir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində əsas və faiz borcunu etiraf etmiş, bunu apellyasiya şikayətində də etiraf etmişdir. Digər tərəfdən iş üzrə ekspertiza təyin edilmədiyi halda, cavabdeh və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayətində mövcud olmayan ekspert rəyində faiz və cərimə bor cunun şişirdilməsi, məhkəmənin isə bunu nəzərə almaması qeyd edilmişdir. Buradan da görünür hal odur ki, kassasiya şikayəti formal tərtib edilməklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı əsaslandırıla bilməmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlər də və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1 -ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üctin məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, əgər bu məcəllədə və Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti n əzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)******/2019 nömrəli qətna məsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar