Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1038/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredir borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)6550/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı Q SC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005L**********90 saylı uzun müddətli kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 120 ay müddətinə 100.000 manat kredit xətti açmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasına əsasən Bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005S**********02 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 005L**********90 saylı uzun müddətli kredit müqaviləsi üzrə Borcalan Cavabdeh2 ilə birgə Bank qarşısında öhdəliklər üzrə məsuliyyətı öz üzərinə gö türmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 005R**********S saylı və xx.xx.2021-ci il tarixli, 005R**********SA saylı sazişlərə əsasən ödəniş planına dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh2 (bundan sonra cavabdeh) və Cavabdeh1 (bundan sonra zamin) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasının, xx.xx.2020-ci il tarixli, 005R**********S saylı sazişin və xx.xx.2021-ci il tarixli, 005R**********SA saylı sazişin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 15.288,08 manat əsas, 3.047,86 manat f aiz borcunun və 4.678,16 manat cərimə olmaqla, ümumilikdə 23.014,1 manat kredit borcunun tutulub Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən Banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, cavabdeh əsas və f aiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 306 gün üçün hesablanmış faiz borcu 3047.86 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 306 gün üçün hesablanmış cərimə 4678.16 manat təşkil edir. Uzun müddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan, müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzun müdd ətli kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsinə əsasən zamin Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında cavabdehlə birgə məsuliyyət daşıyır və uzun müddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının 13 iyun 2022-ci il tarixli, 9/3695 saylı rəyinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə 15.288,08 manat əsas, 3.047,86 manat faiz borcu vardır və onun barəsində 676,29 manat cərimə hesablanmışdır. Məhkəmə əsas və faiz borcunun maliyyə arayışında və məhkəmə-mühasibatlıq ekspertizas ının 13 iyun 2022-ci il tarixli, 9/3695 saylı rəyində göstərilən- 15.288,08 manat əsas, 3.047,86 manat faiz borcu və cərimə borcunun isə məhkəmə-mühasibatlıq ekspertizasının 13 iyun 2022-ci il tarixli, 9/3695 saylı rəyində göstərilən- 676,29 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, e-2(009)-636/2022 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli, 005R**********S saylı saziş və xx.xx.2021-ci il tarixli, 005R**********SA saylı saziş ləğv edilmiş, 15.288,08 manat əsas, 3.047,86 manat faiz borcunun və 676,29 manat cərimə olmaqla, cəmi 19.012,23 manat borcun cavab dehlərdən müştərək qaydada tutulub Banka ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bank cavabdehlə kredit müqaviləsi bağlayaraq üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən də Bank qarşısında mülki məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda, zamin də zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən müştərək qaydada kredit borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 449.4 və 470.1-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respubikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndi və Azərbaycan Mərkəzi X1 xx.xx.2020-ci il tarixli, 16 saylı qərarında göstərilən dövrdə hesablanmış faiz və cərimələrin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (Covid-19) pandemiyası və bundan irəli gələn dünya enerji və səhm bazarlarında baş verən kəskin bahalaşmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitli yə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020ci il tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara görə fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, kredit təşkilatlarına 30 sentyabr 2020-ci il tarixədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tapşırılmışdır. Göründüyü kimi məhkəmə kredit sazişlərinin pandemiyanın ən kəskin dövründə bağlanması faktını və ödənişlərin əsasən məhz həmin dövrlərdə gecikdirilməsi faktını araşdırmamış və yuxarıda göstərilən Qaydalara əsasən həmin dövrdə Bank tərəfindən qanunsuz olaraq hesablanan faiz və cərimələrin silinməli olmasını nəzərə almamışdır. Halbuki vətəndaşlara edilən bu güzəştlər müqabilində dövlət tərəfindən sahibkarlara, o cümlədən banklara vergi və digər icbari ödənişlər üzrə güzəştlər tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)6550/2022 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və mübahisəni mahiyyəti üzrə düzgün həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 449.4 470.1ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385390-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikyəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə qanunsuz məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş v axtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhd əliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 448.1. Əgər bu Məcəlləilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Q anunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bankla cavabdeh arası nda bağlanmış xx.xx.2019-cu il tarixli, 005L**********90 saylı uzun müddətli kredit müqaviləsinə əsasən Bank cavabdehə 120 ay müddətinə 100.000 manat kredit xətti açmışdır. Bankla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasına əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Bankla zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005S**********02 saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2019-cu il tarixli, 005L**********90 saylı uzun müddətli kredit müqaviləsi üzrə cavabdehlə birgə Bank qarşısında öhdəliklər üzrə məsuliyyətı öz üzərinə götürmüşdür. Bankla cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tar ixli, 005R**********S saylı və xx.xx.2021-ci il tarixli, 005R**********SA saylı sazişlərə əsasən ödəniş planına dəyişiklik edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün ha llar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin sözügedən kredit müqavilələri üzrə iddiaçıya yuxarıda göstərilən məbləğdə, 15.288,08 manat əsas, 3.047,86 manat faiz borcunun və 676,29 manat cərimə olmaqla, cəmi 19.012,23 manat kredit borcunun olması mülki iş materialları ilə təsdiq edildiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.