Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1037/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)631/2018 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Lənkəran rayon məhkəməsinin (hakim Elçin Kazımov) xx xxxxxxxx 2017-ci il tarixli 2(049)-415/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və C avabdeh2 Tofiq qızına qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 11U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 73BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas məbləği üzrə 22904,85 ABŞ dolları, faiz borcu üzrə 2254,35 ABŞ dolları, cərimə borcu üzrə 4764,78 ABŞ dolları, cəmi 29923,98 ABŞ dolları borcunqətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30manat məbləğində pulun tutulması, tələbin ipoteka predmetləri ola n Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində yerləşən 16 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 73BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 29923,98 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində yerləşən 16 saylı evin 51 saylı mənzilinin ilkin satış qiymətinin 47000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində yerləşən 16 saylı evin 51 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Zəki Babayev, Tofiq Heydərov) xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofiq qızı və cavabdeh Cavabdeh1 nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(049)-415/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Nüsrət Mirzəyev - sədrl ik edən və məruzəçi, Zəki Babayev, Qəzənfər Kərimov) xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tofiq qızına qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən narazı olduğu üçün kassasiya şikayəti vermək məqsədi ilə vəkillə müqavilə bağlamış, müqaviləyə uyğun olaraq vəkil şikayət müddətini ötürmədən kassasiya şikayəti vermiş və Şirvan Apellyasiya məhkəməsinə göndərmişdir. Lakin vəkil unutduğundan orderini kassasiya şikayətinə əlavə etməmişdir. Bu səbəbdən də Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. O, kassasiya şikayətinin geri qaytarılması və bununla bağlı məhkəmənin xx xxxx 2018-ci il tarixli qərardadı barəsində məlumatlı olmamışdır. Adı çəkilən qərardad kassasiya şikayəti ilə birlikdə vəkilə göndərilmiş, lakin ona göndərilməmişdir. Ancaq iş materialları ar asında qərardadın ona göndərilməsi barədə qəbz vardır. Qəbz əsasında göndərilmiş sənədlər ona göndərilməmiş və kim tərəfindən alınması barədə də heç bir məlumatı yoxdur. Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması və Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı barəsində icra məmurundan məlumat əldə etmişdir. İcra məmurundan məlumat əldə etdikdən sonra Şirvan Apelyasiya məhkəməsinə müraciət etmiş, lakin qeyd olunmuş əsaslar məhkəmə baxışı zamanı nəzərə alınmamış və xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Bütün yuxarıda qeyd edilmiş xüsusatlar sübut edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərardadda obyektiv həqiqəti ifadə edən faktlar nəzərə almımamış, iş tam, hərtərəfli və o byektiv araşdırılmamış, qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qərardad qəbul edilmiş və nəticədə qərardadın kassasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarı lmalıdır. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh1 apellyasiya instansiya məhkəməsinin aktından kassasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə və qaydada (Azərbaycan Respublikası MPM-in 405.01.-ci maddəsi) istifadə edə bilərdi. Lakin cavabdeh qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, prosessual müddət ötürülməmiş hesab edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(106)-631/2018 saylı qətnaməsi xx xxxxx 2018-ci il tarixdə tərəflərə, o cümlədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tofiq qızının yaşadığı ünvan 1 ünvanına rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Qətnamənin cavabdehlər tərəfindən alınması və ya rəsmi qaydada təqdim edilməsi barədə iş materiallarında hər hansı bir sənəd əlavə edilməmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh1 və onun nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti Şivan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apelyasiya Məhkəm əsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğun verilmədiyi (vəkilin orderi işə əlavə edilmədiyi üçün) geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadının surəti xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 yaşadığı ünvan 1 ünvanına (məhkəmə qətnaməsinin göndərildiyi ünvana) və onun vəkili X1 rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Məhkəmənin qeyd edilən qərardadının da cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şika yəti yenidən xx.xx.2019-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 405.0.1 və 133.1-ci maddələrinə istinad edərək kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi xx xxxxx 2018-ci il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini qeyd etmiş, lakin şikayət vermək üçün müddətin axının hansı tarixdən başlanmasını göstərməmişdir. Şirvan Apelyasiya Mə hkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh ilk dəfə kassasiya şikayəti verərkən qanunla müəyyən edilmiş prosessual müddətə əməl etmiş, lakin kassasiya şikayətində digər nöqsan olduğundan (vəkilin orderi işə əlavə edilmədiyi üçün) kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında həmin qərardadın cavabdehə rəsmi qaydada təqdim edilməsi barədə hər hansı bir poçt qəbzi və ya digər sənəd əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə qəbzə imza etməkəl qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Prosessual müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək üçün ilk növbədə müddətin axımının başlanğıc anı bəlli olmalıdır. Hazırki işdə isə Şirvan Apellyasiya Məhkəməsinin nə xx.xx.2018-ci il tarixli qətnaməsindən, nə də kassasiya şikayətinin ilk dəfə qaytarılması barədə xx.xx.2019-cu il tarixli qərardadının Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada təqdim olunmasına dair sübut yoxdur. Bu səbəbdən də cavabdeh tərəfindən müddətin ötürülməsini müəyyən etmək mümkün deyildir.Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət Cavabdeh1 münasibətdə ötürülməmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-631/2018 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(106)-631/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edild iyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1037/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1037/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver