Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1035/2018 08.02.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 08 fevral2018-ciil İş№ 2(102)-1035/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2217/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə (haki m A.İ.İsmayılov, iş № 2(060)-1380/2017) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2yə qarşı kreditin və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 579 manat əsas borc, 900 manat faiz borcu olmaqla, cəmi1479 (min dörd yüz yetmiş doqquz) manat məbləğində borcun, 17 manat notarial xərclər və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və S.A.Qafari, iş № 2(105)-2217/2017) apellyasiya şikayəti qismən təmin edilm iş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi Cavabdeh2yə münasibətdə ləğv edilmiş, iddia tələbi ona münasibətdə rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2yə qarşı kreditin və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2012-ci il tarixli, 1462 SF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 26% illik istifadə haqqı ilə 960 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə bank arasında 19.01.2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında qaytarmağı üzərinə öhdəlik götürmüşlər. Lakin, cavabdehlər müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmışlar və nəticədə onların 579 manat əsas borc, 900 manat faiz borcu olmaqla, cəmi 1497 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərə bank tərəfindən dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqolunmasına baxmayaraq, onlar müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcu könüllü olaraq ödəmək üçün tədbir görməmişlər. İddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlərdən müştərək qaydada 579 manat əsas borc, 900 manat faiz borcu olmaqla, cəmi 1497 manat məbləğində borcun, 17 manat notarial xərclərin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 və vəkili X6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4, MPM-nin 88, 217.3, 217.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Proses sual məsələlər: Cavabdeh2zərbaycanRespublikasıMPM-nin 67.1cimaddəsinintələblərinəəməletməyərəkməhkəməkollegiyasınıniclasınavəkilsizgəldiyinəgörəişinkass asiyabaxışındaiştiraketməmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araq,işdə iştirak edən digər şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şik ayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hü ququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1, 386.1-ci maddələri). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminli k müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2012-ci il tarixli, 1462 SF nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə 26% illik istifadə haqqı ilə 960 manat məbləğində kredit verilmişdir. Həmin kredit Banka ödənilməmişdir. İddiaçı "xxxx" ASC Bankın Sumqayıt fılialı ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2012-ci il tarixli 1462SF nömrəli kredit müqaviləsinə əsaslanaraq Cavabdeh1ə qarşı kreditin və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair iddia qaldırmışdır. Eyni zamanda, "xxxx" ASC 06.08.2012-ci il tarixli, 1462 SF nömrəli kredit müqaviləsinin təminatı kimi, digər şəxs Cavabdeh2 ilə bank arasında kredit müqaviləsindən altı ay qabaq, yəni 19.01.2012-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə əsaslanaraq sonuncunu da (zamini) cavabdeh kimi göstərməklə borclu ilə zamindən müştərək qaydada Bankın xeyrinə pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbində 06.08.2012-ci il tarixli, 1462 SF nömrəli kredit müqaviləsinə zamin olması göstərilən Cavabdeh2yə münasibətdə iddianı təmin edərkən birinci instansiya məhkəməsi düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında imzalanmış 19.01.2012-ci il tarixli zaminlik müqaviləsi və kreditləşmənin həyata keçirilməsi üzrə əməkdaşlıq müqaviləsinin "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.08.2012-ci il tarixli, 1462 SF nömrəli kredit müqaviləsi ilə hər hansı bir əlaqəsi və bağlılığı olması müəyyən edilməmişdir. "xxxx" ASC Cavabdeh2 06.08.2012-ci il tarixli, 1462 SF nömrəli kredit müqaviləsi üzrə öhdəlik daşımalı şəxs olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmə mişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 2(105)-2217/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1035/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1035/2018
08.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver