Məhkəmə qərarları › İş №2(102)-1038/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1038/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1038/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: nisyə alınmış malın dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1819/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları m üəyyən etmişlər:

2. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir;

3. Cavabdeh ibtidai istintaq zamanı verdiyi ifadəsində iddiaçının icarə əsasında Sədərək ticarət mərkəzində "xxxx" adlanan 198 nömrəli mağazanı işlətdiyini, iddiaçıdan nisyə olaraq tekstil malları aldığını, buna görə 88 776 manat borcunun qaldığını, borcu ödəyə bilmədiyinə və id diaçının mütəmadi olaraq yaşadığı evə gələrək ona hədə-qorxu gəldiyinə görə Rusiya Federasiyasına getdiyini, sonradan iddiaçının mağazadan qalıq mallardan götürdüyünü, qalan borcu atasından tələb etdiyini eşitdiyindən geri qayıtdığını bildirmişdir;

4. Həmin istintaq zamanı iddiaçı öz ifadəsində cavabdehə nisyə tekstil malları verdiyini, cavabdehin ona 101158 manat borcunun qaldığını, sonradan təxminən 16000 manat dəyərində mal qalığını götürdüyünü və nəticədə cavabdehin 85000 manat borcunun qaldığını bildirmişdir;

5. Cavabdeh vergi orqanlarında fərdi sahibkar kimi xx.xx.2018-ci ildə, iddiaçı isə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 88776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat məbləğində borcun və 357 (üç yüz əlli yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində icarə əsasında işlətdiyi 1-ci zona 8-ci sırada yerləşən 198 nömrəli mağazada tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmuş və vergi ödəyicisi kimi 10 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Fiziki şəxs kimi həmin malları xaricdən nağd qiymətə almışdır. Cavabdehi 2011-ci ildən tanımışdır. Həmin vaxtlar cavabdeh "Sədərək" ticarət mərkəzində olan müxtəlif tekstil mağazalarında satıcı işləmişdir. 2018-ci ilin yay aylarında cavabdeh ona yax ınlaşaraq uzun illərdir tekstil işləri ilə məşğul olduğunu, bu işi bacardığını, pulunu hissə-hissə ödəmək şərti ilə nisyə tekstil malları olan müxtəlif parçalardan ona satmasını xahiş etmişdir. Cavabdehlə həmyerli olduğunu və onun yaxın qohumları ilə yaxşı münasibətlərinin olduğunu nəzərə alaraq etiraz etməmiş və ona nisyə mal verməyə razılaşmışdır. Həmin vaxtdan başlayaraq cavabdehə təxminən 55 000 manat məbləğində yerli, Türkiyə və Çin istehsalı olan müxtəlif ev tekstili parçaları vermişdir. Bu şəkildə cavabdehlə aralarında ticarət əlaqələri davam etmiş və cavabdeh hər dəfə aldığı mallara görə pulun az hissəsini ödəyib tam borcunu bağlamadan yenidən nisyə mal götürüb, malları müxtəlif bölgələrdə tez bir zamanda sataraq pulları ödəyəcəyini söz vermişdir. 11 iyul 2021-ci il tarixədək cavab dehin nisyə aldığı tekstil mallarına görə ona 101158 manat borcu yaranmışdır. İki gün sonra, yəni 13 iyul 2021-ci il tarixdə cavabdehin mağazanı baglayıb Rusiya Federasiyasının Moskva şəhərinə qaçdığı məlum olmuşdur. Bundan sonra cavabdehin Cəlilabad rayonunun Babalı kəndində yaşayan atası Həşim kişinin yanına getmiş və cavabdehin etdiyi hərəkətlər barədə danışmışdır. Cavabdehin atası oğlunun hərəkətlərindən xəbərdar olmuş və cavabdehlə danışıb onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxt cavabdehin onunla bir ticarət mərkəzində tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan Emil, Amil və Qismət adlı şəxsləri də bu şəkildə aldadıb mallarından nisyə götürüb ələ keçirdiyi məlum olmuşdur. Cavabdeh Moskva şəhərinə qaçdıqdan təxminən 2-3 gün sonra 15-16 iyul tarixlərdə ca vabdehin qardaşı Firdovsi ona zəng edərək cavabdehin işlətdiyi mağazanı açdığını, orada ona aid nə mallar varsa gəlib götürməyini bildirmişdir. Həmin mağazaya getmiş və həqiqətən də digər sahibkarların İlkinə verdiyi malları götürdüklərini görmüşdür. Onun isə cavabdehə verdiyi mallardan top şəkilində olanlar qalmamışdır. Cavabdeh top şəkilində, yəni 40 və ya 50 metr ölçüdə bağlanmış vəziyyətdə olan parçaları bildiyinə görə ona verdiyi dəyərindən 30 faiz aşağı qiymətə müxtəlif sahibkarlara, əsasən də Cəlilabad rayonunda bu işlə məşğul olan sahibkarlara satıb pullarını ələ keçirmişdir. Məcbur özünə aid təxmini dəyəri 16000 manat olan kəsilmiş və hissə-hissə qalmış malları cavabdehin qardaşı Firdovsinin iştirakı götürmüşdür. Cavabdehin ona 88776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat borcu qalmışdır. Cavabdeh qalan borcu qaytarmadığından 22 iyul 2021-ci il tarixdə Qaradağ rayon polis idarəsinə ərizə ilə müraciət etməli olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə fakta görə cavabdeh barəsində Qaradağ rayon prokurorunun muavini İlkin İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyət üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Coşqun Abbasova həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə cavabdeh şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. 19 sentyabr 2021-ci il tarixdə cavabdehə Azərbaycan Respublikası CM-nin 178.3.2 -ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-cı il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və ona mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmağa söz vermişdir. Lakin cavabdeh ona olan borcunu qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçını 2011-ci ildən tanımışdır. Əvvəllər iddiaçının Bakı şəhəri, Q aradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» ticarət mərkəzində icarəyə götürərək işlətdiyi tekstil mallarının topdan və pərakəndə satışı mağazasında satıcı işləmiş və həmin müddət ərzində iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. 2016-cı ildə iddiaçının yanından çıxaraq başqa şəxsin yanında satıcı işləməyə başlamışdır. 2018-ci ilin aprel ayında iddiaçı ona «Sədərək» ticarət mərkəzində mağaza icarəyə götürərək onun mallarını satmasını təklif etmişdir. O da həmin ticarət mərkəzində 2018-ci ilin may ayında mağaza icarəyə götürüb işlətməyə başlamışdır. Həmin vaxtdan iddiaçı ona nisyə olaraq tekstil malları vermiş, o da həmin malların bir hissəsini satdıqdan sonra yenidən iddiaçıdan mal alaraq satmışdır. İddiaçıdan nisyə aldığı malların dəyərini isə hissə-hissə ona ödəmişdir. Həmin nisyə alver nəticəsində onun iddiaçıya 88 776 manat borcu qalmış və sonradan həmin borcunu tam şəkildə ödəmişdir. Buna baxmayaraq, iddiaçı ondan şikayət etmiş, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin araşdırma nəticəsində iddiaçı ilə aralarında yaranmış münasibətlər mülki xarakterli olduğundan barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həbsdə olan zaman təziq və təsir altında olduğundan iddiaçının 88 776 manat borcunun qalmasına dair izahat vermişdir. Halbuki, onun iddiaçıya heç bir borcu qalmamışdır. Həbs olunanadək iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Ona görə də iddia rədd edilməlidir.

9. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(073)-1345/2023 saylı qətnaməsi ilə (hakim - X2) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan nisyə olaraq tekstil malları almış və iddiaçıya 88 776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat borcu yaranmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh nisyə aldığı malların dəyərini iddiaçıya ödəməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ibtidai araşdırma zamanı izahatını təziq və təsir altında verdiyini, iddiaçıya olan borcunu tam ödədiyini və hazırda onun iddiaçıya borcunun qalmadığını göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləs inin 324.1, 329.2, 329.3, 390.1, 425.1, 427.3, 442.1, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmadan, işin materiallarını hərtərəfli tədqiq etmədən əsassız nəticəyə gəlmişdir. Belə ki, cavabdeh 2018-ci ildə "xxxx" MMC - parça və pərdələrin pərakəndə satışı mağazasından parç a məhsulları almışdır. Cavabdeh vergi ödəyicisidir. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı faktını təsdiq edən satış qaimələrindən (qəbzlərdən) görünür ki, cavabdeh aldığı parça məhsullarını məhz "xxxx" parça və pərdələrin pərakəndə satışı mağazasından almışdır. Göründüyü kimi, alqı-satqı münasibətləri iddiaçı ilə cavabdeh arasında yox, "xxxx" MMC ilə cavabdeh arasında olmuşdur. Belə olan halda, iddia iddiaçı tərəfindən yox, satış qəbzlərində (qaimələrdə) satıcı kimi göstərilən hüquqi şəxs tərəfindən qaldırıla bilərdi. Məhkəmə mövcud hüquqi münasibətin nədən ibarət olmasını, bu münasibətin subyektlərini, məhkəmədə hazırkı iddianı qaldıran şəxsin bu iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirməmişdir. Halbuki iş üzrə təqdim edilmi ş sübutların məcmu halda tədqiqi iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs olduğunu deməyə imkan verir. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, həm "xxxx" MMC, həm də cavabdeh vergi ödəyicisidir. Mübahisə də sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlıdır. Mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyənləşdirilməsi üçün hakim Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə müvafiq olaraq işin məhkəmə aidiyyətini yoxlamalı olsa da, bu vəzifəsini də yerinə yetirməmişdir.

15. İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və bildirmişlər ki, iş aiddiyyət qaydalarına uyğun olaraq icra ata götürülmüşdür. Belə ki, tərəflər arasında münasibət yaranan zaman cavabdeh vergi ödəyicisi kimi qeydə alınsa da iddiaçıda belə qeydiyyat olmamışdır. İddiaçı VÖEN-i hazırkı mülki iş məhkəməyə daxil olduğu vaxtdan 3-4 ay sonra almışdır. Həmçinin cavabdeh iddiaçıya 88776 manat borcunun olmasını həm cinayət işi üzrə araşdırma aparılan zaman, həm də məhkəmə iclasında etiraf etmişdir. Bu hal məhkəmə qətnaməsində və iclas protokolunda öz əksini tapmışdır

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1819/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X6 - sədrlik edən və məruzəçi, X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(073)-1345/2023 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi işin kommersiya mübahisəsi olması barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı isə vergi orqanlarında fərdi sahibkar kimi xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı vergi orqanlarında hazırkı mülki iş Cəlilabad rayon məhkəməsinə daxil olduqdan 4 ay sonra sahibkar kimi qeydiyyata alınmışdır. Həmçinin tərəflərin izahatından və işdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin “xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, tərəflər arasında olan mülki hüquq münasibətləri 2018-2021-ci illəri əhatə edir. Buna görə də birinci instansiya məhkəməsi işi icraata qəbul edərkən MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına əməl etməklə qəbul etmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh oglunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və X5 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

19. Həmin qərardan görünür ki, Cavabdeh oglu ibtid ai istintaq zamanı verdiyi verdiyi izahatında tekstil mallarına görə İddiaçı Xanhuseyn oğluna 88 116 manat borcunun qaldığını etiraf etmişdir.

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan nisyə olaraq tekstil malları almış və iddiaçıya 88 776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat borcu yaranmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh nisyə aldığı malların dəyərini indiyədək iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

21. Cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin “xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan, həmçinin mülki işin 59-cu səhifəsində olan cavabdehin izahatından görünü r ki, cavabdeh iddiaçıya 88 776 manat borcunun olmasını bildirmiş, lakin həmin məbləği iddiaçıya qaytarmasını bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

22. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 324.1, 329.2, 329.3, 390.1, 425.1, 427.3, 442, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 44.1, 76.1, 77.1, 78.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MPMin 54.1-ci maddəsinə uyğun hərə kət etməmiş, işə həmin formada baxmağa davam edərək, subyektiv hüququ olmayan şəxsin tələblərinin təmin olunması barədə qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu kobud pozuntuya hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh "xxxx" MMC - parça və pərdələrin pərakəndə satışı mağazasından parça məhsulları alaraq onların satışını həyata keçirməklə məşğul olmuşdur. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı faktını təsdiq edən satış qaimələrindən görünür ki, cavabdeh aldığı parça məhsullarını məhz "xxxx" parça və pərdələrin pərakəndə satışı mağazasından almışdır. Göründüyü kimi, alqısatqı münasibətləri iddiaçı ilə cavabdeh arasında yox, "xxxx" MMC ilə cavabdeh arasında olmuşdur. Belə olan halda, hazırkı iddia iddiaçı tərəfindən yox, satış qəbzləri ndə (qaimələrdə) satıcı kimi göstərilən hüquqi şəxs tərəfindən qaldırıla bilərdi. Bununla bağlı birinci instansiya məhkəməsinə əsl olmayan iddiaçının əvəz edilməsi barədə tərəfimizdən vəsatət verilmiş, hakim iş materiallarında olan, alqı-satqı faktını təsdiq edən satış qaimələrini nəzərə almadan bundan əvvəl təkcə rayon polis şöbəsində yazılmış izahatlara əsaslanaraq vəsatəti təmin etməmişdir. Apellyasiya instansiyası bununla əlaqədar apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin təmin olunmaması ilə bağlı gəldiyi nəticəni iddiaçının mübahisəli münasibətin yarandığı vaxt vergi ödəyicisi olmaması, bununla da onun fərdi sahibkar olmaması ilə əsaslandırmışdır. Halbuki burada söhbət iddiaçının vergi ödəyicisi fərdi sahi bkar olub-olmamasından getmir. Söhbət bundan gedir ki, iddiaçı bu iş üzrə ümumiyyətlə tələb hüququ olan şəxs deyil. Bu mübahisə "xxxx" MMC ilə cavabdeh arasında sahibkarlıq münasibətləri zəminində yaranmış mübahisədir. Cavabdeh tərəf olaraq etirazlarımızın əsası da bundan ibarətdir. Beləliklə, mövcud vəziyyətdə iddia qaldıran şəxsin iddiaya dair subyektiv hüququnun olmasına əsaslı şübhələr vardır. Bu məsələ cavabdeh tərəfindən birinci instansiya məhkəməsində qaldırılmış, vəsatətlər verilmiş, lakin məhkəmə tərəfindən bu məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Apellyasiya mərhələsində isə bu etirazlara dair dəlillər təqdim olunmuş, apellyasiya instansiyası məhkəməsi bu dəlillərə münasibət bildirməmişdir.

26. Həmçinin qeyd edilmişdir ki, mübahisənin ümumi və ya kommersiya məhkəməsi nə aidiyyətinin müəyyənləşdirilməsi üçün hakim Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə müvafiq olaraq araşdırma aparmalı olsa da, bu vəzifəsini də yerinə yetirməmişdir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi və işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə cavabdeh tərəfindən MPM-in 32.1-ci maddəsinə uyğun olaraq vəsatətlər verilsə də, bu vəsatətlər araşdırılmadan və əsaslandırma olmadan rədd edilmişdir. İşin mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq baxılmasından ötrü işin məhkəmə aidiyyəti məsələsi ilə əlaqədar hərtərəfli araşdırma aparılması və məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zəruridir. Mübahisənin subyektiv tərkibi ilə yanaşı mübahisənin xarakterinin də sahibkarlıq fəaliyyəti ilə bağlı olması elə iddiaçının öz iddiasının məzmunundan da məlu mdur. İşin bu mübahisəsiz halından açıq-aşkar görünür ki, tərəflər arasındakı münasibətin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçıdan 100.000 manat civarında olan malları şəxsi istehlak məqsədilə deyil, məhz tərəflər arasında mövcud olan ticarət anlaşması ilə əlaqədar almış və onun satışını həyata keçirmişdir.

27. Məhkəmə iş materiallarında olan alqı-satqı münasibətlərini təsdiq edən satış qaimələrini tədqiq etməmiş, nəzərə almamış, qətnamədə onların adını belə çəkməmişdir. Apellyasiya instansiyası məhkəməsi də eynilə bu yolla getmişdir. Halbuki məhkəmə həmin sübutları AR MPM-in 175.1-ci maddəsinə əsasən tədqiq etməli idi. Əgər həmin sübutlar işə aidiyyəti olmayan sübutlar hesab edilirdisə, o halda həmin sübutlar işə aidiyyəti olmayan sübutlar elan edilərək sübutlar siyahısından çıxarılmalı idi. Həmin satış qaimələri mövcud mübahisə ilə bilavasitə əlaqəli olmaqla, mübahisənin yarandığı hüquqi faktı və mövcud hüquqi münasibətin konkret olaraq nədən ibarət olmasını göstərən sənədlərdir. Məhkəmə iş materiallarında olan sübutların bəzisinə istinad edib, digərlərini isə tədqiq etməməklə, MPM-in 88-ci maddəsinin tələblərini pozaraq sübutlara hərtərəfli və tam baxmaq vəzifəsini yerinə yetirməmişdir. Halbuki Məhkəmə həmin vəzifəsini yerinə yetirərək sübutlara məcmu halında qiymət verməli idi.

28. Məhkəmə mövcud hüquqi münasibətin nədən ibarət olmasını, bu münasibətin subyektlərini, məhkəmədə hazırkı iddianı qaldıran şəxsin bu iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirməmişdir. Beləliklə, məhkəmə bu vəzifəsini də yerinə yetirməyərək, tamamilə formal yanaşma nümayiş etdirmiş, qətnamə çıxararkən MPM-in 218.1-ci maddəsinin tələbinə uyğun olaraq həll etməli olduğu məsələləri həll etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

32. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu mü qavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

36. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəl iyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

37. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

39. M addə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələb inə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh istintaq orqanında verdiyi ifadəsində məhz iddiaçıdan aldığı mallara görə ona 88.776 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh həmin borcu qaytardığını sübuta yetirə bilmədiyi üçün iddia təmin edilmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin kassasiya şikayətinin məzmunu ilə eyni olan dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1819/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar