Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1037/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1037/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı “X5 Azərbaycan” QSC-nin vəkili ***nun və nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli, 2(105)3202/2018 nömrəli qətnaməsindən iddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakimN.İ.Abıyev) 29 may 2018- ci il tarixli, 2(060)-376/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pulun iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pulun iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.M.Məmmədova, S.A.Qafari və E.G.Rəhimov) 08.10.2018-ci il tarixli, 2(105)-3202/2018 nömrəli qətnaməsi ilə iddiaçı “X5 Azərbaycan” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X5 Azərbaycan” QSC və vəkili *** iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı “X5 Azərbaycan” QSCCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.371,33 manatkredit üzrə əsas məbləğ borcunun, 235,13 manat hesablanmış faiz borcunun, 460,61 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcunun, 5,50 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcinin, həmçinin ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının, cəmi 3.095,57 manat məbləğ ində borcun “X5 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “X5 Azərbaycan” QSC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2.371,33 manat kredit üzrə əsas məbləğ borcunun, 235,13 manat hesablanmış faiz borcunun, 1.204,81 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcunun, 5,50 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcinin, həmçinin ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3.848,77 manat məbləğində borcun “X5 Azərbay can” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “X5 Azərbaycan” QSC və vəkili *** iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul edilm işdir və həmin ekspertizanın 04.05.2018-ci il tarixli, 10959 saylı rəyinə əsasən iş üzrə Cavabdeh 28.08.2017-ci il tarixə 06.03.2014-cü il tarixli bank hesabı, debit kartı, kredit və zaminlik haqqında qarışıq müqavilə üzrə “xxxx” QSC-yə ödəniləcək guya, heç bir borcu olmadığı, əlavə olaraq isə cavabdeh tərəfindən 676.01 manat artıq ödənişin edildiyi qeyd edilmişdir. Məhkəmə icraatı zamanı ekspert rəyinin tamamilə əsassız olması ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi barədə tərəflərindən vəsatət təqdim edilsə də, məhkəmə tərəfindən dəlilləri nəzərə alınmadan, vəsatət təmin olunmadan mahiyyəti üzrə qətnamə qəbul edilmişdir. Halbuki, həm ilkin iddia tələbi üzrə iddia ərizəsi həm də, tələbin həcminin artırılması barədə təqdim edilən ərizədə əks edilən rəqəmlər kredit müqaviləsinin müvaf iq şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun hesablanmış məbləğlər olmuşdur. Həmin tələblər bankın vəzifəli şəxslərinin imzası və möhürü ilə təsdiqlənmiş maliyyə arayışları ilə müşayiət olunmuş və məhkəməyə təqdim edilmişdir. Yəni, həmin sənədlər də mülki-prosessual qanunvericiliyə əsasən, sübut kimi tədqiq olunmalı və Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələb etdiyi kimi, qətnamədə öz hüquqi qiymətini almalı idi. Bu səbəbdən də, məhkəmənin yeganə “mötəbər” sübut hesab etdiyi, əslində isə digər sübutlarla tam təkzib olunan mühasibatlıq ekspertizasının 04.05.2018-ci il tarixli, 10959 saylı rəyinə istinad edərək, mübahisənin həllini bu rəydə göstərilən rəqəmlər əsas götürülməklə həll etməsi həm maddi, həm də prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı “X5 Azərbaycan” QSC və vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.10.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlayarkən prosessual hüquq normalarını pozduğundan iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “X5 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 06.03.2014-cü il tarixli bank hesabı, debat kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən, “X5 Azərbaycan” QSC tərəfindən Cavabdeh 5 il müddətinə 3.000 manat məbləğində kredit kartı limiti açmışdır. Müqavilənin 4.22-ci bəndinə görə “Kart/əlavə kart sahibi” bu müqavilə üzərinə düşən öhdəliklərini icra etmədikdə və ya lazımınca i cra etmədikdə, habelə onların maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə kartdan istifadə nəticəsində yaranmış borcun qaytarılması üçün təhlükə yaradarsa bank kartın fəaliyyətini dayandırmaqla kart üzrə yaranmış bütün borcun (hesablanmış faizlərin, komisyonların s.) dərhal qaytarılmasını tələb edə bilər, tələblər yerinə yetirilmədikdə isə borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirə, o cümlədən məhkəməyə müraciət edə bilər. “X5 Azərbaycan” QSC tərəfindən verilmiş 24.05.2018-ci il tarixli maliyyə arayışına əsasən, borclu Cavabdeh ödənilməmiş əsas borcu 2.371,33 manat, hesablanmış faiz borcu 235,13 manat, cərimə borcu 1.204,81 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 2 manat, bildirişlərin (pretenziyalar ın) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.05.2018-ci il tarixli, 10959 saylı ekspert rəyinə əsasən, Cavabdeh 28.08.2017-ci il tarixə 06.03.2014-cü il tarixli bank hesabı, debat kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə “xxxx” QSC-yə əsas və faiz üzrə heç bir borcu yoxdur, artıq ödənilmiş məbləğ 676,01 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı tərəfin ekspertiza rəyinin mötəbərliyini şübhə altına ala biləcək sübutlarına qiymət verməməsinə, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətini hər hansı əsaslandırma aparmaqdan rədd etməsinə rəğmən, birinci instansiya məhkəməsinin iş üzrə keçiridyi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla belə qənaətə gəlmişdir ki, cavabdehin 06.03.2014-cü il tarixli bank hesabı, debüt kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə “xxxx” QSC-yə heç bir borcu yoxdur, banka artıq ödənilmiş məbləğ isə 676,0 1 manat təşkil edir. Halbuki, ***un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüq uquna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini işə baxılarkən iddiaçı tərəfin apellyasiya şikayətinin ekspertiza rəyinin əsassızlığı ilə bağlı dəlillərinə qiymətin verilməsi üçün təkrar mühasibatlıq ekspertizanın keçirilməsi məsələsinə, habelə ekspertiza rəyinin mötəbərliyini şübhə altına ala biləcək sübutlara qiymət vermədən qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, prosessual qanunvericiliyin yuxarıda istinad edilən müddəaları baxımından sübutların bir növü olan ekspertiza rəyinin digər sübutlarla birgə qiymətləndirilməli olması, habelə onun əsaslılığını şübhə altına ala biləcək sübutların təqdim edildiyi halda təkrar ekspertizanın keçirilməsi müəyyən edilsə də, ape llyasiya instansiyası məhkəməsi nəinki qanunvericiliyin bu tələblərinə riayət etməmiş, heç bu məqamlarla bağlı olan apellyasiya şikayətinin dəlillərinə də hər hansı qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsind ə açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda ***nın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 200 4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın gös tərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sür ülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 199 4-cü il tarixli qərarı). Göstərilənlərə əsasən Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının vəsatətlərini rədd edərkən, habelə sübutlarını qəbul etməyərkən qərarında bu dəlillərə dair zəruri əsaslandırma aparmalı olduğu halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müddəalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhk əməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli, 2(105)3202/2018 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-1037/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1037/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver