Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1038/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X3 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Qarayev, iş № 2(056)-8 99/17) iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc”tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4874,92 manat əsas, 3245,76 manat faiz, 362.11 manat cərimə olmaqla, cəmi 8482.79 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti vermişlər. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev-sədrlik edən və məruzəçi, Q.Kərimovvə Z.Babayev, iş № 2(106)-36/19) apelyasiya şikayəti qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2017ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 müştərək qaydada 3245.76 manat faiz borcunun tutulub iddiaçı «xxxx» ASC-yə verilməsi hissəsində dəyişdirilmiş, faiz borcunin məbləği 1912 manat müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbilfəz oğlundan 4874,92 manat əsas borc, 1912 manat faiz borcu və 362.11 manat cərimə olmaqla, cəmi 7194,03 manat pulun «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi X2 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 13.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4874.92 manat əsas, 3245.76 manat faiz, 1362.11 manat cərimə borcu olmaqla, cəmi 9482.79 manat borcun və 30 manat dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili N.Əzizli məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxt ı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Əzizlinin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəy işdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. İşin halları ondan ibarətdir ki, 13.03.2014-cü il tarixli kredit müqaviləsi ilə iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, cavabdehə illik faiz dərəcəsi 28% olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsi əsasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 Əbilfəz oğlu zamin durmuşdur. Bağlanmış 13.03.2014-cü il tarixli zaminlik müqaviləsi Azərbaycan Respublikası MM-in 471-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə zamin Cavabdeh2 Əbilfəz oğlunun iradə ifadəsinə zidd olmamış və onun tərə findən imzlanmışdır. Həmin müqavilə ilə o, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasına razılıq vermişdir. İş materiallarına əlavə olunmuş 29.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh1 13.03.2014 cü il tarixli kredit müqaviləsi üzrə iddaçı “xxxx” ASC-yə 4874.92 manat əsas, 3245,76 manat faiz, 1362,11 manat cərimə olaraq, cəmi 9482,79 manat məbləğində borcu yaranmışdır. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq borclu Cavabdeh1 «xxxx» ASC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqav ilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməmiş və bununla da müqavilə öhdəliyini pozmuşdur. Məhz bu səbəbdən də «xxxx» ASC tərəfindən cavabdehlərə qarşı borc tələbinə dair hazırkı iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı saymışdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin cavabdehlərdən kredit müqaviləsi üzrə 3.245.76 manat faiz borcu tutulması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları həmin hissədə düzgün tətbiq edilməmiş, həmçinin işin bütün faktiki halları tam araşdırılmamışdır. Ona görə də cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. A pelyasiya instansiyası məhkəməsinin bu qənaətindən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqlə yən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən – məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan «xxx x» ASC-nin ləğvedicisi X1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019-cu il tarixli, 2(106)-36/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1038/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1038/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver