Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1039/2020 21.02.2020 ALİ MƏHKƏMƏ q Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafiq oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bi ləsuvar Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddiaçı “xxxx” BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafiq oğluna qarşı borc tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafiq oğlundan ödənildiyi vaxt Azərbaycan Respublikası manat məzənnəsi ilə əsas borca görə 12842 ABŞ dolları, faiz borcuna görə 3617,53 ABŞ dolları, cəmi 16459, 53 (on altı min dörd yüz əlli doqquz dollar əlli üç sent) ABŞ dolları, ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pulun alınaraq “xxxx” BOKT ASC-yə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Mirzəyev, hakimlər Q.Kərimov və Z.Babayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, B iləsuvar Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməs inin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafiq oğlundan kredit və faiz borclarının tutulması tələbinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 ilə iddiaçı təşkilat arasında xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 iddiaçı təşkilatdan həmin müqavilə üzrə illik 28 faiz olmaqla 36 ay müddətinə 13103 ABŞ dolları kredit götürmüşdür. Həmçinin o da mübahisə olunmur ki, iddiaçı təşkilatla Cavabdeh2 Rafiq oğlu arasında xx xxxxxxx 2015-ci il tarixli zaminik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin əsas borclunun kredi t müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya həm xx xxxxxxx 2015ci il tarixli kredit müqaviləsindən əvvəl həm də sonra ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi bildirir ki, xx xxxxxxx 2015-ci il tarixdə iddiaçı təşkilatla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla cavabdehə illik 28 faiz dərəcəsi olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 13103 ABŞ dolları kredit verilmişdir. Müqavilənin təminatı kimi Cavabdeh2 Rafiq oğlu ilə zaminlik müqaviləsi bağlanmışıdır. Müqavilənin şərtinə görə cavabdeh götürdüyü kreditə görə təşkilata 36 ay müddətinə hər ay 541,99 ABŞ dolları məbləğində pul ödəməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Cavabdeh1 bil dirir ki, 2015-ci ildə «İddiaçı» ASC-yə müraciət edərək kredit götürmək istədiyini bildirmişdir. «İddiaçı» ASC ilə arasında müqavilə bağlandıqdan sonra ona 36 ay müddətinə qaytarmaq şərti ilə 13103 ABŞ dolları kredit verilmişdir. Xahişinə əsasən kreditinin təminatı kimi dostu Cavabdeh2 ilə iddiaçı təşkilat arasında zaminlik müqaviləsi bağlanmışdır. İlkin aylar kredit borcunu ödəsə də sonradan manat devalivasiyaya uğradığından maddi imkanı çətinləşmiş və iddiaçı təşkilatın kredit borcunu qaytara bİlməmişdir. Yekun olaraq krediti manat şəklində götürməsinə baxmayaraq ona qarşı iddia ABŞ dolları ilə qaldırılmış və əsassız olaraq faiz borcu da hesablanmışdır. Əsas borcundan 3 min manatdan çox ödənişlər etməsinə baxmayaraq bank iddia tələbini azaltmamışdır. İş üzrə mübahisə apellyasiya instansi yası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki cavabdeh iddiaçıya həm xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən əvvəl həm də sonra ödənişlər etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin qəbzlərə müasibət bildirməmiş, Cavabdeh1 iddiaçıya xx xxxxxx x 2015-ci il tarixli kredit müqaviləsindən əvvəl etdiyi ödənişlərin hansı məqsədlə edildiyini araşdırmamış, bununla bağlı cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə hüquqi qiymət verməmişdir. Halbuki işin hallarından göründüyü kimi apellyasiya şikayətində irəli sürülən dəlillər verilmiş kreditin qaytarılması ilə əlaqədar olmaqla işin mahiyyətinə aid olduğuna görə təstiq edildiyi halda iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını istisna edir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşin göstərilən hallarına əsasə n məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən əvvəl edilmiş ödənişlərin təyinatı müəyyənləşdirilməli və həmin ödənişlərin təyinatı müəyyən edildikdən sonra mövcud mübahisəyə hüquqi qiymət verilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1039/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1039/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver