Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1037/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma qaydasında pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1137/2024 nömrəli 25 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən pensiya düzəldilməsi məqsədi ilə sənədləşmə işlərinin aparılması üçün Cavabdeh 10.000 manat pul verilmişdir. Sonradan iddiaçı həmin pulu cavabdehdən tələb etmiş, cavabdeh isə 10.000 manat pulu Zaur adlı şəxsə verdiyini bildirərək, pulu qaytarmaqdan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat pulun və 120 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəlilabad rayonu, Sabirabad kəndində yaşayır. 2022-ci ilin oktyabr ayında Cavabdeh təklifi ilə pensiya düzəldilməsi məqsədi ilə yeznəsi Səməd Məmmədovun vasitəsi ilə Cavabdeh 10.000 manat pul vermişdir. Sonradan səhv etdiyini düşünmüş və verdiyi pulu Cavabdeh tələb etmişdir. Cavabdeh isə ona səbrli olmasını bildirmiş, lakin pulu qaytarmamışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə həmkəndli və qohumdurlar. Onunla iddiaçı Əli Abbasov arasında əmisi Səməd Məmmədovun evində pensiya düzəldilməsi məqsədi ilə söhbət olmuş və bu məqsədlə İddiaçı tərəfindən ona əmisi (cavabdehin) Səməd Məmmədovun vasitəsi ilə 10.000 manat pul verilmişdir. O da həmin pulu Zaur adlı şəxsə vermişdir. İddiaçı özü şəxsən ona (cavabdehə) pul verməmişdir. İddiaçıya məxsus pul onda (cavabdehdə) deyildir. İddianı özünə qarşı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassı z olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2090/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10.000 manat pulun və 120 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. (X21)
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qaynı, cavabdeh isə qardaşının oğludur. Təxminən 1 il əvvəl İddiaçı və Cavabdeh onun həyətində pensiya düzəldilməsi ilə bağlı söhbət etmişlər və bundan sonra onun da həmin məsələdən məlumatı olmuşdur. İki ay sonra İddiaçı ona (şahidə) 10.000 manat pul vermiş və Cavabdeh çatdırmasını xahiş etmişdir. O da həmin pulu Cavabdeh vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabd eh həmin pulu başqa şəxsə vermiş və tərəflər arasında olan məsələ buna görə düzəlməmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən pensiya düzəldilməsi məqsədi ilə sənədləşmə işlərinin aparılması üçün Cavabdeh 10.000 manat pul verilmişdir. Sonradan iddiaçı həmin pulu cavabdehdən tələb etmiş, cavabdeh isə 10.000 manat pulu başqa şəxsə verdiyini bildirərək, pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı 10.000 manat pulu başqa şəxsə verdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2, 1091.1, 1091.2, Mülki Prosessual M əcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)2090/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1137/2024 nömrəli 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 2(073) 2090/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə)
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdən də göründüyü kimi cavabdehin 10000 manat məbləğində pulu iddiaçıdan alması, daha sonra həmin pulu qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 386.1, 740.2, 1091, 1092, 1093, 1095, 1096, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kass asiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2024 tarixli 2(106)-1137/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi əsassız varlanma baş verməsi qənaətinə gəlməklə səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehin verdiyi izahatlardan da göründüyü kimi iddiaçının tələb etdiyi 10.000 manat pul onda deyildir, iddiaçı bu pulu ona pensiya düzəldilməsi məqsədilə vermişdir. Cavabdeh də onun bu istəyini yerinə yetirmək məqsədilə pulu Zaur adlı şəxsə vermişdir. Həmçinin İddiaçı özü şəxsən cavabdehə pul verməmişdir. Mübahisə predmeti olan pul məbləği barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında 1(101)-476/2025 saylı cinayət işi vardır. Həmin işdə hazırkı mübahisə üzrə cavabdeh olan Cavabdeh və iddiaçı X16 zərərçəkmişdir və X2 hazırki mübahisə predmeti olan 10.000 manat məbləğində pul həmin cinayət işinin də predmeti olub, zərərçəkmiş şəxslər tərəfindən tələb edilir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-485/2025 saylı digər cinayət işində hazırkı mübahisə üzrə iddiaçı X18 eyni pul məbləğini X3 qarşı tələb kimi irəli sürmüşdür. Faktiki olaraq iddiaçı X16 eyni pul məbləğini ayrı-ayrılıqda 3 şəxsə qarşı - Cavabdeh, X10 və X3 qarşı irəli sürmüşdür. Həmin pul rüşvət predmeti olub, məhkəmə cinayət işində mülki iddia olubolmamasını aydınlaşdırmayıb. Nəzərə alınmayıb ki Cavabdeh özü həmin məbləğə görə zərərçəkmiş şəxsdir. Eyni predmetlə bağlı Cavabdeh həm zə rərçəkmiş kimi tanınmasına baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin pul məbləğinin ödənilməsində cavabdeh olmuşduşdur. İddiaçı cinayət işi üzrə eyni predmet olan pul məbləği üzrə X3 və X6 qarşı tələbi olan zərərçəkmiş hesab edilməsinə baxmayaraq, mülki iddia həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan başqa şəxsə Cavabdehn qarşı yönəldilmişdir və məhkəmə tərəfindən iddia haqlı hesab edilmişdir.
18. Məhkəmə qərar qəbul edərkən cinayət işi üzrə sübut edilmiş xüsusatları nəzərə almayıb. İddia tələbinin məzmununa baxdıqda aydın olur ki, dəymiş ziyanın ödənilməsidir, amma iddianın adı borc müqaviləsi üzrə pul tələbi kimi qoyulmuşdur. Halbuki tərəflər arasında borc müqaviləsi olmamışdır, Qanunvericiliyin tələblərinə əsasən 3 min manatdan çox məbləğda borc müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Amma belə müqavilə mövcud deyildir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir.
19. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 54, 88, 217, 254.1.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Madd ə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Maddə 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
26. Maddə 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
27. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
28. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apell yasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən, o cümlədən prosessual normaların tələblərini nəzərə almadığından ləğv edilməlidir.
37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallıdır ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ildə ona pensiya düzəldilməsi üçün 10.000 manat pul verilmişdir.
38. Məhkəmə iddianın təmin edilməli olduğuna dair nəticəyə gələrkən MM-nin 1091ci maddəsinə (əsassız varlanma) istinad etmiş və hesab etmişdir ki, cavabdeh iddiaçıdan 10.000 manat pul aldığını təsdiq etdiyindən, bu pulun cavabdehə verilməsinin qanuni əsas olmadığından və cavabdeh p ulu iddiaçıya qaytardığını təsdiq edə bilmədiyindən iddiaçının tələbi əsaslıdır.
39. Məhkəmə mübahisəni həll edərkən nəzərə almamışdır ki, 1091-ci maddənin dispozisiya şərtində əmlak əldə edənin varlanmış olması nəzərdə tutulur. 1092.3-cü maddə qeyd edilir ki, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir.
40. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan qərarından görünür ki, iddiaçının və cavabdehin zərərçəkmiş şəxslər qismində tanındığı həmin cinayət işi üzrə X10 və digər şəxslərin pensiya düzəltmək məqsədi ilə zərərçəkmiş şəxslərin, o cümlədən iddiaçının pul vəsaitini qanunsuz ələ keçirərək mənimsədiklərindən məhkum olunmuşlar. Həmin cinayət işi üzrə ifadə vermis iddiaçı göstərmişdir ki, o pulu Cavabdeh verərkən pensiya düzəldilməsi üçün başqa şəxsə verəcəyini əvvəlcədən bilmiş, lakin Elnur Məmədov ona pulu kimə verəcəyini deməmiş, nəticə etibarilə heç bir iş görülmədiyindən aldadıldığını bilmiş və ona qarşı dələduzluq edilmişdir.
41. İşdəki arayışdan görünür ki, X10 və X7 tərəfindən bəzi zərərçəkmişlərə vurulmulş maddi ziyan onlar tərəfindən ödənilmişdir.
42. Kollegiya hesab edir ki, MPM-nin 82.4-cü maddəsinə əsasən cavabdeh artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş halı, yəni iddiaçının pul vəsaitinin digər şəxslər tərəfindən qanunsuz olaraq mənimsənildiyini sübut etmək vəzifəsindən azad olduğundan və qeyd edilən hökm cavabdehin iddiaçının vəsaiti hesabına varlanmadığını təsdiq edən mötəbər sübut olduğundan iddianın təmin edilməsi üçün qanuni əsas mövcud olmamışdır.
43. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə əsasən işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
44. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2(106)-1137/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı Cavabdeh 10.000 manat pulun tutulması barədə iddia tələbi rədd edilməlidir.
45. Yuxarıda qeyd olunanlara ə sasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2(106)-1137/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh 10.000 manat pulun tutulması barədə iddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir