Məhkəmə qərarları › İş №2(102)-1035/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1035/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1035/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Bank Olmayan Kredit X10 Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): icarə müqaviləsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X10 Cəmiyyətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6390/2 023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları 1. 25 sentyabr 2009-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - ASC) ilə X5 arasında daşınmaz əmlakın icarəsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sonuncu mülkiyyətindəki Bərdə şəhəri, Nizami küçəsi, 5 nömrəli qeyri-yaşayış binasının 223,3 kvadrat metr sahəsi olan birinci mərtəbəsini (bundan sonra – qeyri yaşayış sahəsi) icarəçiyə uzun müddətli icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 1396 ma nat müəyyən etmişlər. Müqavilənin 3.3-cü bəndinə əsasən icarənin müddəti 5 il müəyyən edilmişdir. 2. 30 yanvar 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən "xxxx" ASC ilə X5 arasında icarə müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən sonuncu qeyri-yaşayış sahəsini icarəçiyə uzun müddətli icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 2675 manat müəyyən etmişlər. 3. "xxxx" ASC-nin qeyri-yaşayış sahəsində yerləşən **********1-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə vergi uçotuna alınmışdır. Hazırkı dövrədək filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair dövlət vergi orqanlarına hər hansı müraciət daxil olmamışdır. 4. 2016-cı ilin iyul ayında "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı s ığorta hadisəsi baş vermiş, Bank müflis elan edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına (bundan sonra BOKT) çevrilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2017-ci il tarixli, 2-1(81)3618/2016 nömrəli qərardadına əsasən "xxxx" ASC-nin məcburi ləğv prosesi dayandırılmış, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra Fond) fəaliyyətinə xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar Fondla yenidən təşkil olunmaqla yaradılan və "xxxx" ASC-nin hüquqi varisi olan BOKT-un səhmdarları arasında təhvil-təslim prosesinə başlanılmı şdır.

7. X5 22 aprel 2019-cu il tarixdə ölmüş, onun vərəsələri kimi arvadı İddiaçı və 2009-cu ildə doğulmuş X6 tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh BOKT-a (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq 82800 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 25 oktyabr 2022-ci il tarixli məktubla cavabdehə müraciət olunaraq, filialının ünvan 1 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməsi, həmin filialın uçotdan çıxarıldığı gündən hazırkı vaxtadək iddiaçıya hər ay üzrə ödənilməyən aylıq icarə haqqı məbləğində (aylıq 2675 manat olmaqla), vergilər çıxıldıqdan sonra 2300 manat məbləğində zərərin əvəzinin ödənilməsi xahiş olunmuşdur. Lakin, keçən müddət ərzində cavabdeh müraciətini cavablandırmamışdır. Hazırkı vaxtadək filial ünvan 1 ünvan üzrə uçotdadır. Bir vergi ödəyicisinin uçotda olduğu sahənin uçotu ləğv edilmədən digər şəxsə icarəyə verilməsi mümkünsüzdür. Cavabdeh, bununla yanaşı, 2017-ci ildən bu günədək hər ay üzrə ödəməli olduğu vergilər çıxıldıqdan sonra 2300 manat məbləğində icarə haqqının ödənilməsini də təmin etməmişdir. Cavabdehin hərəkətsizliyi hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə (şəxslərə) icarəyə verilməsini mümkünsüz etməklə, hər ay üzrə iddiaçıya vergilər çıxıldıqdan sonra 2300 manat məbləğində ə ldən çıxmış fayda şəklində ziyan vurur. Hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq son üç il ərzində 36 ay x 2300 manat = 82800 manat məbləğində pul tutulmalıdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əri mərhum X5 xx.xx.2017-ci il tarixdən və onun vəfatından sonra qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuş, iddiaçı həmin sahəni icarəyə vermək niyyətində olmalarına, lakin cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda qalması səbəbindən qeyri-yaşayış sahəsini icarəyə verə bilməmələrinə, beləliklə də, icarə əsasında əldə ed ə biləcəklərindən məhrum olunmalarına dair hər hansı konkret sübutlar təqdim etməmişdir. İddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir.

12. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehin filialının ünvan 1 ünvandan uçotdan çıxarılması ilə bağlı ona müraciət etsə də, onun hərəkət və ya hərəkətsizliyi ilə bağlı məhkəmə mübahisəsi başlamadığı üçün iddia tələbi əsaslı sayıla bilməz.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2 və 152.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli, 31 may 2006-cı il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 80, 106.1, 217.3, 217.4, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

16. Apellyasiya baxışı zamanı Fond iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Fond tərəfindən işlə bağlı elektron qaydada daxil olmuş məlumatlarda qeyd edilmişdir ki, mübahisə üzrə Fondun maraqlarına toxunan hər hansı hal mövcud deyildir. İcarə müqaviləsi iddiaçı ilə hazırda cavabdeh hüquqi şəxsin formalaşmasına səbəb olan cavabdeh arasında bağlanmışdır. 2016-cı ilin iyul ayında cavabdehin fəaliyyətində sığorta hadisəsi baş vermiş və Bank müflis elan edilmiş, Fond Bankın ləğvedicisi təyin edilmişdir. Fond qanunla müəyyən edilmiş vaxtda kompensasiya ödənişlərinin həyata keçirilməsini təmin etmiş və bu əsasla yenidən təşkil edilməklə yaranan hazırkı cavabdehin Fond qarşısında öhdəliyi yaranmışdır. Cavabdehlə Fond arasında bağlanmış 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Fond qarşısında yalnız aktivi olan kredit portfeli ilə məsuliyyət daşıyır, həmin portfelin idarəetməsi məhz həmin ildə cavabdehə ötürülmüşdür. Sözügedən aktivlər öhdəliyin icrasını təmin etmədiyi təqdirdə cavabdeh Fond qarşısında digər aktivləri ilə məsuliyyət daşıyır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərardadına əsasən cavabdehin aktivlərinin idarə edilməsi (realizə və sair) yenidən təşkil edilməklə yaradılan cavabdehə keçmişdir. Bu baxımdan Fondun işə birbaşa və ya dolayısı yolla hər hansı aidiyyəti yoxdur. Fondla cavabdeh arasında mübahisə predmeti olan əmlakın içərisində olan Banka məxsus aktivlər üzrə təhvil-təslim həyata keçirilməmişdir. Fond aktivlərin təhvil-təslimini yalnız Bankın özü ilə həyata keçirə bilərdi. Belə ki, Fond fiziki şəxs olan hazırkı iş üzrə iddiaçının əmlakını deyil, bankın aktivlərinin təhvil təslimini həyata keçirə bilər. Belə bir akt mövcud deyil, əgər mövcuddursa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Fond yalnız cavabdehin kredit portf eli üzrə tələb hüquqlarını əldə etmişdir. Belə ki, həmin hüquqlarda BOKT-un Fond qarşısında olan öhdəliyinin təminatı qismində çıxış edir. Fond tərəfindən ümumiyyətlə BOKT-a məxsus digər hər hansı aktiv təhvil alınmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh ilə X5 arasında sonuncu dəfə 30 yanvar 2014-cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Tərəflərin izahatına əsasən əmlakın icarəsi ndən ödənilməli olan icarə haqqı icarəyə verən X3 cavabdehdə olan kredit öhdəliklərinə hesablanırmış. Lakin 2019-cu ildə cavabdeh kredit öhdəliklərinin icrası ilə bağlı məhkəməyə müraciət etdikdə iddiaçı tərəf icarə haqqının nəzərə alınmadığını müəyyən etmişdir. X1 vəfat etdiyindən onun vərəsəsi olan iddiaçı 2017-2019-cu illər üzrə vergi çıxıldıqdan sonra hər ay ödənilməli olan 2300 manat, cəmi 82800 manat məbləğində icarə haqqının ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixli bildirişə əsasən Bərdə şəhəri, Gəncə küçəsi, 24 nömrəli evdə yaşayan X5 ilə 30 yanvar 2014-cü il tarixdə bağlanmış qeyri-yaşayış icarəsi haqqında müqaviləyə xitam verilmişdir. Bildirişin "xxxx" MMC vasitəsilə göndərilməsinə dair qəbz əlavə olunmuşdur. Lakin " xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış 24 oktyabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən 2017-ci ildə X4 çatdırılması üçün göndərilən məktubla bağlı heç bir sənəd (qaimə) "xxxx" MMC-də mövcud deyildir.

19. Məhkəmə cavabdehin hazırda iddiaçı tərəfindən həmin yerin başqasına icarəyə verilməsi və buna dair yenicə çəkilmiş fotoşəkillərdən ibarət dəlilinə münasibətdə qeyd etmişdir ki, sonuncu iclasda iddiaçı tərəf iştirak etmədiyindən həmin şəkillərə iddiaçının münasibətini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, iddiaçı 2017-2019cu illər üzrə pul tələb edir. Cavabdehin iddia etdiyi kimi şəkillər yeni çəkildiyindən və apellyasiya baxışı zamanı təqdim olunduğundan sübut kimi qiymətləndirilə bilməz.

20. Məhkəmə Fondun etirazının dəlillərinə istinad et məklə, hazırkı tələb üzrə məsuliyyəti Fondun daşıması ilə bağlı cavabdehin dəlilini əsassız sayaraq, hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Çünki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016cı il tarixli qərarına əsasən məcburi ləğv prosesində olan cavabdeh hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla, BOKT-a çevrilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2017-ci il tarixli qərardadına əsasən, cavabdehin məcburi ləğv prosesi dayandırılmış, Fondun fəaliyyətinə ləğvedici qismində xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar Fondla yenidən təşkil olunmaqla yaradılan və cavabdehin hüquqi varisi olan BOKT-un səhmdarları arasında təhvil-təslim prosesinə başlanmışdır. Cavabdeh icarə müqaviləsinə xitam verilməsinə dair xx.xx.2017 -ci il tarixli bildirişə istinad etsə də, bildirişin göndərilməsi və çatdırılması sübut olunmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 55.1, 56.5, 443.1, 443.2, 700.1, 700.2 və 700.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ona zərər vurulması sübut edilmədiyindən, həmçinin Bankın ləğv edilməsinin geniş ictimaiyyət üçün bilinən ha l olması (bu halın sübuta ehtiyacı yoxdur), X2 olduğu dövr ərzində 2017-ci ilin iyul ayından 2019-cu ilin aprel ayına kimi belə bir tələblə Banka müraciət etməməsi tərəflər arasında olan icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinin sübutudur. İcarədarın ölümündən 3 il sonra onun vərəsələrinin məhkəməyə müraciət edərək onlara zərər dəyməsini iddia etmələri tamamilə absurd olmaqla heç bir hüquqi əsası da yoxdur. Bunun əksinə olaraq, iddiaçının zərər vurulmasını sübut edən hər hansı bir sübutu olmadığı halda, Bankın ləğvindən sonra obyektdə lombard təşkilatının fəaliyyət göstərməsini iddiaçının etiraf etməsinə baxmayaraq, məhkəmə iddianı təmin etmişdir. Zərərə dair hər hansı bir sübut iş materiallarında yoxdur. Məhkəmə təqdim edilən sübutun (fotoşəkil) iddiaçının iştirak etməməsi səb əbindən aydınlaşdıra bilməməsini əsas gətirərək onu qəbul etməmişdir. Bu isə çəkişmə prinsipinə ziddir. Ən azından məhkəmə nəzərə almalı idi ki, iddiaçı həmin obyektdə Bankdan sonra lombard təşkilatının fəaliyyət göstərməsini etiraf etmişdir. Bu səbəbdən də, iddiaçının məhkəmə prosesində iştirakını təmin etməklə obyektin istifadə edilib-edilməməsini aydınlaşdırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

28. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

31. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

32. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

33. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı icraat üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı qiymət verilmişdir və Məhkəmə kollegiyası həmi n əsaslandırma ilə razılaşır.

47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

48. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Bank Olmayan Kredit X10 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6390/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar