Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1035/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin Fondunun Cavabdeh qarşı iş üzrə ləğvedicisi Əmanətlərin Sığortalanması QƏRARİ iş № 2(102)-1035/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, tələbin əsaslandığı müqavilənin olmaması) Bakı şəhəri, 25 yanvar 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Sığortalanması Fondunun vəkil Vəkil Ələddin qızının, cavabdeh Cavabd eh iştirakı ilə, ləğvedicisi Əmanətlərin İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5831/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli 004/16 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 10000 ABŞ dolları əsas, 3341,75 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdi kdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1117,56 ABŞ dolları faiz olmaqla cəmi 14 459,31 ABŞ dolları kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016cı il tarixli 004/16 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 15 faizlə 10000 ABŞ dolları məbləğində kredit verib.
3. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.
4. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2. 1, 448.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad etmişdir.
5. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçı bankın istinad etdiyi müqavilədə cavabdehin imzası yoxdur. Müqavilə birtərəfli qaydada bank tərəfindən imzalanıb.
6. Xətai Rayon Məhkəməsinin 2(011)-2147/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlahə Abbasova)
7. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmaması ilə bağlı Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixdə Xüsusi qərardad da çıxarmışdır.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş xx xxxx 2016-cı il tarixli, 004/16 saylı kredit müqavilə sində Cavabdeh imzası mövcud deyil.
9. Bununla yanaşı iddiaçı tərəf tələb etdiyi 1 000 ABŞ dolları məbləğində kreditin cavabdehə verilməsini təsdiq edən digər sübutları, o cümlədən məxaric orderini də məhkəməyə təqdim etməmişdır.
10. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nətiyə gəlmişdir ki, iddiaçı tərəf cavabdehlə müqavilənin bağlanmasını və həmin müqavilə əsasında cavabdehə 10 000 ABŞ dolları kreditin verilməsini sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 386.1, 389.1, 390.1, 406, 407.2, 442, 448.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5831/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-2147/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev)
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edib ki, Cavabdeh tərəfi olduğu iddia olunan kred it müqaviləsini imzalamamış, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, müqavilə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur.
16. Apellyasiya instansiyası vurğulayıb ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsin də mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”.
17. İddiaçının yeganə sübutunun yuxarıda qeyd olunan müqavilə olduğunu, həmin müqavilənin isə cavabdeh tərəfindən imzalanmadığının müəyyən edildiyini nəzərə alaraq apelyasiya ionstansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəki l Ələddin qızı) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayətində apellyasiya instansiyasının kredit müqaviləsi üzrə ekspertiza təyin edilmədən nəticəyə gəlməsi və xüsusi qərardad çıxarılmamasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkil Vəkil Ələddin qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cava bdeh vəkilsiz iştirak etdiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin r azılaşması müqavilə sayılır. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhk əməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
24. Kassasiya şikayətində iddiaçı apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
27. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
28. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış xx.xx.2016-cı il tarixli 004/16 saylı kredit müqaviləsinə istinad etmişdir. Başqa sözlə, id dia tələbi müqavilədən doğan öhdəliyin icrası barədədir. Belə iddiaların da təmin olunmasının əsas və yeganə şərti müqavilənin olmasıdır.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, xx.xx.2016-cı il tarixli 004/16 saylı kredit müqaviləsini Cavabdeh oğlu imzalamayıb. Başqa sözlə, iddiaçının istinad etdiyi müqavilə yoxdur.
30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – kredit müqaviləsi üzrə ekspertiza təyin edilməməsi, xüsusi qərardad çıxarılmaması – əsassız sayır. Çünki cavabdehlə kredit müqaviləsi olmadığı halda, olmayan müqavilə üzrə hər hansı ekspertizanın aparılması ağlabatan dəlil sayıla bilməz. İş üzrə xüsusi qərardad çıxarılmaması barədə dəlilə gəldikdə, bu dəlil də iş materialları ilə təkzib edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə xüsusi qərardad çıxarmışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33 Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5831/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.